Daha bir həmyerlimiz, tanınmış el şairi Mehdixan Kəlbəcərli 80 yaşında dünyasını dəyişdi. Necə deyərlər, vüsalın bir addımlığında zalım fələk bir vaxtlar Kəlbəcərin gözəlliklərini tərənnüm edən, sonralar ruhu həsrət nəğmələrinə köklənən şairə yaşamaq fürsəti vermədi. Dalidag.az xəbər verir ki, bu barədə şairin həmyerlisi İlham Məmmədli məlumat verib: "Amansız ölüm şair Mehdixan Kəlbəcərlini Kəlbəcərə qovuşduğumuz günlərin astanasında əlimizdən aldı. 27 il Kəlbəcər həsrəti ilə qovrulan şairin

Erməni diasporunun sponsorluq etdiyi amerikalı jurnalist Patrik Lankaster Qarabağ və ətraf rayonlarda çəkdiyi təxribatyönümlü süjetlərlə qərəzli mövqeyini ortaya qoyur. Baku TV xəbər verir ki, Kəlbəcərdə qədim Xudavəng Alban monastırında olan Lankaster ermənilərin burada son dini mərasimi keçirmələrini lentə alıb. Jurnalist süjetdə məlumatları təhrif edərək, albanlara aid olan monastırı erməni kilsəsi kimi təqdim edib. Ermənilərin bu kimi ucuz yalanlarını artıq dünya ictimaiyyəti qəbul etmir,

Azərbaycan mərd oğullar, igid qəhrəmanlar diyarıdı.Tariximizdə öz adını unudulmazlar cərgəsinə yazdıran qəhrəmanlarımızdan biri də Kəlbəcər elinin yetirməsi, Murov qədər əzəmətli olan qorxmaz kəşfiyyatçı Ülfət Kərimov idi. Kərimov Ülfət Ələkbər oğlu 1971-ci il fevralın 23-də Kəlbəcər şəhərində anadan olub. Ülfət Kərimovun qəhrəmanlığını sözlə ifadə etmək çətindir.Əsrlər boyu zəngin təbii sərvətlərə malik olan yurdumuz yadellilərin işğalçı siyasətinə məruz qalıb. Hiyləgər düşmənlərə boyun

“Klassik oxucu sənətkarın yazdığını onun özündən daha yaxşı başa düşə biləndir”. Özümü yaxşı oxucu hesab etməyə mənibir az daƏbu Turxanın bu fikri“təhrik etdi”. “Yaxşı tənqidçi əsərdə sənətkarın özünün demək istəmədiklərini də aşkar edir” fikrindən sonra isə əməlli-başlı cəsarətlənib oxucularıiki qrupa böldüm; şairlə şeiri eyniləşdirib nə oxusa“bəh-bəh” eləyən və şeirin ruhuna uyğun olaraq şairi ya sevən ya da ona acıqlanan oxucu. (Kitabxanaşünaslıqda oxucu tipləri başqa cür təsnif edilir.) Əbu

"Kəlbəcər Yolu" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, tanınmış vəkil Əziz Qənbərov həmyerlilərinə müraciət edib. Dalidag.az həmin müraciəti təqdim edir: ""O KƏLBƏCƏRİ QAYTARAQ" Rəhmətlik Məmməd Aslan deyirdi ki; "O Kəlbəcər qayıtmaz Qayıtsa yüz Kəlbəcər" Ustad bu şeri Kəlbəcər işğal edilən günlərdə yazıb. Təbii ki, ustad "O KƏLBƏCƏR" deyəndə fizik Kəlbəcəri yox, mənəvi Kəlbəcəri nəzərdə tuturdu. Çox şükürlər olsun Şəhidlərimizin qanı ilə, Şanlı Ordumuzun, Ali Baş Komandanımızın gücü

Təbiəti dünyaca gözəl, insanları mərd, igid olan Kəlbəcər. Hər ağacı bir əsgər, hər qayası bir sipər Kəlbəcər. Dolanbacları adamı azdıran, istisuyu Tər-tər çayına qarışmayıb, bir müddət buğlana-buğlana axan, bıçaqla kəsilən pendir kimi kəsilmiş qayalarından damcı-damcı su süzülən, səmasından Dədə Şəmşirin səsi eşidilən Kəlbəcər. Xatirələrə söykənib səndən danışıram. Əzəmətli Murovuna, Dəlidağına qalxıram. Ovcumu donduran buz kimi bulaqların suyundan içirəm. Ağzımı, boğazımı yandıra-yandıra

Həm Sovet İttifaqının dağılması zamanı, həm də ondan öncə Ermənistan ərazisində 4 Azərbaycan eksklavı mövcud olub. Üstəlik, hardasa bir qrup kənd, ayrı yaşayış yerləri və hətta məskunlaşdırılmamış tarixi yerlər də var idi. Dalidag.az xbər verir ki, bunu axar.az-a açıqlamasında rusiyalı qafqazşünas, hərbi ekspert Oleq Kuznetsov deyib. “İlk ən vacib eksklav Naxçıvan muxtariyyətinin Sədərək bölgəsinin inzibati tabeliyində olan Kərkidir. Daha bir eksklav Ağstafaya, ikisi isə Qazaxa tabe idi.

Erməni işğalından azad edilmiş Kəlbəcər rayonundakı İstisu qəsəbəsinin görüntüləri yayılıb. Dalida.az xəbər verir ki, görüntülər "yutub"da yayımlanıb. Həmin görüntüləri təqdim edirik:

Fransa Xarici İşlər Nazirliyi bəyan etdi: Fransa özünü müstəqil elan etmiş “Dağlıq Qarabağ Respublikası”nı tanımır. Dalidag.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin brifinq zamanı yayımlanmış açıqlamasında deyilir. “25 noyabrda Senat qətnamə qəbul edib və bu qətnamədə öz müstəqilliyini elan etmiş “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı Fransa hakimiyyətinə çağırış edilib. Səsvermədən əvvəlki müzakirələr zamanı Xarici İşlər Nazirliyinin Dövlət katibi Jan-Batist
Yazı axını