Kəlbəcərli şair vəfat etdi

27-11-2020 19:58

Daha bir həmyerlimiz, tanınmış el şairi Mehdixan Kəlbəcərli 80 yaşında dünyasını dəyişdi. Necə deyərlər, vüsalın bir addımlığında zalım fələk bir vaxtlar Kəlbəcərin gözəlliklərini tərənnüm edən, sonralar ruhu həsrət nəğmələrinə köklənən şairə yaşamaq fürsəti vermədi.
Dalidag.az xəbər verir ki, bu barədə şairin həmyerlisi İlham Məmmədli məlumat verib: 
"Amansız ölüm şair Mehdixan Kəlbəcərlini Kəlbəcərə qovuşduğumuz günlərin astanasında əlimizdən aldı. 27 il Kəlbəcər həsrəti ilə qovrulan şairin Kəlbəcərə dönməyə bir udumluq nəfəsi çatmadı. Ölüm də çox insafsız imiş. Bu qədər həsrətə dözüm gətirmiş şairə bir neçə aylıq möhlət vermədi.
Allah Mehdixan müəllimə qəni-qəni rəhmət eləsin! Özü gedə bilməsə də ruhu artıq Kəlbəcərdədi"-deyə vurğulayıb.
Qeyd edək ki, Mehdixan Kəlbəcərli 1940-cı ildə Kəlbəcər rayonunun Zar kəndində anadan olub. Orta məktəbin 7 ilini həmin kənddə, qalan 3 ilini isə rayon məktəbində oxuyub.
1965-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsinə qəbul olub, 1969-cu ildə ali məktəbi fərqlənmə diplomu ilə bitirib.
1969-cu ildən 1993-cü ilin aprel ayına qədər öz doğma kəndi olan Zardakı orta məktəbdə ixtisas müəllimi, daha sonra isə bir müddət həmin məktəbin direktoru vəzifəsində işləyib. Yerinə-yurduna ürəkdən bağlı olan şair, Kəlbəcərin iğalı zamanı oranı tərk etməmiş, 45 gün sonra çətinliklə gəlib çıxmışdır.
Dalidag.az  olaraq mərhumun ailəsinə, doğmalarına dərin hüznlə başsağlığı verir,  Allahdan rəhmət diləyirik. Yeri cənnət olsun!


Kateqoriya: Kəlbəcər
Tarix: 27-11-2020 19:58
Baxış sayı: 3647
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını