Reklam
Ayaz Arabaçının “vətəndaşları” - Pərvanə Bayramqızı
27-11-2020 16:14
“Klassik oxucu sənətkarın yazdığını onun özündən daha yaxşı başa düşə biləndir”. Özümü yaxşı oxucu hesab etməyə mənibir az daƏbu Turxanın bu fikri“təhrik etdi”. “Yaxşı tənqidçi əsərdə sənətkarın özünün demək istəmədiklərini də aşkar edir” fikrindən sonra isə əməlli-başlı cəsarətlənib oxucularıiki qrupa böldüm; şairlə şeiri eyniləşdirib nə oxusa“bəh-bəh” eləyən və şeirin ruhuna uyğun olaraq şairi ya sevən ya da ona acıqlanan oxucu. (Kitabxanaşünaslıqda oxucu tipləri başqa cür təsnif edilir.) Əbu Turxandan sitat gətirmişkən onun başqa bir fikrini də yazım. Deyir ki, “Önəmli o deyil nə haqqında və ya kimin haqqında yazılıb, önəmli odur ki, kim yazıb!” Qalmaqal salmayaq, sadəcə, “biz belə düşünmürük” deyib də keçək. Köhnə kitablarda olduğu kimi bu mətndə dəVissarion Belinskidən sitat gətirilsə pis heç nə baş verməz: “Şair həqiqəti sübut etmir, o onu göstərir”. Bu yerdə birfikir də məndən gəlsin: şair öz həqiqətini göstərir, obyektə çox vaxt öz baxış bucağından yanaşır, hadisələri öz mövqeyinə uyğun dəyərləndirir. Amma şairin həqiqətihamının gerçəyinə çevrilir. O həqiqəti şairdən alır hərə öz bildiyi kimi yozur, öz dünyasına aid edir. Çünki çoxu o cür düşünür, sadəcə duyğuları bədiiləşdirmək qabiliyyəti yalnız seçilmişlərə verilib.
Şeirlə məni sözəsevgim, misralardan duyulan ruhu əzizləməyim doğmalaşdırıb. Hələ uşaq ikən hər hansı bir fikir formalaşdıran şeirləri sevirdim. Boşuna əzbərləmirdim. Oxuyanda şeirin “mənə nə deyəcəyini” gözləyirdim.Şeiri insan sandığımdan axırda dost oldum.
Gözləyin bir dəqiqiə... yaddaşımda “axtarış aparım”... görüm ilk dəfə oxuduğum şeirhansı idi? Hə, xatırladım. Elə mənə də sizi kimi birinci “Xoruz”u,“Keçi”ni oxumağı tövsiyə ediblər. Şeir əzbərləmək üstündətənbeh edilməmişəm. Bir, ya iki dəfə oxuyan kimi yaddaşıma yazılıb. Amma nə gizlədim, xoruzla, keçinin şeirdə “nə işləri olduğunu”anlaya bilmədim. Bildiyim o oldu ki, ayrı şeir oxumaq istəyirəm. Anamgil nə qədər izah etməyə çalışsalar da alınmadı. Dedim “xoruz hər gün banlayır, eşidirəm də. Burda maraqlı nə var ki?” Axtardığım maraqlı şeirin Əli Kərimin “Fuad yazdı divarı” şeiri olduğunuşeirdən bəhs edən birinci yazımda qeyd etmişəm. O vaxtdan indiyədək poeziyadan qopa bilmirəm. Şeirlə, nəğməylə ovuna bilirəm. Şeir oxuyanda, nəğmə dinləyəndəsanki eyvana çıxıb hava alıram, gözəl mənzərələr seyr edib sakitləşirəm. Sirrimi onlararahat deyirəm, bilirəm ki, daşdan səs çıxacaq, onlardan söz çıxmayacaq.
Ədəbiyyat nəzəriyyəsini vərəqləmədən, bölgü, rədif, çarpaz qafiyə, qulaq qafiyəsi, heca sayı-filan araşdırmadan sizə ruhu gözəl olan şeirlərin ünvanını verəcəm. “Müstəqil şeirşünas”ın,Əbu Turxanın təbirincə desəm: klassik oxucunun ədəbi zövqünə etibar edirsinizsə qulağınız məndə... yox ee, gözünüz yazıda olsun.
Şeirin “göndərdiyimesajın”, yaratdığı ovqatıntəsirindən doğan hisslərdən “söz düzəltməyə” çalışacam. Görünür, ölənəcən yaradıcılığımda şeir mövzusu bitməyəcək. Bunun bitməsi üçün gərək şeirə sevgim ölsün. (ağzımdan yellər alsın) Şeirə ayıracağım zamanım həmişə var.
“Brend imza” ifadəsini kimsə işlədibsə plagiatlıq etdiyimi hesab etməsin. Ağlıma elə indi gəldi yazdım. Ayaz Arabaçı imzası üçün işlətmək istədim.
Bu imza şair-şeir anlayışının göstəricisidir. Sevgi, vətən, əsgər, siyasət, pis adam, həyat vəölüm onun qələmində çılpaqlığı ilə ifadə olunub. “Menyusu” zəngin olan şairin şeirlərindən aldığım zövqə görə yazımla ona təşəkkür etmək istəyirəm.
Şeirini birinci dəfə oxuyanda: “Aaa... necə qəşəng şeirdir!” dedim. İkinci dəfəyenə heyrətləndim. Üçüncünü dəfə necə təsir edəcəyini bilmək üçün şeiri özüm axtardım. Dördüncüdə dedim ki, “əsl şairlə tanış oldum”. Beşincidə artıq kitab təqdimatı olacağını bilib həvəslə getdim. Yeri gəlmişkən deyim ki, hər tədbirə qatılan deyiləm. Ayaz Arabaçının kitab təqdimatına şeirləri “dəvət etdi” məni. O cür şeirlərin sözünü yerə salmaq olardı? Təqdimatda gördüm ki, yazdıqları hər təbəqənin ürəyindən xəbər verirmiş. İştirakçılar arasında həm iqtidar-müxalifət, həm də cavan və yaşlı nəslin nümayəndələri çox idi. O qədər adam vardı kitərpənmək mümkün deyildi, çıxmaq istəyənlər ayaqlarını tapa bilmirdilər. Bu cür istedad sahibi özü isə uğurunauzaqdanlaqeyd-laqeyd baxırdı. Mənə elə gəldi ki, həmin vaxt kitabın dili olsaydı əlini belinə vurar, adamları yara-yara o başa-bu başa gedib qürurlanar, ordakı zəif yazan müəlliflərə “kitab mənəm ee, şeir belə olar” deyərdi. Təəssüf ki, şairin özü kimi kitabı da dinmirdi. Amma şeirləri qəlb-qəlb, göz-göz dolaşırdı. Qonaqların da biri gedir, biri gəlirdi. Dəmir Gədəbəyli ürək əməliyyatı keçirdiyini deyəndə “bəs niyə gəlmisiniz?” deyə təəccüb etdim. “Ayazın xətrinə necə olur-olsun gəlməli idim” söylədi. Bir şairin başqa bir şairə belə rəğbət bəsləməsi sevindiricidir. Təqdimatdaadətim üzrə sonadək iştirak etmədim. Axıradək gözləyənlərdən eşitdim ki, qələbəlik axşamacan davam edib.
Ayaz Arabaçı sadəcə yazır. Qəribə səsləndi deyilmi? Deyəcəksiniz şair təkcə yazmalıdır də. Xeyr. Bu zamanda şairin boynuna yazmaqdan başqa da iş düşür. İndi mən bunu asta-asta izah etdim, siz də razılaşın. Baxın hamı şeir yazır elə? Deyin hə. Hər yazılan şeir deyil elə? Deyin, hə. Hər kəlməsinədək poeiziya olan şeirlər oxucunun diqqətini çəkir elə? Deyin, hə. Belə şeirləri oxucu özü tapıb oxuyur elə? Əminəm ki “hə” dediniz. Yaxşı bu belə. İndi “hə” deməsəniz də olar,sadəcə, başınızı tərpətməklə təsdiqləyin. Zaman şairdən həm də şeirilərinin təbliği ilə məşğul olmağı tələb edir. Yutuba baxanda nə qədər tanınmış şairlərin şeirlərinə hazırlanmış videolar görürük. Bəziləri öz səsində, bəziləri də qiraətçilərin ifasında. Məzmunsuz yazılmış, hər yetənin şeirlərini demirəm. Sanballı adamların yaradıcılığını nəzərdə tuturam. Ayaz Arabaçı yazıb isti-isti feysbukda paylaşmasa oxuduğum o gözəl şeirləri heç harda tapa bilmərəm. Gördünüz, şair təkcə yazmaya da bilər.
Ayaz Arabaçı bilsin ki, bu şeirləriondan elə ilk paylaşdığı dəqiqədən almışam.Öz adıma çıxmıram ee, ruhumun adıyla paylaşıram.Paxıllıq etmirəm, özüm oxuyubaldığım zövqü hamı ilə bölüşürəm.
Oxuduqdan sonra xısın-xısın pıçıldaşmağa səbəb olacaq şeirləri çoxdur.Azərbaycanlı oxucunun “şok!”, “şok!” deyib təəccüblənəcəyicəsarətlə yazdığıo şeirlərolduqca gözəldir.Əminəm ki, çoxunun yaşadıqlarıdır. Ən pis oxucu şairdən “bunu kimə yazmısan?”,“öz başınamı gəlib?” soruşandır. (oxucu tipi artdı, deyəsən) Amma etiraf edək ki, hər şairdə belə hünər olmurqələminə gələni yazıb da... nə isə... (Bu barədə bir balaca “Danışır şeir” adlı mətndə yazmışdım.) Onun “həmişə ciddi olmaz ki” başlığı ilə yazdığı bir bəndi diqqətimi çəkmişdi. (yazmayacam, özünüz tapın) Mənə elə gəlir ki, o bir bənd çox ciddi şeirdir. Hər şey həmişə kitabda olası deyil ki. Nə yazırsa yazsın, kim yaşayıbsa yaşasın şeir hamının “ortaq malına” çevrilir.
“Şairlər və qəhrəmanlar bir tayfadır. Onların arasındakı fərq ideya və əməl arasındakı fərq kimidir. Qəhrəmanlar şairlərin seyr etdiklərini həyata keçirirlər”. Alfons de Lamartin deyib bunu. İndi gəlin Ayaz Arabaçının qəhrəmanlığı ilə tanış olaq.
Şairin “Savaş indi başlayır, indi başlayır savaş” kimi anastrofası olan şeiri əməlli-başlı marşdır.Misralar musiqi istəyir. Çarpazlaşmanın özündə belə ritm duyulur.
Boğazımı bir udum, siqarla yaşlayıram.
Sözümü sənnən açıb, səninlə başlayıram.
Allahı çağırıram, şeytanı daşlayıram.
Bəzən olur özümdən-özümü dışlayıram.
Sinəmi torpaq kimi, eşirəm, xışlayıram.
Hamıya hirslənəndə, səndə yavaşlayıram.
Hər gün səni öyürəm, səni alqışlayıram.
Mənim əsgər qardaşım, baş əyirəm önündə-
Əyirəm önündə baş.
Savaş indi başlayır!
İndi başlayır savaş!
Nicat qana-qandadır, nicat kinə-kindədir.
Böyüyüb sıraların, gör neçə yüz mindədir.
Quzğunlar qaynaşsa da, durnalar səfindədir.
Sənin qeyrət kitabın, könlümün rəfindədir.
Sülh deyib bağıranlar, hamısı kefindədir.
Qoru,bəbəyin kimi, nə ki, şərəfindədir.
Bu gün Tanrı özü də, sənin tərəfindədir.
Xocalının hələ də, yanır gözlərində yaş.
Savaş indi başlayır!
İndi başlayır savaş!
Nöqtə qoy nağıllara inanmaq vərdişinə.
Çox taxıldı bağrımız, xəyanətin şişinə.
Dəvə boyda ölkələr, susdular haqq işinə.
Vurdun bu imtahanda, çoxlarını dişinə.
Qurban olum o məğrur, o amir yerişinə.
Dola bu məlunların, boynunu kirişinə.
Onsuz da çaş-baş qalıb, qalıbdı yağı, çaş-baş..
Savaş indi başlayır!
İndi başlayır savaş!
Uca bayrağındadı, gəzdiyimiz mənalar.
Artıq dərk eləyibdir, bunu işi fənalar.
Səninkidir dualar, səninkidir sənalar.
Kəlbəcərə, Laçına, zəfər gəmin yan alar.
Oğul dərdə qapılmaz, oğul qana-qan alar.
Burda arxa cəbhədəyuxu yatmır analar.
Ürəyində həyəcan, gözündə sonsuz təlaş.
Savaş indi başlayır!
İndi başlayır savaş!
Qollarında can verib, neçə-neçə qardaşın.
Şahdağından ucadı, məğrur əyilməz başın.
Çatılmadı bir kərə, ağır günümdə qaşın.
Baxma çiçək yaşıdı, fidan yaşıdı, yaşın.
Bir aslan savaşıdı, bu gün sənin savaşın.
Səndən başqa kimi var, bu torpağın, bu daşın..
Dənlə hey alçaqları, bir ucdan yavaş-yavaş,
Savaş indi başlayır!
İndi başlayır savaş!
Ayaz Arabaçının vətənpərvərlik mövzusunda yazdıqları “vətən sevgisi” anlayışının şəklidir, gözə görünən tərəfidir. O şeirlər özləri Azərbaycan vətəndaşlarıdır. Ayaz Arabaçı pafosla, qışqıra-qışqıra oxunsun deyə yazmır. Ümumiyyətlə, o yazmır ki, yaradır. Yaratdıqları da müəllifin adına sığınmadan özü-özünü yaşada biləcək yaradılmışlardır. O şeirləri “kiməsə tapşırmağa” ehtiyac yoxdur. A.Arabaçının “zəif şeirdir, amma yaxşı deyil dostdur bunu tərifləyək” deyə oxunası şeiri yoxdur. Belə şeirlər səlahiyyət sahiblərinin “cızma-qaralarıdır” ki, bəstəkar məcbur olub musiqi bəstələyir, tapşırıqla dərsliyə salınır, yüksək kürsülərdən oxunur və s.
Yağış yağır dayanmadan Şuşaya,
O yağışın sellərindən öpürəm.
O yağışda qıvrım-qıvrım islanan,
Əsgərimin tellərindən öpürəm.
Qarabağa həyat verdi o haqq qan,
Bax bu idi gözlənilən ən xoş an..
Bu torpağa igid doğan ər doğan,
Anaların əllərindən öpürəm..
Bu zəfəri hər zərrəmdə duyuram,
Sevincimi göz yaşımla yuyuram..
"Araz boyu muştuluğa yüyürən",
Dəlidağın yellərindən öpürəm..
Azərbaycan, möhtəşəmdi gur səsin..
Əksilməsin üstümüzdən nəfəsin,
Bu torpağa Vətən deyən hər kəsin,
Şəkər-şəkər dillərindən öpürəm..
Ağlamışam,kükrəmişəm, əsmişəm,
Ürəyimi bir ulduzdan asmışam..
Xəritəmi qucağıma basmışam..
Azərbaycan ellərindən öpürəm..
Bu şeiri “Əsgər üçün oxşama” hesab edə bilərik.
Qırx dörd günlük müharibədə Ayaz Arabaçı sözüylə, misrasıyla gah döyüşdü, gah da ruh verdi. Onun şeirləri şairlik etmək xatirinə yazılmır. Hansı səbəbdən yazıldığını şeirlərindən xəbərdar olanlar bilir. Müharibə boyunca bir yandan əsgərə dayaq, o biri yandan da ədəbiyyatın əsgəri oldu. Hətta görüşlərinə də getdi.Düşmənin güllə yağdırdığı Azərbaycan ordusuna Ayaz Arabaçı şeiriylə məhəbbət yağdırdı.
Qolumuzun qüvvəti, dizimizin dirənci,
Kişiliyə,qeyrətə, namusa məhvər ordu.
Ümidləri günəştək qar altından oyadan,
Bir qom bənövşə kimi təzə ordu, tər ordu..
Gördüm ilk savaşını barmağımı dişlədim..
Dalbadal qazandığın zəfərə vərdişlədim,
Səni öyməkdən ötrü hansı sözü işlədim,
Hansı sözü işlədim,igid ordu,ər ordu?..
“Dalbadal qazandığın zəfərə vərdişlədim” misrası uzun illər tamarzı qaldığımız qələbə sorağına olan yanğını əks etdirir. Cəbrayılın işğaldan azad edilməsi ilə başlayan qələbədən ruhlanıb hər gün yeni rayonun azadlığını gözlədik. Amma bu məqamı bircəAyaz Arabaçı şeirə çevirdi.
Sənə qucaq açıb, get,Şuşa adlı pirimiz..
Sonuncu pəncəsini qolaylayır şirimiz..
Bir ananın döşündən əmmişik hər birimiz,
Bu gün bu torpaqdakı hamı,bir nəfər ordu.
“Hamı bir nəfər oldu”. Bəli! Bu misra bugünkü vəziyyətimizi tam ifadə edir. Mən də bu günlər baş verənləri həmrəylik kimi qiymətləndirirəm.
Ürəyim gedən yerə həmişə tək getmişəm..
Nə səndən qırıq qalıb, nə sənə şəkk etmişəm,
Adını ürəyimin başına həkk etmişəm,
Sən bir qalib ordusan, sən bir müzəffər ordu.
Can qurban etməzmiyəm, hayqırtına-səsinə..
Səsimi duydurmusan dünyanın hər kəsinə,
Hamının gözü çıxıb heyrətdən kəlləsinə,
Misilsizdi çaldığın bu böyük zəfər, ordu!
Gör necə vüqarlısan zirvələrin qaşında,
Hər oğlu bir Babəkim, dəbilqəsi başında..
Tanrı özü dayaqdı sənə haqq savaşında,
Səni yenə bilərmi şeytan ordu, şər ordu?
Sənin belə hirsini, qeyzini gözləmirdim,
Dronların səmada feyzini gözləmirdim..
Açığı mən bu qədər tezini gözləmirdim..
Göstərdin necə olur yağıya məşhər, ordu..
Sən bu gün hər nəzmdə, sən bu gün hər nəsrdə,
Qalmaz daha bir arzum, qalmaz daha kəsrdə
Bir onu bilirəm ki, bu möhtəşəm əsrdə
Sənə bənzəmək istər cəsarətdə hər ordu.
Yazmışdım ki, əziz ədəbiyyat adamları Vətən haqqında ən gözəl əsəri Azərbaycan əsgəri yazır, bizə qalır əsgərdən yazmaq. Ayaz Arabaçı bu işin öhdəsindən çox gözəl gəldi.
Bayrağa “anam örtən yun şal” demişəm. Bayraq deyəndə birinci Natiq Qasımov yada düşür. Bu yolu birinci o başlamışdı. Qardaşları da onun yolunu getdilər. O bayrağı şair belə vəsf edir:
Gör necə də vüqarla başım üstə durmusan,
Yenilməz bir ulusa, yurda tən, uca bayraq.
Bəs eləyir rəsminə bircə qızılı misra,
Bu torpaq uca bayraq, bu vətən uca bayraq..
Əbədi dalğalanmaq həvəsini duyuram,
Ürəyini oxuyur və səsini duyuram,
Nəbzini dinləyirəm, nəfəsini duyuram,
Məni mən eyləyənsən,məni mən, uca bayraq..
O sənin şəhid oğlun, bu sənin şəhid bacın,
Mənim sinəmə gəlsin,nə ki var,ağrın-acın,
Dalğalanır Murovun yelində qıvrım saçın,
Ətəyi coşqun dəniz, başı çən,uca bayraq.
O zəfərdən Şuşaya,Laçına da dilərsən,
Kəlbəcərin, Ağdamın acısını silərsən,
Kefin harda istəsə dalğalana bilərsən,
Qazanmısan bu haqqı,sən ey, sən, uca bayraq..
Qoruyub yaşatmışıq səni qan bahasına,
Min-min oğul,min-min ər, min-min can bahasına,
Daha nə yazım axı,nə yazım dahasına,
Bayraq deyirəm sənə, bayraq, ən uca bayraq!
Bu xalqın mənfi cəhətləri Vətən sevgisinə bağışlanılmalıdır. Qarabağ savaşı bizə çox şeyi sübut etdi. Şair də belə düşünür:
“Bəlkə də, gərəkmiş bu savaş bizə,
Hamı bir-biriylə canhacan olsun”.
O biri bəndləri yazmaya bilmirəm. Hamısı gerçəkdir.
İgiddən-igidik, ərdən-ərik ki..
Biz bu haqq işində zəfərbərik ki!!!
Onunçün bu qədər səfərbərik ki,
Sonu bu zülmətin qızıl dan olsun..
Heç kim üzülməsin, qəm anı deyil,
Könlümüz mərsiyə kamanı deyil,
Göyərçin uçurtmaq zamanı deyil,
Bu gün gərəkdi ki, qana-qan olsun!
İtirmə, ey əsgər, qızıl vaxtını,
Düşmənin başına çevir taxtını,
Dağıt tifaqını,vur paytaxtını,
Bərdənin qisası Yerevan olsun!
Qələbə üçün nə qədər sevinsək də, ruhumuz yüksəlsə də, özümüzü toxtasaq da itkilərimizin ağrısından yaranan göynəyimizi gizlədə bilmərik. Qələbə-şəhid gecə ilə gündüz kimi bir-birinin tamamı və davamıdır. Amma şair şəhid şeirləri yaza bilmədiyini elə canlı ifadə edir ki, o məqamın özünün də necə ağır olduğunu duyuruq.
Özümü əlli cür ağıya vurub,
Özümü əlli cür şerə çırpıram.
Gündə neçə dəfə stoldan durub,
Kağızı qələmi yerə çırpıram,
Şəhid şeirləri yaza bilmirəm.
Əsgər üçün daha bir oxşama:
Sən bir aslan yavrususan bu yaşda,
Yazdım getdi ər adını ta başda,
Elə kəs ki, nəfəsini savaşda,
Qoy qalmasın yağılardan heç bir ün,
Gün bu gündü, gün bu gündü,gün bu gün.
Təkrirləri gözəl, ürəyəyatımlı, ruh oxşayandır.
Qaytar mənə tariximi, yaşımı,
Ocağımı, torpağımı, daşımı,
Sənə görə dik tuturam başımı,
Əskilməsin qoy başından bir tükün,
Gün bu gündü, gün bu gündü, gün bu gün..
Perikdirib quzğunları ləngərin,
Zəfər qoxur dadlı-duzlu səngərin,
Basılmazdı beşulduzlu səngərin,
Ellər sənə arxalanıb çün bu gün,
Gün bu gündü, gün bu gündü, gün bu gün.
Vüqarında min gülüzlü səhər var,
Murovdağdan Dəlidağa səfər var,
İrəlidə qələbə var, zəfər var,
Xatirəyə qovuşubdu,dün bu gün..
Gün bu gündü, gün bu gündü, gün bu gün.
Bəli! Axır ki irəlidəki o zəfəri qazandıq. Yurdumuzu işğaldan azad etdik.
Otuz ildi inildədik bu aha,
Sən bilirsən nə ucuzdu, nə baha,
Heç bir vəchlə hesab qoyma sabaha,
Elə bu gün çürüt getsin büsbütün,

Yürü, durma hər addımı zəlzələ,
Qaytar məni,ilkinliyə,əzələ,
Xəritəmə bir əl gəzdir təzələ,
Dərd əlində hirs alovdu can tütün,
Gün bu gündü,gün bu gündü, gün bu gün..
Səndən gələn hər bir zəngi öpürəm,
Sinəndəki o tüfəngi öpürəm,
Bayrağında hər üç rəngi öpürəm,
Var, dövlətin, var,qüdrətin, var, gücün.
Gün bu gündü,gün bu gündü, gün bu gün..
Zəfərini gözlərimə təpirəm,
Bir ümmansan dalğalanan, köpürən...
Tətik sıxan barmağından öpürəm,
Azərbaycan əsgəri..
Dəyişmisən səmalarda rəngi sən,
Həmin günü məhv olaram, səngisən..
Sona qədər udmalısan cəngi, sən,
Azərbaycan əsgəri..
Məlul qoyma könlü gülmüş bu şadı,
Hər zəfərin, hər qələbən nuşadı,
Üç həmləyə, beş həmləyə Şuşadı,
Azərbaycan əsgəri..
Uca sözdən, uca addan gəlirəm,
Silahlanıb üstdən-altdan gəlirəm,
Keçdim hərbi qeydiyyatdan, gəlirəm,
Azərbaycan əsgəri..
Onun şeirlərində vətən mövzusu əbədidir. Avtomata qoyulan gülləyə bənzəro şeirlərruhumuzda donacaq, ədəbiyyatda qalacaq. Tarixdə olduğu kimi yenə də sözlə qılınc qoşa döyüşdü.
Bərdədə böyüyən şair Ruslan Dostəlininneçə il əvvəl yazdığı“Oxucum, bilmirəm sən haralısan, mənim şeirlərim Qarabağlıdır”misrasının gerçəyə çevrildiyi məqam Qarabağı görməyən gənclərin onun uğrunda canından keçməkləri oldu. Bu savaş bir daha göstərdiki, “haralısan?” anlayışını unutmalıyıq. Hamımız Qarabağlı, hamımız Gəncəli, hamımız Mingəçevirliyik. Düşmən bizi bölgəyə ayırmadan vurur. Ayaz Arabaçının Gədəbəydə doğulması onun Ağdamı, Kəlbəcəri sevməyinə niyə mane olsun ki?
“Sevincindən partlamasa yaxşıdı,
Ürəyimin başındakı Kəlbəcər.”
deyə Kəlbəcərin qayıdışından dirçələn şair üçün
Qovğalarda ağarmış
qara başın mübarək!
Sənin yeni həyatın, yeni yaşın mübarək!
Küləklərin,çovğunun qarlı qışın mübarək!
Düşmənin sinəsini
44 günə şumlayan,qanlı xışın mübarək!
Vüsalıyla həsrəti bir-birinə qarışmış,
çölün-dışın mübarək!
Mübarəkdi, Ağdamım,
Qayıdışın mübarək!–deyib qarşıladığı Ağdamın da, Laçının da ağrısıyla sevincieynidir. Bölgə-bölgə cana gələn Qarabağın işğaldan azad edilməsi ilə əzabdanxilas olan şair:
“Gözü aydın olsun xəritəmizin,
Bitdi ey, Qarabağ töhməti bitdi!” deyə qürurlanır.
Bu misralar hamımızın gözaydınlığımız olsun. Arzu edirəm ki, şair bir də müharibə mövzusunda yazmalı olmasın. Şəhid şeirləri yazmamaq üçün özüylə mübarizə aparmağın acısını yaşamasın!
Pərvanə Bayramqızı
Dalidag.az

Kateqoriya: Poeziya-nəsr
Tarix: 27-11-2020 16:14
Baxış sayı: 31 365
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02