Reklam
Hədəfimiz, məqsədimiz məlum! - "Manevr.az" 9 yaşında...
01-08-2025 15:47
Düz 9 il əvvəl biz "Manevr.az" adıyla bu meyarları əldə tutaraq çətin, məsuliyyətli bir yola çıxdıq. Heç bir maddi dəstəyimiz olmadan, kiçik kollektivlə yola qədəm qoyduq. İllər keçdi, biz təkcə yaş yaş böyümədik. Həm də uğurlarımızla ucaldıq. Əlbəttə, hər işin bir yönəldicisi, rəhbəri olur ki, daha çox yük onun üzərinə düşür. Necə ki, bizim(saytın) yükümüzü daha çox saytımızın təsisçisi və baş redaktoru Namiq Dəlidağlı çiyinlərində daşıyır. Məsuliyyət və tələbkarlıq işdə ümdə məsələdir. Ən kiçik xəbər yazısına belə məsuliyyətlə yanaşmaq tələbi işin səliqəli və nöqsansız alınmasına rəvac verir. Bir az da baş redaktordan işçilərə sirayət etmiş bu kimi keyfiyyət və davranışla biz saytımızın ömrünü uzatdıq. Çətinliklərə baxmayaraq, büdrəsək də yıxılmadıq. Təkcə məsuliyyət deyil, peşəkarlıq, işimizdə ən vacib olan operativlik və ədalətlilik prinsiplərini qorumaqla pillə-pillə yüksəldik. Problemləri ilə bizə üz tutan vətəndaşların yanında olduq. Onları narahat edən çətinlikləri işıqlandırmaqla, müəyyən məsələlərin həllinə nail olduq. Neçə-neçə müəllifin sözünə yer verdik, gənc imzaların debütünə imkan yaratdıq. Təkcə ölkəmizdə və dünyada baş verən hadisələri oxucuya çatdırmaqla kifayətlənmədik. Dövlətimizlə bağlı, xəbər və məlumatları, yenilikləri, uğurları mütəmadi səhifəmizdə dərc edərək sevinc və məmnuniyyətimizi oxuculara da yansıtmaq istədik. Bütün zamanlarda operativ və qərəzdən uzaq olduq. Sözümüzə və andımıza sadiq. Beləcə, çatdıq 9 yaşımıza. Bəlkə də sanayanda iki əlimizin bütün barmaqlarını əhatə etməyən bu rəqəm kiçik görünə bilər. Amma zamanı deyil, zaman axarında görülən işləri nəzərdən keçirsək... biz daha böyükük.
Əziz "Manevr.az" kollektivi, təbrik edirəm, birlikdə yolumuz uzun olsun! Hədəfimiz, məqsədimiz məlum. Qalır yorulmadan çalışmaq və yenə də çalışmaq. Bu günkü sevinc payımızdan bizimlə əməkdaşlıq edən müəlliflərə də düşür. Onları da təbrik edir, növbəti illərdə də bizimlə bərabər olmalarını arzu edirəm. 9 yaşımız mübarək!
Hə, yubileyimizə nə qaldı ki...
Sevinc QƏRİB
Dalidag.az
Kateqoriya: Media
Tarix: 01-08-2025 15:47
Baxış sayı: 3393Yazı axını
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
17 / 01 / 2026
16 / 01 / 2026
Ən çox oxunanlar







.jpg)





















