Ermənilər Kəlbəcərdən çıxmağa başlayıblar. Necə çıxdıqlarını hamınız görürsünüz. Şərhə ehtiyac yoxdur. Amma burda bir məsələni xatırlatmaq istəyirəm ki, bu vandalların törətdiklərini elm və sənət adamları bütün detalları ilə tarixləşdirib saxlamalıdırlar. Hazırda bizim yaşadıqlarımız hayların tamamilə məhv edilməsi üçün əsas verir. Fəqət, heç də ədalətli olmayan dünya şübhəsiz ki, buna imkan verməz. Hə, bəzi həmvətənlərimiz yazırlar ki, bütün bu vəhşiliklər rus "sülhməramlı" larının gözü

Bu gün Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin sədri, Yazıçılar Birliyinin üzvü, Dədə Şəmşirin yadigarı Qənbər Qurbanovun doğum günüdür. Ömrünün 27 ildən çoxunu Kəlbəcərsiz keçirməyə məcbur qalan el ağsaqqalının həsrətinə son qoyuldu. Bu ilki doğum gününü böyük sevinclə qarşılamaq düşdü qismətinə, ulu yurdu Kəlbəcər azadlığına qovuşdu. "Kəlbəcər düşmən işğalından azad olunsun, hamımız gedək doğma torpaqlarımıza, ömrümüzü yaxşı başa vuraq.

Türkiyə Azərbaycana əsgər göndərilməsi ilə bağlı qanun layihəsini Böyük Millət Məclisinə təqdim edib. Dalidag.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Bildirilir ki, bu qanun layihəsi Türkiyə və Azərbaycan arasında daha öncələr imzalanmış qarşılıqlı hərbi yardımlaşma sazişinə müvafiq olaraq hazırlanıb. Vurğulayaq ki, noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan lideri arasında imzalanmış atəşkəs bəyannaməsi ilə Qarabağda hərbi əməliyyatlar dayandırılıb, Rusiya

Ermənistanın girov saxladığı Dilqəm Əsgərov və Şahbaz Quliyevin harada saxlanılması məlum olub. Dalidag.az xəbər verir ki, bu barədə Dilqəm Əsgərovun qardaşı Sahib Musayev sosial şəbəkədə məlumat yayıb. S.Musayev qeyd edib ki, Qırmızı Xaç Komitəsi cümə günü - noyabrın 13-də Ermənistanın Şirak vilayətində hər iki girova baş çəkib. O hər iki şəxsin sağ-salamat olduğunu bildirib. Dalidag.az

Kəlbəcəri tərk edən ermənilər heyvanları öldürüb, leşlərini əraziyə atırlar. Dalidag.az bildirir ki, ermənilər at və uzunqulağı apara bilmədikləri üçün başlarını kəsib atırlar. Qeyd edək ki, buna qədər Kəlbəcəri tərk edən ermənilərin evləri yandırması, ağacları qırması və elektrik dirəklərini çıxarması ilə bağlı görüntülər yayımlanmışdı. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya dövlət başçısı Vladimir Putinin və Ermənistan baş naziri Nikol Paşinyanın birgə imzaladığı bəyanata

Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının təşkilini davam etdirir. Nazirlikdən verilən xəbərə görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər, Cəbrayıl, Zəngilan və Qubadlı rayon Dövlət Yanğından Mühafizə hissələri müvafiq olaraq Şuşa, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərində fəaliyyətə başlayıb. Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib. Xatırladaq ki, bundan əvvəl
Yazı axını