Reklam
Bitir Kəlbəcər həsrətiniz- Qənbər Şəmşiroğlunun doğum gününə
16-11-2020 15:09
Bu gün Respublika Ağsaqqallar Şurası Məclisinin üzvü, "Aşıq Şəmşir Mədəniyyət Ocağı" İctimai Birliyinin sədri, Yazıçılar Birliyinin üzvü, Dədə Şəmşirin yadigarı Qənbər Qurbanovun doğum günüdür. Ömrünün 27 ildən çoxunu Kəlbəcərsiz keçirməyə məcbur qalan el ağsaqqalının həsrətinə son qoyuldu. Bu ilki doğum gününü böyük sevinclə qarşılamaq düşdü qismətinə, ulu yurdu Kəlbəcər azadlığına qovuşdu. "Kəlbəcər düşmən işğalından azad olunsun, hamımız gedək doğma torpaqlarımıza, ömrümüzü yaxşı başa vuraq. Allahdan başqa istəyim yoxdu”- deyə arzusunu dilə gətirmişdi ötən ilərdə yurd həsrətli ziyalımız. Nəhayət bu payız Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə müzəffər ordumuz arzularımızı gerçəkləşdirdi, torpaqlarımız işğaldan azad olundu. Gerçəkləşən arzular Kəlbəcərə aparan yollara işıq saldı. Kəlbəcərə gedən yolun açıq olsun, Qənbər dədə! Şəmşir ruhu dolaşan yaralı Ağdaban şənlik həsrətində. Qədəminlə sevindir, narahat ruhları...
Qeyd edəkki, Qənbər Şəmşir oğlu Qurbanov 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1950-ci ildə Kəlbəcər rayonunun Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək, Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib. 1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N.Tusi adına İnstitutu, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyası yanında Ali Partiya məktəbini bitirib.
1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbində direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbində direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından "Azərittifaq"da baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib.
Dalidag.az ömrünün 87-ci yaşını qeyd edən dəyərli ziyalı, el ağsaqqalı Qənbər Şəmşiroğlunu doğum günü və Kəlbəcərin işğaldan azad olunması münasibətilə təbrik edir, ona sağlam, uzun ömür diləyir. Gələcək doğum günlərini Kəlbəcərdə qeyd etmək diləyilə.
Sevinc Qərib
SARILDI DAĞLAR
GƏZƏR
Əqidəsi doğru, Allah sevənlər
Həqiqət axtarar, imanı gəzər.
Tanıyar Qibləni, tanıyar Haqqı,
Məhəmməddən qalan Quranı gəzər!
İstəyər ki, halal nemət bol olsun!
Hər kəsin getdiyi doğru yol olsun!
Ellər fərəhlənsin, həm xoşhal olsun!
Üzə vurmasa da pünhanı gəzər!
Hamıya xoş əhval, şadlıq diləyər,
Əlsiz, ayaqsıza kömək eləyər,
Aclara sonuncu tikəsin verər,
Dillərdə dastantək dünyanı gəzər.
Ürəyində yurd salmayan yalanlar,
Canından böhtanı, məkri qovanlar.
Qəlbi istək ilə nurla dolanlar
Allahu-Əkbəri, sübhanı gəzər!
Rəbbim, özün saxla, eləsi də var
Yalandan min fitnə-böhtan uydurar.
Dostuna gah duzaq, gah tələ qurar,
Ara qarışdıran şeytanı gəzər.
GÜNAH BİZDƏDİ
Dünyanı günahkar sayırıq niyə?!
Dünyada günah yox, günah bizdədi.
Çoxlarının izi-tozu qalmadı,
Çünki onu ana torpaq gizlədi.
Bizə töhfə edib Ayı, Günəşi,
Qayğımıza qalmaq olubdur işi,
Belə xəlq edibdi xəlq edən Kişi,
Qartal zirvələrdə, ceyran düzdədi.
Bircə yaxşılığı yüz görmürüksə,
Hər nəyə qiyməti düz vermiriksə,
Yaxşını-yamanı düz görmürüksə,
Biclik ürəkdədi, xəta gözdədi.
Dünyada şahidi olduq nələrin:
Sonunu çox gördük nadan kəslərin.
Haqqa, ədalətə yol seçənlərin
Şeytan gəlib ləpirini izlədi.
İnsanda insana olsa məhəbbət
Olmaz düşmənçilik, olmaz xəyanət.
Yol azana lənət, əyriyə lənət,
Qənbər sizə nə dedisə, düz dedi.
DOST DÜŞMƏNƏ ÇEVRİLƏNDƏ
Məyus olar hər bir bəndə,
Dost düşmənə çevriləndə!
Dözüm gərək səndə, məndə,
Dost düşmənə çevriləndə!
Özünə arxa sanırsan,
Fəxr edirsən, şadlanırsan
Danışmağa utanırsan
Dost düşmənə çevriləndə!
Bilmirsən nə eyləyəsən,
Dərdi kimə söyləyəsən,
Oğulsan tab eyləyəsən,
Dost düşmənə çevriləndə!
Qalay gedib, çıxır paxır,
Tənələr qəlbini yaxır,
Hamı sənə əyri baxır,
Dost düşmənə çevriləndə!
Təmənna çoxdursa əgər,
Qəm-qüssəyə düşmə hədər,
Kişi kimi tab et, Qənbər,
Dost düşmənə çevriləndə!
BU HƏSRƏT
Çoxdandı görüşmürük,
Həsrətini çəkirəm.
Nə gözəldi bu həsrət,
Niyə başa düşmürük,
Nə gözəldi bu həsrət?!
Eşitmişdim, deyəllər:
Filankəsin həsrəti.
Məni tamam öldürüb-
Yəqin onlar bilmillər,
Nə gözəldi bu həsrət!
Gözlərini görmürəm,
Tellərin əllərimlə
Sığallayıb hörmürəm.
Etiraf eyləyirəm:
Nə gözəldi bu həsrət.
Həsrətlə yaşamağın
Özü də bir ləzzətdi!
Düşünürəm o günlər
Nə yaman ötüb getdi.
Məni narahat edən
Yadigar məhəbbətdi.
Məhəbbətin vüsalı
Çəkdiyim bir həsrətdi.
Həsrət mənə təsəlli,
Həsrət mənə qismətdi.
Deyirəm, yəqin bu da
Özü bir səadətdi.
Bu həsrəti yaradan
Nakam bir məhəbbətdi.
Nə gözəldi bu həsrət
İlahidən bir qismət!
Nə gözəldi bu həsrət!
Nə gözəldi bu həsrət!
Qeyd edəkki, Qənbər Şəmşir oğlu Qurbanov 16 noyabr 1933-cü ildə Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olub. 1950-ci ildə Kəlbəcər rayonunun Yanşaq kənd orta məktəbində təhsilini bitirdikdən sonra bir il kəndli-gənclər kursunda işləyib. 1951-ci ildə Ağdam İkillik Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyatı fakültəsinə daxil olub. 1953-cü ildə həmin institutu bitirərək, Kəlbəcər rayon Ağdaban kənd yeddiillik məktəbində müəllim, 1957-ci ildən isə həmin məktəbin direktoru işləyib. 1957-ci ilin mart ayından 1958-ci ilin avqust ayınadək Kəlbəcər rayon Partiya Komitəsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışıb. 1958-ci ildə Bakı Ali Partiya məktəbinə göndərilib. 1961-ci ildə qiyabi yolla N.Tusi adına İnstitutu, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyası yanında Ali Partiya məktəbini bitirib.
1960-1966-cı illərdə Ağdaban səkkizillik məktəbində direktor, 1966-1971-ci illərdə Kəlbəcər qəsəbə orta məktəbində direktor, 1971-ci ildən 1974-cü ilədək Kəlbəcər RPK-nın ikinci katibi, 1974-1988-ci illərdə Kəlbəcər RİK-in sədri, 1989-cu ilin aprelindən 1991-ci ilin oktyabr ayınadək Gədəbəy RİK-in sədri, 1991-ci ildən 1992-ci ilin may ayınadək Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı, 1993-cü ilin aprel ayından "Azərittifaq"da baş müşavir, 1993-cü ilin aprel ayından 1994-cü ilin yanvar ayınadək Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı işləyib.
Dalidag.az ömrünün 87-ci yaşını qeyd edən dəyərli ziyalı, el ağsaqqalı Qənbər Şəmşiroğlunu doğum günü və Kəlbəcərin işğaldan azad olunması münasibətilə təbrik edir, ona sağlam, uzun ömür diləyir. Gələcək doğum günlərini Kəlbəcərdə qeyd etmək diləyilə.
Sevinc Qərib
SARILDI DAĞLAR
Yollar bağlanandan yol çəkir gözüm,
Yollara baxmaqdan yoruldu dağlar.
Bir anda dəyişdi gərdiş, ruzigar,
Bu nə qurğu idi quruldu, dağlar?!
Hər gün axıdıram gözümdən yaşı,
Bulaqlar olubdu könlüm sirdaşı.
Yüz yerdən oxlanıb bağrımın başı,
Səsimi duyanda yarıldı dağlar.
Atasız, anasız yetiməm, yetim,
Mən dərdimi açıb kimə söyləyim?!
Sənin həsrətindən çinar qamətim
İkiqat əyilib qırıldı dağlar.
Zirvədə olsa da şanım, şöhrətim
Qənbərəm, canımda çoxdu möhnətim.
Gördüm, tanımadı, “Oğlunam!” – dedim,
Anamtək boynuma sarıldı dağlar.
BƏNÖVŞƏ
Dağlarda güllərin müjdəçi qızı,
Gətir elimizə bahar, bənövşə!
Xoş ətirin qəlbimizi oxşasın,
Bizi intizardan qurtar, bənövşə!
İnsanı cəlb edir xırda görkəmin,
Qovursan hər kəsin kədərin, qəmin.
Gözəllər gözəli bütün aləmin
Hamı səni əziz tutar, bənövşə!
Oldun sevənlərin ilk vəfadarı,
Qalmayıbdı hansı kəsin tutarı.
Öyrənmək istəsən pərəstişkarı
Məni də unutma, axtar, bənövşə!
Qüssədən, kədərdən biz uzaqlaşaq,
Gəl əl-ələ verib yal-yamac aşaq.
Səni çox bitirən dağlara qaçaq,
Olsun məskənimiz dağlar, bənövşə!
Nəğməkarlar odlu nəğmə deyəllər,
Qulaq asıb dinləyəcək bülbüllər.
Səni sevən gözəl qızlar, gəlinlər
Qom-qom edib dəstə bağlar, bənövşə!
Öz arzusu, öz diləyi hər kəsin,
Yaxşı bağban əsirgəməz meyvəsin.
Qarışarsa nəfəsinə nəfəsin
Qənbər şirin-şirin yatar, bənövşə!
GƏLMƏDİ
Gözüm yolda qaldı, qulağım səsdə,
Nə kağızın, nə də səsin gəlmədi.
İki cümlə yazmaq çətin iş deyil,
İstəmədin, ya həvəsin gəlmədi?
Qoy sevinsin bizi birgə bilənlər,
Daldalarda rişxənd edib gülənlər.
Düz deyirmiş boş söhbətdi deyənlər,
Təkrar-təkrar bir də gülsün, gəlmədi.
Zəhmət çəkib inciməyim çox əbəs,
Aydındır ki, ara vurdu müxənnəs.
“Ölüm olsa öləcəyəm!” – deyən kəs
Car çəkəcəm hamı bilsin, gəlmədi.
Söz verməyin özü böyük qərardı,
Əməl etməyin də qaydası vardı.
Görsək gəldi – bir həqiqət olardı,
Verdiyi qərarı silsin, gəlmədi.
Qənbər, biçarəyə artıq nə deyək?
Hər kəsin işini seyr edir fələk.
Aşikar bilindi qurduğu kələk,
Özü doyanacan gülsün, gəlmədi.
BİLMİRƏM
Ətri də gedibdi, xoş görkəmi də,
Daha bənövşəni görə bilmirəm!
Kolların dibində qaldı ömürlük,
Uzaqdı, yaxındı – gələ bilmirəm!
Vaxt var idi çəmənlərə gedərdik,
Dəstə-dəstə dosta töhfə verərdik,
Qoxusuna könül fəda edərdik,
Yuxuda görürəm, dərə bilmirəm!
Tale bizi yaman ayrı salıbdı,
Gözəlliklər düşmənlərə qalıbdı.
Həsrət məni qəm-qüssəyə alıbdı,
Necə yaşayıram-hələ bilmirəm!
Mən bir gün yox olanda kölgələr təkin,
Demirəm ağlayın, göz yaşı tökün.
Qəbrimin üstünə bənövşə əkin,
Axı o çiçəksiz ölə bilmirəm.
Qaçqın olduq, gözlərimiz gördü nə?
Sığınmışıq kainatın Mərdinə!
Şərik olun siz Qənbərin dərdinə,
Ağlayıram, amma gülə bilmirəm!
GƏZƏR
Əqidəsi doğru, Allah sevənlər
Həqiqət axtarar, imanı gəzər.
Tanıyar Qibləni, tanıyar Haqqı,
Məhəmməddən qalan Quranı gəzər!
İstəyər ki, halal nemət bol olsun!
Hər kəsin getdiyi doğru yol olsun!
Ellər fərəhlənsin, həm xoşhal olsun!
Üzə vurmasa da pünhanı gəzər!
Hamıya xoş əhval, şadlıq diləyər,
Əlsiz, ayaqsıza kömək eləyər,
Aclara sonuncu tikəsin verər,
Dillərdə dastantək dünyanı gəzər.
Ürəyində yurd salmayan yalanlar,
Canından böhtanı, məkri qovanlar.
Qəlbi istək ilə nurla dolanlar
Allahu-Əkbəri, sübhanı gəzər!
Rəbbim, özün saxla, eləsi də var
Yalandan min fitnə-böhtan uydurar.
Dostuna gah duzaq, gah tələ qurar,
Ara qarışdıran şeytanı gəzər.
GÜNAH BİZDƏDİ
Dünyanı günahkar sayırıq niyə?!
Dünyada günah yox, günah bizdədi.
Çoxlarının izi-tozu qalmadı,
Çünki onu ana torpaq gizlədi.
Bizə töhfə edib Ayı, Günəşi,
Qayğımıza qalmaq olubdur işi,
Belə xəlq edibdi xəlq edən Kişi,
Qartal zirvələrdə, ceyran düzdədi.
Bircə yaxşılığı yüz görmürüksə,
Hər nəyə qiyməti düz vermiriksə,
Yaxşını-yamanı düz görmürüksə,
Biclik ürəkdədi, xəta gözdədi.
Dünyada şahidi olduq nələrin:
Sonunu çox gördük nadan kəslərin.
Haqqa, ədalətə yol seçənlərin
Şeytan gəlib ləpirini izlədi.
İnsanda insana olsa məhəbbət
Olmaz düşmənçilik, olmaz xəyanət.
Yol azana lənət, əyriyə lənət,
Qənbər sizə nə dedisə, düz dedi.
DOST DÜŞMƏNƏ ÇEVRİLƏNDƏ
Məyus olar hər bir bəndə,
Dost düşmənə çevriləndə!
Dözüm gərək səndə, məndə,
Dost düşmənə çevriləndə!
Özünə arxa sanırsan,
Fəxr edirsən, şadlanırsan
Danışmağa utanırsan
Dost düşmənə çevriləndə!
Bilmirsən nə eyləyəsən,
Dərdi kimə söyləyəsən,
Oğulsan tab eyləyəsən,
Dost düşmənə çevriləndə!
Qalay gedib, çıxır paxır,
Tənələr qəlbini yaxır,
Hamı sənə əyri baxır,
Dost düşmənə çevriləndə!
Təmənna çoxdursa əgər,
Qəm-qüssəyə düşmə hədər,
Kişi kimi tab et, Qənbər,
Dost düşmənə çevriləndə!
BU HƏSRƏT
Çoxdandı görüşmürük,
Həsrətini çəkirəm.
Nə gözəldi bu həsrət,
Niyə başa düşmürük,
Nə gözəldi bu həsrət?!
Eşitmişdim, deyəllər:
Filankəsin həsrəti.
Məni tamam öldürüb-
Yəqin onlar bilmillər,
Nə gözəldi bu həsrət!
Gözlərini görmürəm,
Tellərin əllərimlə
Sığallayıb hörmürəm.
Etiraf eyləyirəm:
Nə gözəldi bu həsrət.
Həsrətlə yaşamağın
Özü də bir ləzzətdi!
Düşünürəm o günlər
Nə yaman ötüb getdi.
Məni narahat edən
Yadigar məhəbbətdi.
Məhəbbətin vüsalı
Çəkdiyim bir həsrətdi.
Həsrət mənə təsəlli,
Həsrət mənə qismətdi.
Deyirəm, yəqin bu da
Özü bir səadətdi.
Bu həsrəti yaradan
Nakam bir məhəbbətdi.
Nə gözəldi bu həsrət
İlahidən bir qismət!
Nə gözəldi bu həsrət!
Nə gözəldi bu həsrət!
Qənbər Şəmşiroğlu
Dalidag.az Kateqoriya: Karusel / Poeziya-nəsr
Tarix: 16-11-2020 15:09
Baxış sayı: 3574
Yazı axını
22 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
21 / 12 / 2024
20 / 12 / 2024
17 / 12 / 2024
16 / 12 / 2024
14 / 12 / 2024
14 / 12 / 2024
13 / 12 / 2024
13 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
12 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
11 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
10 / 12 / 2024
09 / 12 / 2024
09 / 12 / 2024
Ən çox oxunanlar
17-12-2024 11:02