Reklam

50 ildən sonra yenidən: Qarabağın qədim sakinlərinin sirri açılır
14-08-2025 11:00

2023-cü ildə Qarabağ paleolitinin nadir və möhtəşəm arxeoloji abidələri sayılan Azıx və Tağlar mağaralarında institut tərəfindən elmi tədqiqat işləri yenidən bərpa olunub.
Dalidag.az-ın xəbərinə görə, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.
Məlumatda deyilir ki, hazırda Azıx mağarasında Azərbaycan-Danimarka-Almaniya, Tağlar mağarasında isə Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyaları fəaliyyət göstərir.
"Avqust ayının ikinci yarısından etibarən hər iki mağarada çöl tədqiqat işlərinə start veriləcək. Qeyd olunur ki, bu məqsədlə bütün beynəlxalq elmi heyət artıq Azərbaycana gəlib", - açıqlamada qeyd olunub.
İnstitutdan bildirilib ki, 1960-cı illərdə azərbaycanlı alim Məmmədəli Hüseynovun rəhbərliyi ilə Azıx və Tağlar mağaralarının elmi baxımdan kəşfi Qarabağı dünya elmi ictimaiyyətinə ilkin insan məskəni kimi tanıdıb. Hazırda isə bu tədqiqatlar müasir elmi metodların tətbiqi ilə yeni mərhələyə qədəm qoyur.
Belə ki, Azıx və Tağlar mağaralarının çöküntülərindən götürülən arxeoloji nümunələrin yaşı lüminessent və kosmogen metodlarla dəqiq laborator analizlər vasitəsilə müəyyən ediləcək. Eyni zamanda, 1968-ci ildə Məmmədəli Hüseynov tərəfindən aşkarlanaraq Milli Azərbaycan Tarixi Muzeyinin fondunda saxlanılan qədim alt çənə sümüyündən DNT analizləri aparmaq üçün xüsusi nümunə götürülüb.
İnstitut vurğulayıb ki, bu müasir tədqiqatlar Qarabağ paleolit abidələri ilə bağlı yaxın illərdə tamamilə yeni, əhatəli və elmi əsaslandırılmış məlumatların əldə olunmasına imkan verəcək.
Bundan əlavə, cari ilin may ayında AMEA Arxeologiya və Antropologiya İnstitutu tərəfindən “Azıx mağarasının tədqiqində yeni mərhələ: bəşəriyyətin qədim tarixinin rekonstruksiyası üçün müasir geoarxeoloji üsullar” adlı beynəlxalq elmi seminar keçirilib. Seminar çərçivəsində Azərbaycan və xarici mütəxəssislər Azıx mağarası ilə bağlı xronologiya, biomarkerlər, geoarxeologiya və digər müasir elmi istiqamətlər üzrə məruzələrlə çıxış ediblər.
İnstitutdan o da bildirilib ki, bu cür elmi seminarların növbəti mərhələdə Almaniyada və Yaponiyada keçirilməsi planlaşdırılır.
Dalidag.az



Yazı axını
14 / 08 / 2025
13 / 08 / 2025
13 / 08 / 2025
13 / 08 / 2025
12 / 08 / 2025
12 / 08 / 2025
09 / 08 / 2025
08 / 08 / 2025
07 / 08 / 2025
06 / 08 / 2025
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
Ən çox oxunanlar