Qaytara bilməsəm a dağlar, səni
15-08-2025 09:49
Fuad İslamoğlu QURTARARIQ DAĞDAN A DAĞLAR, SƏNİ
Məmməd Aslana
Dağlarım sinəsi dağlı qalıbdır,
Düşmən ayağıyla tapdalanıbdır.
Yəqin ki, küsdürüb, azarlayıbdır,
Ağuşuna alıb ağlarsan məni,
Qaytara bilməsəm a dağlar, səni.
Küsüb-inciməyə haqqı-sayın var,
Bu günahda az da olsa payım var.
Nəyləyim ki, mənim belə "dayım" var?
Qılıncdan keçirib doğrarsan məni,
Qaytara bilməsəm a dağlar, səni.
Bəlkə birdəfəlik səndən küsübür,
Torpaq qorumağa and da içiblər.
Namus, qeyrəti pulla ölçüblər,
Yalan olsa sözüm, dağlarsan məni,
Qaytara bilməsəm a dağlar, səni.
Yaddan çıxarıblar mənim tək səni,
Qoru dağ keçini, kəli, təkəni.
Mis, qızıl mədəni yırtıb tökənin
Başını kəsməsəm boğarsan məni,
Qaytara bilməsəm a dağlar, səni
Verdiyi vədləri çoxları danır,
Toxdur, nə vecinə çünki yalanır.
Vədlər möhürlənir, həm də qollanır,
Qara siyahıya salarsan məni,
Qaytara bilməsəm a dağlar, səni.
Dözdün, bir az da döz, a bəxti qara,
Birləşib taparıq dərdinə çara.
Millət dönük çıxmaz əhdə, ilqara,
Dönsə yuxu kimi yozarsan məni,
Qaytara bilməsəm a dağlar, səni.
Başını dik saxla, mərd, məğrur dayan,
Torpaqları alıb olarıq həyan.
Dünyaya car çəkib edərik bəyan,
Sən də balan kimi sezərsən məni,
Qurtararıq dağdan a dağlar, səni.
Dalidag.az
P.S. Şair Fuad İslamoğlu dədə şairimiz Məmməd Aslana üz tutub bu şeiri yazanda DAĞLArımız yağı əlindəydi. Bu gün gözəl Kəlbəcərimiz də, uca dağlarımız da azaddı. Məmməd Aslanın ruhuna salam olsun. Fuad müəllimə can sağlığı diləyirik.

Kateqoriya: Poeziya-nəsr
Tarix: 15-08-2025 09:49
Baxış sayı: 2129Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)


















