Reklam
Kəlbəcərin 3-cü yaşayış kompleksində 476 mənzil inşa ediləcək
22-08-2025 12:14
Kəlbəcər şəhərində təməli qoyulan 3-ya yaşayış kompleksində 476 mənzilin inşası planlaşdırılır.Dalidag.az xəbər verir ki, bu barədə Prezidentin izi ilə Kəlbəcər şəhərində təməli qoyulan 3-cü yaşayış kompleksinə təşkil olunan mediaturda məlumat verilib.
Bildirilib ki, yaşayış kompleksinin ümumi ərazisi 7.6 hektar olacaq. Burada 4 və 5 mərtəbəli 29 bina tikiləcək. Kompleksdə 476 mənzilin inşası planlaşdırılıb ki, onlardan da 8-i birotaqlı, 176-sı ikiotaqlı, 169-u üçotaqlı, 123-ü isə dördotaqlı olacaq.
Buraya köçürüləcək ailələrin rahatlığı və məişət məsələlərinin həlli üçün kompleksdə bütün zəruri infrastruktur qurulacaq. Belə ki, burada məişət və ticarət obyektləri, futbol meydançası, istirahət guşələri, söhbətgahlar, uşaq oyun meydançaları, velosiped yolları, yerüstü avtomobil dayanacağı yaradılacaq. Binalar daimi su, elektrik təchizatı və yüksəksürətli internetlə təmin ediləcək. Ərazidə geniş abadlıq və yaşıllıq işləri görüləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoyub.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 22-08-2025 12:14
Baxış sayı: 3165Yazı axını
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
25 / 05 / 2026
25 / 05 / 2026
24 / 05 / 2026
22 / 05 / 2026
20 / 05 / 2026
Ən çox oxunanlar



























