İndi ürəyin əsim-əsim əsir yaxınlığında igid oğulların ayaq səsləini eşitdikcə, nəfəsini duyduqca. İndi torpağın sevinir, daşın sevinir- övladların sənə dönür, Kəlbəcər. .. 27 ildi həsrətlə yolunu gözlədiyin elatına qovuşacağın gün uzaqda deyil. Qəddi əyilmiş dağlarına de, dik dursunlar, vüqarın geri dönür, əzəmətini geri qaytarır igid oğullar. Bizsizlik dərdinə son qoyulur, gülünü-çiçəyini, arını böcəyini səslə, əzizlərin, əzizləyənlərin gəlir.Yaralısan, yaralarına qurban!Təbibin gəlir,

BU GECƏ ŞUŞANI QAYTARIRDILAR Gözəl insan, gözəl şair Ramiz Qusarçaylının “Qaytarın, Şuşamı, qaytarın mənə” şeirinə Bu gecə Şuşanı qaytarırdılar, Millət qayıdırdı yurduna sarı. Gəlib mənzilinə çatmışdı artıq, Mənim gözlədiyim həsrət qatarı. Dərdi sökülürdü bənövşələrin, Eyni açılmışdı Xarıbülbülün. Elə bil ömrünə ömür gəlmişdi, O yarı çiçəyin, yarı bülbülün. Bu gecə Şuşanı qaytarırdılar, Bu qərib gecədə yuxuya bir bax. Başı papaqsızlar durub gəlmişdi, Hər kəsin başında bir yekə papaq. Lazım da

WarGonzo layihəsindəki Semyon Peqov (daha doğrusu, qaçmağa meylli olduğuna görə Beqov) və Ermənistan Müdafiə Nazirliyinin yetkililəri Harsrun Hovvanisyanla Şuşan Stepanyan... Onları söyürsünüz, lənətləyirsiniz, pisləyirsiniz. Amma... Bu məxluqların açıqlamaları, bəyanatları, çəkilişləri, paylaşdıqları videoları diqqətlə izləsək və düşmənin mövqeləri, davranışı, planları və ən başlıcası, real durumu barədə müfəssəl məlumatlar əldə etmək olar. Sadəcə, onların yaydıqlarını ciddi təhlil etmək

Qarabağda Ermənistan ordusu tərəfində döyüşən PKK/YPG terrorçuları arasında itkilər davam edir. Dalidag.az -ın məlumatına görə, son sutka ərzində aparılan əməliyyatlarda 12 PKK/YPG terrorçusu məhv edilib. Terrorçular, əsasən, Xocavənd istiqamətində aparılan əməliyyatlar zamanı məhv edilib. Məlumata görə, terrorçulardan biri özünü partladıb. Xatırladaq ki, bununla Qarabağda məhv edilmiş PKK/YPG terrorçularının sayı 22-yə çatıb.ordu.az Dalidag.az

Bu gün səhər saatlarınadək Goranboy və Tərtər rayonlarının yaşayış məntəqələri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən fasilələrlə atəşə tutulub. Dalidag.az bildirir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, səhər saat 07:50-də Ağcabədi rayonun Qiyaməddinli kəndinə düşmən tərəfindən dörd ədəd mərmi atılıb.

Noyabrın 3-də Laçın-Şuşa yolu boyunca döyüşlər başlayıb, bu səbəbdən noyabrın 4-də həmin trassda hərəkət qadağan edilib. Bu barədə Qarabağda olan rusiyalı jurnalistlər bildiriblər. Dalidag.az xəbər verir ki, hadisə yerindən video-reportajlara əsasən, Azərbaycanın kəşfiyyat qrupları bu strateji trass boyunca yüksəklikləri tutublar və erməni mövqelərinə zərbələr endiriblər. Ermənilər artıq üçüncü gündür ki, bildirirlər, Azərbaycan Silahlı Qüvvələrinin dəstələrini dəf ediblər, lakin hadisə
Yazı axını