Reklam

Sən günəşin əlindən tut, Kəlbəcər, üşümə biz gələnəcən...
05-11-2020 16:20

27 ildi həsrətlə yolunu gözlədiyin elatına qovuşacağın gün uzaqda deyil. Qəddi əyilmiş dağlarına de, dik dursunlar, vüqarın geri dönür, əzəmətini geri qaytarır igid oğullar. Bizsizlik dərdinə son qoyulur, gülünü-çiçəyini, arını böcəyini səslə, əzizlərin, əzizləyənlərin gəlir.Yaralısan, yaralarına qurban!Təbibin gəlir, loğmanın gəlir, xilaskarın gəlir…
Günün doğduğu məqamdı, qaranlıqlar doğranır, işıq düşür sənə gələn yollara. Aç qollarını, doğma yurdum, al bizi ağuşuna. Bağışla, Kəlbəcərim, bağışla, gec gəldik…incidildin, incidin… Gözü çıxsın yağının, dağ çəkdi sinənə, bağrımızı yandırdı. Qisas qiyamətə qalmadı, ulu yurdum, köksünü yaralayan mənfurların sonu gəldi. Suyu bulanmış çayların durulsun, küskün bulaqların çağlasın daha.
Anam Kəlbəcər, 27 il ruhumuzun göynək yeri, qaysaq tutmayan yara oldu sənsizlik bizə. Başı qarlı Murovun, Dəlidağın… dərd dağına döndü sinəmizdə.
İndi qəfil doğan zəfər günəşi əridir o dərd dağını, ərənlərimizə şükür, igidlərimiz var olsun! Sən günəşin əlindən tut, üşümə biz gələnəcən, günləri say:1-2-3, bəlkə də saatları…
Sevinc Qərib
Dalidag.az






Yazı axını
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
26 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
24 / 07 / 2025
Ən çox oxunanlar