unutsaq, unudularıq... Ayrılıq həsrətinin qara yeli yamanca əsdi... Qələmimin qan ağladığı günlərin şahidi və Kəlbəcərinin əsil şəhidi *... Hamı haqqında yazan, özündən yazılmayan Kifayət Umudqızının ömür və yaradıcılıq yoluna düşən işıqdan görünənlər, yadda qalanlar... *...Dindirməyin, misralarım qan ağlayır qəmli sətirləriylə ağlayan və ağladan, “...Qərib gecələrimin qonaqları”nın yaddaşında qalan, qələmiylə qəlblərə yol açıb, Haqqa qovuşan, Azərbaycan Radiosunun “qaraca qızı” – Kifayət

Azərbaycan Ordusunun torpaqların işğaldan azad edilməsi istiqamətində apardığı əks-hücum əməliyyatı nəticəsində ermənilərin daha bir yüksək rütbəli zabiti məhv edilib. Bu barədə “News.am” saytı məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin tərkibində döyüşən polkovnik Artyom Mirzoyan polis zabiti olub. Dalidag.az

İgid əsgər, möhkəm dayan! Bəli, bu gün hər bir ata-ananın, qardaş-bacının, nənə-babanın dilinin əzbəridir: “İgid əsgər, möhkəm dayan”. Əslində bu çağırış hələ heç “Əlifba” kitabını açmayan bağçayaşlı balalarımız da elə şirin-şirin deyir ki... Azərbaycan trpaqlarını 30 ilə yaxındır ki, tapdaqda, əsarətdə saxlayan erməni daşnak quldurları bu gün həmin “İgid əsgər, möhkəm dayan” misramızdakı vətənpərvərlikdən də qorxur! Ona görə də daima özlərini basılmaz sayan, ərazilərimizi işğal edən, bizi isə

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 7-dək 4 şəhər, 3 qəsəbə və 215 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 79 kəndi, Füzuli şəhəri və rayonun 36 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 47 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 22 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 26 kəndi, Xocalının 2 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji

“Müzəffər ​​​​Azərbaycan Ordusu Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”. Dalidag.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Twitter”də bildirib.

QƏLƏBƏ TVİTLƏRİ Murovun, Dəlidağın üstündən çəkilir çən, Qəddini yavaş-yavaş dikəldir yorğun Vətən. İntizarı dağılır yad olmuş sahillərin Süsləndikcə üçrəngli bayraqla Xudafərin. Otuz il ümid verib bizi susduran susur, Ümidini qırdıqca Azərbaycan ordusu. Bayram havası gəzir şəhərləri, kəndləri Paylandıqca hər axşam qələbə tvitləri. Ax dünya, qəddar dünya, əsiridir yalanın, Başını əzib keçmir bu zəhərli ilanın, Köhnə səlib havası dolaşdıqca başında Neçə ölkə səf tutur yenə din savaşında. Tanrı

Cəbhədə gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 022-ci xüsusi təyinatlı hərbi hissəsinin şəxsi heyəti bölmələrimiz tərəfindən mühasirəyə alınaraq məhv edilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, döyüşlər başlayandan indiyədək canlı qüvvə sarıdan xeyli itkiyə məruz qalan düşmən xüsusi təyinatlılarını gücləndirmək məqsədilə bir müddət əvvəl onlara könüllülər və yerli sakinlər də qoşulub. Buna baxmayaraq, son döyüşdə ağır itkilər verən xüsusi təyinatlılar mövqelərindən çəkilmək

Bu gün Qarabağda davam edən savaş hərb sənəti tarixində yeni səhifə açdı. Bu, dronların müharibəsidir. Bu qədər dronun və döyüş sursatlarının kütləvi tətbiqi indiyədək heç vaxt olmamışdı. Azərbaycan Ordusu monitorlara baxıb məhv edir, bax, bu, yeni növ müharibəsidir - 21-ci əsrin müharibəsi. Dalidag.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Starikovski” verilişinin efirində deyib. Onun sözlərinə görə, Rusiya bu müharibədən özü

Noyabrın 6-sı gün ərzində və 7-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir. Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi
Yazı axını