Vətən sizə oğul deyir- Günel Əkbərli

07-11-2020 15:43
İgid əsgər, möhkəm dayan!

Bəli, bu gün hər bir ata-ananın,  qardaş-bacının, nənə-babanın dilinin əzbəridir: “İgid əsgər, möhkəm dayan”. Əslində bu çağırış hələ heç “Əlifba” kitabını açmayan bağçayaşlı balalarımız da elə şirin-şirin deyir ki... 
Azərbaycan trpaqlarını 30 ilə yaxındır ki, tapdaqda, əsarətdə saxlayan erməni daşnak quldurları bu gün həmin “İgid əsgər, möhkəm dayan” misramızdakı vətənpərvərlikdən də qorxur! Ona görə də daima özlərini basılmaz sayan,  ərazilərimizi işğal edən, bizi isə vandalizm aktına məruz qoyan hayları bu gün birliyimiz. Hər kəlməmiz belə vahiməyə salıb! Bu gün biz illərdir ki,  gözləmişik. 
Bilirik ki, ermənilərin bəd niyyətləri artıq “çanağı öz başlarında çatdadır”: işğalda saxladıqları torpaqlarımızdan qovulurlar. Necə deyərəl, “iti qovan kimi” onları çıxardır bizim  rəşadətli tarix yazan Milli Ordumuz! 
Əlbəttə, “Böyük Ermənistan” xülyası ilə, havadarlarına yaltaqlanan ermənilər nəinki doxsanıncı illərdə, müstəqilliyimizi yenicə bərpa etdiyimiz, buna görə də hərtərəfli zəif olduğumuz bir məqamda, havadarlarının hesabına nəinki Qarabağımıza, hətta ondan nə qədər uzaq olan Naxçıvanın MR-in Kərki, eləcə də doğulub boya-başa çatdığım Qazax rayonunun Yuxari Əskipara, Aşaği Əskipara Xeyrimli, Barxudarlı, Sofulu, Bağanis Ayrim və Qizil Hacilı kəndlərini də işğala məruz qoydu. Bu o vaxtlar idi ki, nə indiki kimi inkişafımız, nə də vahid komandanlığa tabe olan, NATO standartları ilə formalaşan Milli Ordumuz. 
Artıq o ağır dövrdən bizi 30 ilə yaxın zaman məsafəsi ayırır. Bu gün isə rəşadətli Milli Ordumuz artıqCəbrayıl, Füzuli, Zəngiulan, Hadrut, Qubadlı rayonlarını, onların 200-ə yaxın yaşayış məntəqəlrini, Ağdərə, Goranboy, Kəlbəcərin strateji yüksəkliklərində üçrəngli bayrağımızı dalğalandırır. 
Düşmən öz qorxaqlığını və acizliyini öert-basdır etmək üçün mülki  insanları, cəbhədən uzaq yaşayış məntəqələrimizi, böyüklü-kiçikli  xalqımızı ağır artilleriyalardan atəşə tutur. Guya ki, bununla bizi qorxutmaq, qisas almaq istəyir. Amma, uduzur. Biz ölərik və həm də öldürərik! Bu, bizim şərəf və ləyaqə, haqq-ədalət savşımızdır! Öz torpaqlarımızda şəhidlik alın yazımızdır! 
Dövlətimizin başçısı  erməni vandallarının acizliyi, insanlıqdan uzaq hərəkətlərini dünya xalqlarına öz dillərində çatdırarkən deyir: "Ermənistan mülki şəxslərə hücum etməklə Azərbaycanda xaos və panika yaratmaq istəyirdi. Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilmədi. İtkilərimiz olsa da, bu, bizim iradəmizi sındırmadı. Əksinə, bizi daha güclü etdi". 
Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlu da Azərbaycan Ordusunun haqq savaşında qələbə çalacağına əminliyini belə ifadə edir: “Biz Sizin döyüş meydanındakı qələbələrinizlə fəxr edirik. Bütün dünyaya türkün gücünü göstərdiniz, qürur duyuruq. İnşallah, öz əzəli torpaqlarımızı bu uğurlu əməliyyatlarla geri qaytaracağıq. Cənab Prezidentimizin təlimatı, tapşırığı ilə gəlmişəm... Prezidentimizin bizə bir tapşırığı var: bu prosesdə qardaş Azərbaycanı tək qoymayın və davamlı olaraq oraya - Bakıya gedin və birlikdə hərəkət edin. Müdafiə nazirimiz, digər yoldaşlarımız, Binəli bəy də gələcək, Məclis sədrimiz buradadır". 
Bundan necə qürur hissi keçirməyəsən ki? Ermənistanın baş naziri N.Paşinyan isə dilənmədiyi, zəng edib zəhləsini tökmədiyi adam qalmayıb. Bəli, dünya dəyişir, Haqqımızı tanımayanlar erməni fitnəkarlığını artıq dərk edir. Çünki haqq bizimlədir. 
Milli Qəhrəmanımız Mübariz İbrahimovun şəhid olduğu Tərtər-Ağdərə istiqamətində işğaldan azad olunmuş strateji əhəmiyyətli yüksəklikdəki posta qəhrəmanımızın şəkili yerləşdirib! Həmin şəkli gördükdə həm sevincimdən ağlamışam, həm də qürur hissi keçirmişəm.  Çünki Azərbaycan oğullarının hər biri bu gün Mübarizdir, döyüşkəndir, düşmənə layiq olduğu yeri göstərir! 
Mənim də xalam oğlanları Aqşinlə Ayxan Quşçiyev qardaşları, Alı Alıyev və Ruslan Məmmədov  və s. kimi  qazaxlı doğmalarım düşmənlə savaşdadır. Hər birini Allah qorusun, çünki Vətən müharibəsidir, ana torpaq uğrunda canlarından keçməyə hazır olan qəhrəman igidlərimizin sıralarındadırlar.  
Mən musiqi müəllimi kimi vətənpərvərlik hissləri ilə yazılan  şeirlərin bir neçəsinə marş və mahnı yazılmasına çalışıram. Düşünürəm ki, bu gün hər birimiz özümüzü ön və arxa cəbhədə Vətənə xidmətdə görməliyik. İnanıram ki, tezliklə, bizə nəfəs qədər yaxın olan Şuşamızda, yüz illərlə daşnak yuvasına dönmüş Xankəndimizdə oxunacaq mahnılarımız da döyüşkən ordumuza bir töhfə olacaq! Qarabağ Azərbaycandır! 
 
Günel ƏKBƏRLİ 
Qazax  şəhəri, 2 nömrəli musiqi
məktəbinin müəllimi
Dalidag.az



Kateqoriya: Yazarlar
Tarix: 07-11-2020 15:43
Baxış sayı: 31 007
Adınız:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Yazı axını