Reklam
Azərbaycan Ordusu bu cür dağıdır – Korotçenko
07-11-2020 10:21
Bu gün Qarabağda davam edən savaş hərb sənəti tarixində yeni səhifə açdı. Bu, dronların müharibəsidir. Bu qədər dronun və döyüş sursatlarının kütləvi tətbiqi indiyədək heç vaxt olmamışdı. Azərbaycan Ordusu monitorlara baxıb məhv edir, bax, bu, yeni növ müharibəsidir - 21-ci əsrin müharibəsi.Dalidag.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko “Starikovski” verilişinin efirində deyib.
Onun sözlərinə görə, Rusiya bu müharibədən özü üçün nəticə çıxarmalıdır:
“Rusiya Federasiyası müasir xarakterli hərbi əməliyyatların necə aparıldığına dair yanaşmalarını korrektə etmək üçün bu müharibəni diqqətlə izləməlidir”.
Ekspert bildirib ki, Ermənistan rəqibini düzgün qiymətləndirə bilməyib:
“20 ildən artıqdır ki, Ermənistan müdafiə xəttini gücləndirib, beton istehkamlar, çoxsaylı yeraltı keçidlər, sığınacaqlar şəbəkəsi inşa edib. Lakin Azərbaycan yüzlərlə dronun hesabına erməni zirehli texnikasını planlı şəkildə məhv etmək üçün başqa taktika tətbiq etdi. Ermənistan tərəfi hava hücumundan müdafiə sistemini təşkil edə bilmədi, köhnə prinsiplər əsasında müharibəyə daxil oldu. Razılaşın ki, 5-6 min dollar dəyərində olan dronu 500 min dollarlıq raketlə vurmaq çox məntiqsizdir”.axar.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 07-11-2020 10:21
Baxış sayı: 4381Yazı axını
02 / 05 / 2026
30 / 04 / 2026
29 / 04 / 2026
29 / 04 / 2026
28 / 04 / 2026
28 / 04 / 2026
27 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
26 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
25 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
24 / 04 / 2026
23 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
Ən çox oxunanlar





























