Reklam
Kuznetsov: Ermənistan Bakıya bu əraziləri də verməlidir - Video
27-11-2020 11:50
Həm Sovet İttifaqının dağılması zamanı, həm də ondan öncə Ermənistan ərazisində 4 Azərbaycan eksklavı mövcud olub. Üstəlik, hardasa bir qrup kənd, ayrı yaşayış yerləri və hətta məskunlaşdırılmamış tarixi yerlər də var idi.Dalidag.az xbər verir ki, bunu axar.az-a açıqlamasında rusiyalı qafqazşünas, hərbi ekspert Oleq Kuznetsov deyib.
“İlk ən vacib eksklav Naxçıvan muxtariyyətinin Sədərək bölgəsinin inzibati tabeliyində olan Kərkidir. Daha bir eksklav Ağstafaya, ikisi isə Qazaxa tabe idi. Eksklavların ümumi sahəsi 1989-cu ildə təxminən 80 kvadrat kilometr təşkil edib. Bu, kifayət qədər geniş ərazidir. Zamanında oradan bir neçə min azərbaycanlı çıxarılıb. İki eksklavın adını orada yaşayan ermənilər dəyişdirib. Bu ərazilər rəsmi Bakının nəzarətinə qayıtmadan Azərbaycanın ərazi bütövlüyünün bərpası yüz faiz tamamlanmış hesab edilə bilməz”, - o vurğulayıb.
Ekspert Kərki eksklavının bir neçə nəqliyyat marşrutunun kəsişməsində yerləşdiyini və məhsuldar əkinçilik torpaqlarına sahib olduğunu xatırladıb:
“Əlbəttə ki, bu məsələ Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası prosesi başa çatdıqdan sonra Azərbaycanla Ermənistan arasında danışıqların mövzusu olacaq”.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 27-11-2020 11:50
Baxış sayı: 4399Yazı axını
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
03 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
30 / 06 / 2026
Ən çox oxunanlar





























