Reklam
Mən tarix yazıram, şərəfli Azərbaycan tarixi!
12-11-2020 15:05
Rövşən Hüseynov,
şair, publisist
Tarix yazıram. Bəlli tarix! Azərbaycan hərb tarixini. Dünyanın görə biləcəyi gözlə, duya biləcəyi səslə, Azərbaycan əsgərinin biləyinin gücünü qüvvətini hiss edə biləcək əllə, tarix yazıram.Şanlı Azərbaycan tarixi. Min illər boyu fəxarətlə, qürurla ifadə ediləcək daş salnamələrə yazılacaq tarix.
Bu gün mənim günümdür. Əlimdə qələmim titrəmir, beynimdə düşüncələrim qarışmır. Mən tarix yazıram. Azərbaycan Sərkərdəsinin -İlham Əliyev cənablarının qüdrətindən, dillər dastanı olacaq şücaətindən, mən tarix yazıram. Bu döyüş, bu müharibə milli kimliyimi, soyumu, kökümü, yurdumla bərabər milli qürurumu, Azərbaycan xalqının milli birliyini qaytardı mənə. Mən tarix yazıram. Azərbaycan tarixi, qanıyla vətən torpağını suvaran igid əsgər tarixi yazıram. Bundan sonra, bu torpaqda çiçək açan hər gül, hər çiçək şəhid qanı qoxuyacaq. Mən tarix yazıram, şərəfli tarix. İgidlərin boy verdi, boylandı soyuna döndü. Dünən boyunu sevdiyim, əzizlədiyim körpə igid oldu. Qisas aldı, Xocalıda qətl edilən körpələrin, yaşıdlarının qisasını.Paşalarım düşmən gözünü şücaəti ilə oyum- oyum etdi. Mənim xalqım, mən tarix yazıram. Qələbə müjdəli, qələbə ətirli tarix yazıram, Azərbaycan tarixi. Bitəcək müharibə, kəsiləcək axan qanlar, susacaq silahlar, qələmlər isə yazacaq. Mən tarix yazıram, şərəfli Azərbaycan tarixi. Ana gördüm oğul toyu görməyib, şəhid balasının qanı axdığı torpaqda qurumayıb, Şuşaya bayram xonçası tutur. Qarşında baş əyirəm, Şəhid Anası. Mən tarix yazıram! Gəlinlərimiz şəhid ərlərinin tabutuna sarılaraq, adına layiq övlad böyüdəcəm ,vətənini sevən vətəndaş olsun. Sənin kimi bu torpaq uğurunda canından keçməyi bacarsın. Mən tarix yazıram! Atalar övladlarının məzarı başında deyir, igidim rahat uyu qisasın gecikmədi, qardaşların qisasını alır. Mən tarix yazıram fəxarətlə ,qürurla, şərəfli Azərbaycan tarixi!!!
Dalidag.az

Kateqoriya: Yazarlar
Tarix: 12-11-2020 15:05
Baxış sayı: 32 855
Yazı axını
02 / 05 / 2024
02 / 05 / 2024
01 / 05 / 2024
01 / 05 / 2024
29 / 04 / 2024
29 / 04 / 2024
28 / 04 / 2024
28 / 04 / 2024
27 / 04 / 2024
27 / 04 / 2024
27 / 04 / 2024
26 / 04 / 2024
26 / 04 / 2024
25 / 04 / 2024
20 / 04 / 2024
20 / 04 / 2024
Ən çox oxunanlar