Reklam
Ruhunun sahibi bütöv adam- Namiq Dəlidağlı- 50
01-11-2020 10:29
Ömür Tanrı payıdı. Kiminə çox , kiminə az düşər bu paydan. Kimi az ömründə çox iş görər, kiminin çox ömrü boş və mənasız keçər...
Erkən yaşlarından sözə könül verən şair, jurnalist Namiq Dəlidağlı da ömür payını boşuna xərcləməyib.Təmənnasız gördüyü işlər, qazandığı sevgi, hörmət bunu sübut edir. Sevgisi, sədaqəti, milli ruhu ilə türk adına, kökünə sadiqdir. Gen daşıyıcılarının, mühitin mütləq təsir prizmasından baxanda onun başqa cür ola biləcəyi düşüncəsi anındaca dəyişir. Kəlbəcərin torpağından, suyundan, havasından ruhuna hopdurduğu halallıq, dürüstlük, mərdlik ömrünün müşaiyətçisidir. Özü kimi yaşayır, özü üçün yaşamır. Bəlli bir yaşa çatıb, nə özündən dönür, nə sözündən.Həqiqəti həm qələmində yaşadıb, həm həyatına yansıdıb. Özünəməsus yaradıcılığı ilə də sevilir insani keyfiyyətləri xarakteri ilə də. Çoxşaxəli fəaliyyət çevrəsi bir nöqtədə birləşir- Söz, sözə xidmət. Rəhbəri olduğu “Dəlidağ”Ədəbi Birliyini, eyni adlı Dalidag.az saytını yaratmaqda məqsədi məhz sözə xidmət amalı daşıyır. Kəlbəcər ədəbi mühitinin, elm, mədəniyyət və başqa sahədə çalışan insanların təbliği, xatırlanması, unudulmaması missiyası ilə fəaliyyətə başlayan “Dəlidağ” təkcə bununla kifayətlənmədi. Səhifələrində hər kəsə yer verdi, neçə- neçə gənc yazarı oxuculara tanıtdı. İnsanların problemlərini ictimailəşdirərək, səhifələrində işıqlandırmaqla həllinə nail oldu.Təbii ki, bunlar hamısı N.Dəlidağlının təmənnasızlıq prinsipindən və sözə xidmət amalından irəli gəlirdi. Bu gün o böyük ürəkli insanın yubiley günüdür. 50 yaşına varan N.Dəlidağlı əslində sentyabrın 29-da dünyaya gəlib və 49 il doğum gününü bu tarixdə qeyd edib. Bu il yubiley ili olduğundan ənənəni pozaraq, özünün dediyi kimi möhürlü kağızın küncünə qeyd edilən vaxta-noyabrın 1-ə ertələyib yubiley tarixini. Yubileyiniz mübarək, dəyərli ziyalı, gözəl şair, ruhunun sahibi bütöv adam!
Qısa tanıtma: Namiq Dəlidağlı 01 noyabr (29 sentyabr) 1970-ci ildə Kəlbəcər rayonunda anadan olub. Orta təhsilini doğulduğu rayonda alıb. Keçmiş Sovet ordusu sıralarında xidmət edib. İxtisasca ali təhsilli jurnalist-filoloqdur.
Namiq Dəlidağlının hələ orta məktəb illərindən şeir və məqalələri Kəlbəcərdə çıxan “Yenilik” qəzetində və mərkəzi mətbuatda dərc edilib. 1993-cü ildən kütləvi informasiya vasitələrində çalışır. “Açıq söz”, “Yeni dünya”, “Avrasiya”, “Aydın səma”, “168 saat”, “Vaxt”, “İki sahil” qəzetlərində, o cümlədən bir sıra saytda müxbir, parlament müxbiri, şöbə müdiri, baş redaktor müavini işləyib. “168 saat”, ”Hər şey Sizin üçün”, “Gəncliyin səsi”, “Dəlidağ” qəzetlərinin baş redaktoru olub. Namiq Dəlidağlı ilk gənclik illərindən ədəbi yaradıcılıqla məşğuldur. Şeirləri “Ədəbiyyat qəzeti”, “Yeni Azərbaycan”, “Ədalət”, “Kaspi”, “168 saat”, “Şəhriyar”, “Murovdağ”, “Vaxt”, “Yeni dünya”, “Səhifələr”, “Türküstan”, “Sumqayıt”, “Gəncliyin səsi” və s. qəzetlərdə, o cümlədən, “Xəzər”, “Ulduz”, “Cahan”, “Ali ziyalı”, “Xəzan” və digər jurnallarda, internet saytlarında dərc edilib. Həmçinin bir sıra şeirləri ölkəmizdə və xaricdə nəşr edilən ədəbi toplularda işıq üzü görüb. 5 publisistik kitabın müəllifi, həmmüəllifi, “Ağ gecənin nağılı”, “Otel otağından reportaj” şeir kitablarının müəllifidir. “Əllidə ələnənlər” adlı növbəti şeirlər kitabı bu günlərdə işıq üzü görüb.
Azərbaycan ədəbi mühitində özünəməxsus yeri olan Namiq Dəlidağlı Qarabağ ağrımız, ordu quruculuğu, dövlətimiz və dövlətçiliyimizlə bağlı yazıları, şeir və məqalələri ilə həm respublika mətbuatında, həm də bir sıra xarici ölkənin mətbu orqanlarında davamlı olaraq çıxış edir, Azərbaycanın haqq səsini, ədalətli mövqeyini bütün dünyaya çatdırır. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Namiq Dəlidağlı “Qızıl qələm”, “Müqəddəs qələm” və digər ədəbi və media mükafatlarına, Azərbaycan Yazıçılar Birliyinin xətti ilə birillik Prezident təqaüdünə layiq görülüb. “Manevr.az”, “Dalidag.az” və “Sumqayitfakt.az” xəbər saytlarının təsisçisi, “Dəlidağ” Ədəbi Birliyinin sədridir. Qardaş Türkiyədə fəaliyyət göstərən “Kapsamhaber” xəbər saytının köşə yazarıdır. Ailəlidir, 2 övladı var.
Sevinc Qərib
Dalidag.az

Kateqoriya: Karusel / Kəlbəcər
Tarix: 01-11-2020 10:29
Baxış sayı: 3750
Yazı axını
23 / 11 / 2024
21 / 11 / 2024
21 / 11 / 2024
20 / 11 / 2024
20 / 11 / 2024
19 / 11 / 2024
17 / 11 / 2024
17 / 11 / 2024
16 / 11 / 2024
15 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
14 / 11 / 2024
11 / 11 / 2024
11 / 11 / 2024
10 / 11 / 2024
09 / 11 / 2024
09 / 11 / 2024
08 / 11 / 2024
08 / 11 / 2024
07 / 11 / 2024
07 / 11 / 2024
Ən çox oxunanlar
21-11-2024 15:23