Reklam
"Bəlkə mənə tanrı rəva bilmədi, dərəmmədim bu gülləri bir daha..." -ŞEİR
06-11-2020 21:39
Gənc şair Eşqin Məmmədov Vətən müharibəsində şəhid olmuş dostu İlkin Abbasovun ürəyindən keçən son sözlərini şeirə çevirib.
BİR DAHA
Bəlkə mənə tanrı rəva bilmədi,
Dərəmmədim bu gülləri, bir daha.
Bu şeirin başqa cürdür qisməti,
Ovundurar könülləri, bir daha.
Həyat bir iblisdir, işi xatalı,
Ömrüm ötür tufanlarda bəlalı.
Doğmalarla, həm atalı, analı,
Çətin tapam o günləri, bir daha.
Bir övlad axtaran qəmli gözüm var,
Hər daşda, cığırda kiçik izim var,
Ruhum gəzər o çölləri bir daha .
Yağışda, günəşdə cürüyür budaq,
Köklərdi yaşayan torpaqda ancaq.
Həyat ağacından düşəndə yarpaq..
Yaşayarmı fəsilləri, bir daha?!
Xatirə yazmışam bir qara daşda.
Bəzən büdrəyəndə, İlkin yapış da... Tutarammı o əlləri, bir daha?!! Eşqin Məmmədov
Dalidag.az
Kateqoriya: Poeziya-nəsr
Tarix: 06-11-2020 21:39
Baxış sayı: 3914Yazı axını
18 / 05 / 2026
17 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
16 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
15 / 05 / 2026
14 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
13 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
12 / 05 / 2026
11 / 05 / 2026
10 / 05 / 2026
09 / 05 / 2026
09 / 05 / 2026
07 / 05 / 2026
07 / 05 / 2026
06 / 05 / 2026
05 / 05 / 2026
Ən çox oxunanlar
18-05-2026 18:20

17-05-2026 13:15




























