Türkiyə Böyük Millət Məclisinin türk hərbçilərinin Azərbaycana göndərilməsi ilə bağlı qanun layihəsini təsdiqləməsindən bir həftə ötür. 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək qardaş ölkənin hərbçilərinin gəlişi hələ ki baş tutmayıb. Doğrudur, ekspertlərin əksəriyyəti bu narahatlığa əsas görmür və yaxın günlərdə bu gəlişin reallaşacağını qeyd edirlər. Rəsmi Ankaranın dekabrın ilk on günlüyündə Azərbaycana Silahlı Qüvvələr göndərəcəyi

Ermənistan noyabrın 25-nə qədər işğal altında saxladığı Kəlbəcər rayonunu tərk etməlidir. Ermənistan KİV xəbər verir ki, britaniyalı jurnalist Bert Lankaster rayonu tərk edən sonuncu ermənilərin köç prosesini lentə alıb. Onlar Kəlbəcəri tərk edərkən təkcə əmlaklarını deyil, ərazidə dəfn olunmuş yaxınlarının qəbir daşlarını da özləri ilə Ermənistana aparıblar. Dalidag.az

Rusiya sülhməramlılarının Qarabağdakı əraziləri minalardan təmizləməsi ilə bağlı görüntü yayılıb. Dalidag.az xəbər verir ki, görüntünü “Sputnik Ermənistan” yayıb. Məlumata görə, rus istehkamçıların aşkar etdikləri döyüş mərmiləri və partlayıcı predmetlər poliqona göndərilir və daha sonra burada partladılır. Daşınması mümkün olmayan predmetlərin isə yerində partladılaraq məhv edildiyi bildirilib. Rus hərbçilərin, həmçinin sülhməramlılar üçün tikiləcək stasionar postlar üçün mövqeləri də tədqiq

“Milli Məclisdə bizim bəzi həmkarlarımız da xəstədir”. Dalidag.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib. Sədr bütün xəstələrə şəfa diləyib: “Qarşıda bizi çox vacib işlər gözləyir. Biz bu sessiyada dövlət büdcəsinə dəyişiklikləri qəbul etməliyik. Buna görə də sizdən xahiş edirəm və tələb edirəm, özünüzü qoruyun”. Qeyd edək ki, Milli Məclisin bir neçə deputatının koronavirusa youxduğu barədə məlumatlar yayılıb. Dalidag.az

Ermənilərin əlində olan Rusiya hava hücumundan müdafiə sistemləri çoxməqsədli olmalarına baxmayaraq, Qarabağda PUA-ları dayandıra bilmədi. Dalidag.az xəbər verir ki, bu barədə Fransanın “L’Opinion” qəzeti yazıb. Qəzet eyni şeyin bir müddət əvvəl Suriya, xüsusilə Liviyada da baş verdiyini bildirib. “Siqnal qarışdıran "Jammer" sistemləri sahəsində Türkiyə çox inkişaf edib. Rusiyanın yüksək səviyyəli “Jammer” sistemləri var, ancaq türklər də elektron müharibə sahəsində çox irəliləyiblər. Türkiyə

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları (BQXK) əsir düşmüş azərbaycanlı hərbçilər – Amin Musayev və Bayram Kərimova baş çəkib. Dalidag.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova modern.az-a bildirib. İ. Hüseynova bildirib ki, bununla bağlı konkret olaraq məlumat isə ailə üzvlərinə verilib, ictimaiyyətə açıqlanmır. Xatırladaq ki, hərbçilərimiz Amin Musayev və Bayram Kərimov 44

"Beynəlxalq hüquqa görə Qarabağ və ətrafındakı 7 rayon Azərbaycan torpağıdır. Suveren dövlətin tələbi olmadıqca da müdaxilə etməyə haqqımız yoxdur". Dalidag.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron ona ünvanlanan "Terrorla mübarizə çərçivəsində Dağlıq Qarabağa müdaxilə etmək üçün sizə mane olan nədir" sualına cavabında deyib. "Məsələn, biz Maliyə müdaxilə etdik, çünki dövlət "terrorçular bizə hücum edir" deyərək dəvət etdi. Suriyada da koalisiya qüvvələrinə qatıldıq,

Poeziya ruhun və düşüncənin sözlə emosional ifadəsidir. Ədəbiyyatın digər köklü qolu olan nəsr də insan duyğularının bədii ifadəsi olmasına baxmayaraq min illərdir ki, insan oğlu qəbinin ən munis hisslərini daha çox şeirlə, nəğməylə ifadə edir. Həm də poeziya nəsrlə müqayisədə daha yığcam, emosional olduğundan insan hisslərini daha canlı əks etdirir və tez yadda qalır. Böyük yunan filosofu və ensiklopedik elm adamı Aristotelin ədəbiyyatı təsnifatlandırmasından min illərlə vaxt keçməsinə,

İşğaldan azad edilmiş Ağdamda daha bir məntəqəyə Azərbaycan bayrağı sancılıb. Dalidag.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərdən aydın olur ki, qəhrəman əsgərlərimizdən biri bayrağı Şahbulaq qalasının divarlarından birinə sancır, ardınca isə hərbi salam verir. Qeyd edək ki, Şahbulaq qalası 1751-1752-ci illərdə Qarabağ xanı Pənahəli xan tərəfindən inşa etdirilib. Dalidag.az

Şuşada ilk çörək sexi fəaliyyətə başlayıb. Dalidag.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılmış məlumatlarda deyilir. Bildirilir ki, artıq orada xidmət çəkən hərbçilərimizə isti çörək çatdırılacaq. Həmin görüntüləri təqdi edirik:
Yazı axını