Sentyabrın 27-də işğalçı Ermənistanın hərbi qüvvələrinin növbəti təxribatçı hücumuna cavab olaraq Azərbaycan ordusu əks-hücuma keçdi. Bununla da Vətən müharibəsi başlandı, müzəffər Azərbaycan Ordusu rəşadəti ilə yeni tariximizin bünövrəsini qoydu. Böyük qələbəmizlə nəticələnən 44 günlük Vətən müharibəsi həm də birliyimizin qələbəsi oldu. Müharibələr itkisiz ötüşmür, oğullar ölür, kimsə atasını, kimsə oğlunu, kimsə qardaşını, kimsə həyat yoldaşını... itirir. Torpaq şəhid qanıyla qarışanda Vətən

"Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan əsgərləri ilə bağlı məsələ Ombudsmanın diqqət mərkəzindədir". Dalidag.az xəbər verir ki, bu barədə Ombudsman Aparatının yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, cari ilin sentyabr ayından etibarən Ermənistanın Azərbaycana qarşı təkrar hərbi təcavüzü nəticəsində əsir düşmüş Azərbaycan əsgərlərinə münasibətdə beynəlxalq hüquq normalarının və humanitar hüquq qaydalarının kobud şəkildə pozulması, onların işgəncələrə, alçaldıcı rəftara məruz

22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günüdür. Ədliyyə Nazirliyinin təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov "Hüququmuz var"ın qonağı olub. Dalidag.az xəbər verir ki, əslən Kəlbəcərdən olan S.Kazımov verilişdə çıxışı zamanı 10 noyabr Qələbə Gününün bayramlarla zəngin olan noyabr ayına xüsusi rəng, xüsusi çalar qatdığını qeyd edib. Şuşanın azad olunmasının, Şuşada bayrağımızın dalğalanmasının çox əlamətdar hadisə olduğunu vurğulayıb. 22 noyabr Ədliyyə işçilərinin peşə

Şuşa əməliyyatı, xüsusən isə Qırmızı Bazar bölgəsinə endirilən zərbə, habelə düşmənin müdafiəsinin uzandığı ərazilərə bir neçə yalançı zərbə ilə onun (düşmənin — red.) diqqətini yayındıraraq müdafiə ehtiyatlarını cəbhə xətti boyunca uzatmaq - bir klassikadır. Dalidag.az -ın məlumatına görə, bunu axar.az-a açıqlamasında tanınmış rusiyalı tarixçisi, hərbi ekspert, politoloq Oleq Kuznetsov bildirib. “Sözügedən əməliyyat Azərbaycan Ordusunun komandirləri və hərbi rəhbərləri arasında həqiqi

Ordumuzun inamlı qələbəsi hərbçilərimiz tərəfindən xüsusi coşqu ilə qeyd olunur. Dalidag.az xəbər verir ki, sosial şəbəkələrdə əsgərlərimizin Murov dağında üçlük şəklində (xanəndə, tar, kamança) “Qarabağ şikəstəsi” və mahnılar ifa etməsini əks etdirən video yayımlanıb. Həmin maraqlı videonu təqdim edirik:

Azərbaycanın İstanbuldakı sabiq baş konsulu İbrahim Nəbioğlu sosial media hesabından Ermənistanın din xadimi ilə bağlı paylaşım edib. Paylaşımda Kəlbəcər rayonunda yerləşən Dadivank monastrının rahibi Hovanes Havanisyanın əli silahlı formada şəkli əks olunub. Şəkildən məlum olduğu kimi, Hovanes Havanisyan 28 il bundan əvvəl Qarabağda azərbaycanlı dinc əhalini qətlə yetirib. Sabiq baş konsul şəkli belə şərh edib: “Sizin hər şeyiniz saxtadır - ölkəniz, tarixiniz, həbəşlərdən oğurladığınız

Azərbaycan Ordusu Qarabağda beynəlxalq hüquqa zidd olan heç bir şey etməyib. Etdiyi ən əsas şey 30 ildən bəri işğal altındakı torpaqlarının azad etməsindən ibarətdir. Bunun da hər kəsin bilməsi lazımdır. Dalidag.az xəbər verir ki, bunun Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib. “Orda-burda danışmaqla Azərbaycan Ordusunu ittiham etmək kimi fikirlərə düşməsinlər. Azərbaycan Ordusunu yandırmaq-dağıtmaqda ittiham etmək böyük bir səhvdir. İnsanın vətənini qoruması, işğal altındakı torpaqlarını

Nikol Paşinyan David Tonoyanı Ermənistanın məğlubiyyətinin əsas səbəbkarı kimi təqdim etməyə çalışır. Dalidag.az xəbər verir ki, bu barədə məşhur rusiyalı hərbi ekspert İqor Korotçenko "Vestnik Kavkazka" nəşrinə Ermənistan hökumətində çoxsaylı istefalar barədə danışarkən deyib. “Ermənistanın baş nazirinə müxalifət partiyaları tərəfindən tənqidlər gücləndi, buna görə də Paşinyan özü üçün məğlubiyyət səbəbkarını tapdı. Halbuki hazırda Ermənistanın müdafiə nazirindən heç nə asılı deyil. Ermənistan

Ermənistan təkcə döyüş meydanında deyil, demoqrafik, informasiya və diplomatik müharibədə də Azərbaycana uduzub. Dalidag.az virtualaz.org-a istinadən bildirir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan yerli "Arovat" nəşrinə müsahibəsində deyib. O bildirib ki, bu illər ərzində Azərbaycana müqavimət göstərə biləcək ordu qura bilməyiblər, hərbi texnika və hazırlıq olmayıb: "1994-cü ildə biz qalib dövlət idik, dünyada, o cümlədən Avropada və NATO-da düşünürdülər ki, regionda ən güclü ordu

Nazirlər Kabineti yanında Operativ Qərargahın noyabrın 19-da imzaladığı qərarla noyabrın 21-dən ölkə üzrə məhdudiyyətlərin tətbiq olunduğu həftəsonlarında fəaliyyətinə icazə verilən sahələr müəyyənləşib. Manevr.az xəbər verir ki, Azərbaycanda xüsusi karantin rejiminin uzadıldığı 2020-ci il 28 dekabr tarixinədək şənbə-bazar günləri fəaliyyətinə icazə verilən sahələr aşağıdakılardır: 1. hüquq-mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti; 2.
Yazı axını