Serj Sarkisyan 2016-cı ildə Qarabağ ətrafındakı 7 rayonun təhvil verilməsinə çağırıb və Xankəndinin itirilməsinin mümkünlüyü barədə xəbərdar edib. Dalidag.az xəbər verir ki, bu açıqlama ilə Qarabağ separatçılarının "parlamenti"nin spikeri Artur Tovmasyan çıxış edib. "2016-cı il Aprel müharibəsindən sonra Ermənistanın üçüncü Prezidenti Serj Sarkisyan və Dağlıq Qarabağın o zamankı başçısı Bako Saakyan yerli parlamentin 22 üzvü ilə görüşdülər. Serj Sarkisyan bizi 7 bölgənin təhvil verilməsi barədə

Kəlbəcər rayonunun Vəng kəndindən videogörüntülər yayılıb. Dalidag.az xəbər verir ki, görüntüləri Müdafiə Nazirliyi yayıb.

Ötən gün “Laçın icması”nın rəbəri Narek Aleksanyanın rus mediasına açıqlamasında onlara Laçın şəhəri və Ermənistanla sərhəddə yerləşən Zabux və Sus kəndlərindən hələ köçməməklə bağlı göstəriş gəldiyi haqda açıqlaması müzakirələrə səbəb olub. Dalidag.az xəbər verir ki, Aleksanyan bu göstərişin “Xankəndidən” gəldiyini, amma dəqiq heç nəyin bilinmədiyini vurğulasa da, son gündə köç qərarının alınacağı halda köçməyin çətin olmayacağını da deyib. Çünki hələ müharibənin getdiyi vaxtda Laçın şəhəri də

Bir ovuc Kəlbəcər torpağının, bir udum yurd havasının həsrətilə neçə-neçə insanımız nisgil dolu gözlərini əbədi yumdu bu dünyaya. Dilində Kəlbəcər, qəlbində bir gün ulu yurda qovuşmaq ümidi də ovutmadı çoxlarını, illərdir Kəlbəcərsizlik dərdinə boyanan neçələrinin ürəyi tab gətirmədi bu ağrı-acıya. Dərdin ən böyüyü, dözülməzidi yurdsuzluq, öz Vətənində məvburi köçkün kimi yaşamaq... Dalidag.az xəbər verir ki, "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirovun anası

Bir kəndin ilk Şəhidi - 18 yaşlı cəngavər... “Evdə ikimiz qalmışdıq, o və mən. Anasını da 2014-cü ildə itirmişdik. İndi onun yoxluğunu qəbul edə bilmirəm, evin divarları üstümə gəlir ...” Bu sözlər yeganə oğlunu – 18 yaşlı Mənsuru Vətən yolunda itirən şəhid atası Mamed Əhmədova məxsusdur. Uca boyu, iri cüssəsi övlad itkisindən sanki qısa müddətdə əriməyə başlayıb. Amma gözlərində qəlbindəki qürur hissi aydın sezilir, ürəyinin fəxarətdən böyüdüyü sözlərindən aşkar hiss edilir: “Şəhid atası olmaq

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun İstisu qəsəbəsindən videogörünütlər hazırlayıb. Ddalidag.az həmin videogörüntüləri təqdim edir.

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycanın üçrəngli bayrağı qaldırılıb. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Həmin görüntüləri təqdim edirik.

Daha bir həmyerlimiz, tanınmış el şairi Mehdixan Kəlbəcərli 80 yaşında dünyasını dəyişdi. Necə deyərlər, vüsalın bir addımlığında zalım fələk bir vaxtlar Kəlbəcərin gözəlliklərini tərənnüm edən, sonralar ruhu həsrət nəğmələrinə köklənən şairə yaşamaq fürsəti vermədi. Dalidag.az xəbər verir ki, bu barədə şairin həmyerlisi İlham Məmmədli məlumat verib: "Amansız ölüm şair Mehdixan Kəlbəcərlini Kəlbəcərə qovuşduğumuz günlərin astanasında əlimizdən aldı. 27 il Kəlbəcər həsrəti ilə qovrulan şairin

Erməni diasporunun sponsorluq etdiyi amerikalı jurnalist Patrik Lankaster Qarabağ və ətraf rayonlarda çəkdiyi təxribatyönümlü süjetlərlə qərəzli mövqeyini ortaya qoyur. Baku TV xəbər verir ki, Kəlbəcərdə qədim Xudavəng Alban monastırında olan Lankaster ermənilərin burada son dini mərasimi keçirmələrini lentə alıb. Jurnalist süjetdə məlumatları təhrif edərək, albanlara aid olan monastırı erməni kilsəsi kimi təqdim edib. Ermənilərin bu kimi ucuz yalanlarını artıq dünya ictimaiyyəti qəbul etmir,

Azərbaycan mərd oğullar, igid qəhrəmanlar diyarıdı.Tariximizdə öz adını unudulmazlar cərgəsinə yazdıran qəhrəmanlarımızdan biri də Kəlbəcər elinin yetirməsi, Murov qədər əzəmətli olan qorxmaz kəşfiyyatçı Ülfət Kərimov idi. Kərimov Ülfət Ələkbər oğlu 1971-ci il fevralın 23-də Kəlbəcər şəhərində anadan olub. Ülfət Kərimovun qəhrəmanlığını sözlə ifadə etmək çətindir.Əsrlər boyu zəngin təbii sərvətlərə malik olan yurdumuz yadellilərin işğalçı siyasətinə məruz qalıb. Hiyləgər düşmənlərə boyun
Yazı axını