Reklam

"Yeganə təsəllim odur ki..."- Həbib Misirovdan anası haqqında kövrək sözlər
28-11-2020 16:11

Dalidag.az xəbər verir ki, "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirovun anası da doğma Kəlbəcərinə qovuşmadan əbədiyyətə qovuşdu. Vüsalın bir addımlığında, azad Kəlbəcərin nəfəsi duyulan bir vaxtda Tanrı bu ananın da ruhunu qonaq etdi göylərinə...Ruhu şad olsun!
Göründüyü kimi, yağı düşmən bizə təkcə maddi ziyan vurmayıb, mənəvi itkilərimiz sonsuz saydadır. Zəhmətkeş bir anaya illərlə həsrətini çəkdiyi, yoxluğuna göynədiyi yurd yerinə dönmək, min əziyyətlə qurub-yaratdığı, sevgisini, əməyini sərf etdiyi evini görmək nəsib olmadı. Tək təsəlli var, yurdunun azad olunacağı xəbərini eşitdi, indi ruhu Murovu aşıb Kəlbəcər göylərində pərvaz edir. Həbib Misirov anası haqqında kövrək notlara toxunub. Özünü belə ovudur, bir gözü ağlayan, bir gözü gülən ziyalımız:
"Anamın vəfatı ilə baş sağlığı verən, dərdimə şərik olan bütün dostlara minnətdarlığımı bildirirəm. Allah ölənlərinizə rəhmət eləsin. Ananın yerini heç nə əvəz edə bilməz. Bu ağrı-açını çəkmək mənim üçün çox çətindir. Təsəvvür edin, eyni anda səni dünyaya gətirən, gecəsini gündüz, gündüzünü gecə edib min bir əzabla səni böyüdən anan haqq dünyasına qovuşur. İkinci bir tərəfdən mənəvi anamız olan doğma Kəlbəcərimiz işğaldan azad olur. Anam Kəlbəcərdə yaşadı, klim toxumaq, bostan becərməklə, uzaq bir məsafədən sərt qışda səhənklə su gətirərək bizi böyütdü. Məcburi köçkün düşdükdən sonura da çox qayğılarla yaşadı. Bu gün mənim bir gözümdən kədər yaşı - bu yaş anamın haqq dünyasına qovuşması yaşıdır. Digər gözümdən sevinc yaşı axır. Bu yaş da doğma Kəlbəcərimizin azadlığa qovuşmasıdır. Yeganə təsəllim odur ki, anam Kəlbəcərə qovuşmasa da heç olmasa Kəlbəcərimizin yağı düşməndən azad olunacağı xəbərini eşitdi. Uca Tanırının nəzəri üzərinizdə olsun, əziz dostlar!"
Dalidag.az olaraq, dəyərli Həbib Misirova anasının vəfatı ilə bağlı başsağlığı verir, Tanrıdan anaya rəhmət, əzizlərinə səbr diləyirik!
Sevinc Qərib



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
