Ermənistan hökuməti Mehri dəhlizinin açılmasına şərait yaradan 9-cu bəndin ləğv edilməsi üçün Rusiyaya müraciət edib. Onlar üçtərəfli atəşkəs sazişinin 9-cu bəndində Mehri dəhlizinin açılması ilə bağlı müddəanın ləğv edilməsi müqabilində Füzuli-Şuşa avtomobil yolunun Azərbaycanın istifadəsinə verilməsini təklif edir. Naxçıvana yol açılması isə Azərbaycanın əldə edilmiş sazişdə müstəsna uğuru hesab edilir. Bəs, maraqlıdır, Ermənistanın bu təklifinə Rusiyanın cavabı nə olacaq? Üçtərəfli bəyanatda

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı üçtərəfli Bəyanata əsasən noyabrın 20-də Ağdam rayonuna daxil olan Azərbaycan Ordusunun bölmələri ərazidə bir sıra tədbirləri həyata keçirib. Dalidag .az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, qoşunlarımızın bu istiqamətdə təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə ərazilər gecə saatlarında minalardan təmizlənib,

Noyabrın 20-də erməni işğalından azad edilən Ağdamda 27 ildən sonra ilk dəfə azan səsləndirilib. Dalidag.az xəbər verir ki, Azərbaycanın bir qrup din xadimi Ağdamın mərkəzində yerləşən Cümə məscidinə gediblər. Dindarlar məsciddə azan verib, namaz qılıblar.

Erməni vandallarının xalqımıza qarşı həyata keçirdiyi soyqırımı siyasəti təkcə insanlar üzərində yox, həm də tarixi-mədəni abidələr və coğrafi adlarımızda da aparılıb. Onlar işğal etdikləri kəndlərimizin və digər yaşayış məskənlərimizin adlarını dəyişdirərək özününküləşdirməyə çalışıblar. İşğaldan azad olunan kəndlərimizin də bəzilərinin adında bu nümunəni görmək mümkün idi. Milli Məclisin Toponomiya komissiyasının sədri, AMEA-nın birinci vitse-prezidenti İsa Həbibbəyli deyir ki, artıq Vətən

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri noyabrın 20-də Ağdam rayonuna daxil olub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ağdam rayonundan foto və video materiallar gün ərzində təqdim olunacaq. Dalidag.az

Azərbaycan Ordusu Kəlbəcərdə "qədim erməni tarixi” istehsal edən emalatxana aşkar edib. Dalidag.az xəbər verir ki, bu barədə tanınmış jurnalist İbrahim Nəbioğlu qeyd edib. "Erməni ustalar daş üzərində qədim ornament və xaç yonur, ona qədimi görünüş vermək üçün sirkədə saxlayıb, oksidləşdirirlər. Sonra isə daşları torpağa basdırır və bir müddət sonra artıq "tarixi olmuş əsərləri” üzə çıxarırlar”, - deyə İ.Nəbioğlu bildirib. "Tarix istehsal edən” sexdən fotoları təqdim edirik: Dalidag.az

Daha bir həmyerlimiz, tanınmış el şairi Mehdixan Kəlbəcərli 80 dünyasını dəyişdi. Necə deyərlər, vüsalın bir addımlığında zalım fələk bir vaxtlar Kəlbəcərin gözəlliklərini tərənnüm edən, sonralar ruhu həsrət nəğmələrinə köklənən şairə yaşamaq fürsəti vermədi. Qeyd edək ki, Mehdixan Kəlbəcərli 1940-cı ildə Kəlbəcər rayonunun Zar kəndində anadan olub. Orta məktəbin 7 ilini həmin kənddə, qalan 3 ilini isə rayon məktəbində oxuyub. 1965-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunun dil-ədəbiyyat

İki gün ərzində əşyalarımı daşıya bilməyəcəyəm. Dalidag.az xəbər verir ki, bu sözləri keçmiş Ağdərə rayonun Boyəhmədli kənd sakini erməni əsilli mağaza sahibi Armen deyib. Bu səbəbdən o, mağazanı türklərə (azərbaycanlılar – red.) qalmaması üçün yandırmaq qərarına gəlib. Qeyd edək ki, keçmiş Ağdərə rayonunun 7 kəndi 20 noyabra qədər Azərbaycanın nəzarətinə qaytarılacaq. Bu kəndlər Yeni Marağa, Mollalar, Seysulan, Papravənd, Boyəhmədli, Əliağalı, Ciləbürtdür. Ağdərə rayonu Azərbaycan MM-in qərarı

Bəzi sosial şəbəkə və media vasitələrində guya Laçın-Şuşa yolunda Rusiya bayrağı altında zenit raket kompleksləri, yaxud “Qrad” qurğuları daşınması haqda xəbər və video-görüntülər yayılıb. Dalidag.az xəbər verir ki, istefada olan polkovnik Şair Ramaldanov Rusiya mediasına açıqlamasında bu cür informasiyaları “feyk” adlandırıb. O bildirib ki, Qarabağdakı Rusiya hərbçiləri, yaylım atəşli raket sistemlərinə ehtiyac duymurlar, çünki onlar genişmiqyaslı hərbi əməliyyatlar aparmaq vəzifəsi ilə

Cənab prezident İlham Əliyevin müvafiq fərmanına uyğun olaraq “Azərişıq” ASC işğaldan azad edilmiş ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatının təcili təmin olunması üçün “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlər həyata keçirir. Dalidag.az “Azərişıq” ASC-yə istinadən xəbər verir ki, Ali Baş komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun işğaldan azad etdiyi ərazilərdə bütün həyat təminatlı sahələrdə, o
Yazı axını