Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun vətən torpaqlarını işğaldan azad etməsi, otuz ilə yaxındır didərginlik həyatı yaşayan məcburi köçkünlərin doğma yurda qaytarılmasına imkan yaradıb. Bununla əlaqədar Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun məcburi köçkünlərin öz torpaqlarına könüllülük əsasında qaytarılacağı barədə söylədiyi fikir yanlış

Kəlbəcərə dönürük... İlahi, sənə şükür, diləyimiz çin oldu, Kəlbəcərə dönürük... İllərdi gözləyirdik, bu gün, həmin gün oldu- Kəlbəcərə dönürük... Möcüzə yaranıbdı-sirr qayası, sirr daşı, bu yurdun əvəzi yox-dür qayası, dür daşı. Şəhid-Şəhid göyərən hər qayası, hər daşı- Kəlbəcərə dönürük... Kimin düşsə bu yerə, güzarı-sevinəcək, qalmayacaq ağrısı-azarı, sevinəcək. ...Uluların torpağı-məzarı sevinəcək, Kəlbəcərə dönürük... Var olsun milli ordum, zəfər çalıb gəlirik, düşmənə qan uddurub, qisas

Dalidag.az xəbər verir ki, bu dəqiqələrdə Heydər Əliyev Mərkəzinin qarşısına toplaşan insanlar "Qarabağ Azərbaycandır" şüarı səsləndirirlər. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları bəyanatın 6-cı bəndinə əsasən Ermənistan işğal etdiyi Kəlbəcər rayonunu bu gün Azərbaycana qaytarır.musavat.com Dalidag.az

Kəlbəcərdən çıxamağa məcbur olan mənfur düşmən, imkanı daxilində tərk etdiyi yerə ziyan vurub rədd olmağı qarşısına məqsəd qoyub. Dalidag.az xəbər verir ki, düşmən bir vaxt meyvəsini yediyi ağacları kəsir, sğındığı evlərə od vurur yandırır. Sonda isə itinin yal qabını, unitazı, cır-cındırını götürüb aradan çıxır. Bir də, qəbirlərdən leşlərini də çıxarıb aparmağı unutmur. Qeyd edək ki, üçtərəfli bəyanata əsasən, Kəlbəcər bu gün - noyabrın 15-də Azərbaycana qaytarılıb.

Müdafiə Nazirliyi işğaldan azad olunan Laçın rayonunun Güləbürd kəndindən videoreportaj hazırlayıb. Dalidag.az həmin videonu təqdim edir:

“Azərbaycanda məcburi köçkün və qaçqınlarla bağlı iki qanun mövcuddur. Onlardan biri “Məcburi köçkün və qaçqınların statusu haqqında” digəri isə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” qanunlardır”. Dalidag .az xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib. Onun sözlərinə görə, həmin qanunlara uyğun olaraq məcburi köçkünlər öz doğma torpaqlarına

"Öz torpaqlarını 30 ildən sonra işğaldan azad edən azərbaycanlı qardaşlarımızın zəfərini qeyd edir, sevincini bölüşürük. Noyabrın 10-u gecə yarısından etibarən başlayan atəşkəs razılaşması ilə Ermənistanın işğalına son qoyulub, Azərbaycanın öz ərazisi olan Qarabağ azadlığa qovuşub". Dalidag.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında bildirilib. “Noyabrın 11-də bölgədəki atəşkəsə nəzarət və təftiş üçün yaradılmasına qərar verilən Türkiyə-Rusiya Monitorinq Mərkəzi

“Məcburi köçkün soydaşlarımızın mütləq əksəriyyəti öz doğma torpaqlarına qayıtmaq əzmindədir. Təbii ki, məcburi köçkünlərin öz torpaqlarına qayıtması məsələsi könüllülük əsasında aparılacaq”. Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov deyib. “Biz əminik ki, cənab Prezidentimizin də qeyd etdiyi kimi, məcburi köçkün soydaşlarımız üçün işğaldan azad olunmuş doğma torpaqlarımızda cənnət məkanı yaradılacaq. Ora qayıtmaq isə hər bir keçmiş

Ermənilərin işğal etdikləri ərazilərdən çıxarkən etdiyi vəhşiliklərlə bağlı daha bir görüntü ortaya çıxıb. Dalidag.az xəbər verir ki, Kəlbəcəri tərk edən ermənilər ağacları kəsərək yük maşını ilə Ermənistana daşıyırlar. Qeyd edək ki, bundan öncə Kəlbəcərdə son 25 ildə məskunlaşan ermənilərin köçərkən hər şeyi - unutaza qədər söküb apardıqları, boş evləri və meşələri isə yandırdığı görüntüləri yayılıb.axar.az Dalidag.az

Azərbaycanın Respublikasının Dağlıq Qarabağ bölgəsində dislokasiya olunan Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi və iştirakı ilə Şuşa şəhəri ətrafındakı döyüş meydanında həlak olan hərbi qulluqçuların bir neçəsinin cəsədinin toplanılması həyata keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bu humanitar aksiya çərçivəsində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının cəsədləri toplanaraq Ermənistan tərəfinə təhvil verilib. Həmçinin, aksiya çərçivəsində
Yazı axını