Reklam
Türkiyə Müdafiə Nazirliyi Qarabağla bağlı bəyanat yaydı
14-11-2020 14:12
"Öz torpaqlarını 30 ildən sonra işğaldan azad edən azərbaycanlı qardaşlarımızın zəfərini qeyd edir, sevincini bölüşürük. Noyabrın 10-u gecə yarısından etibarən başlayan atəşkəs razılaşması ilə Ermənistanın işğalına son qoyulub, Azərbaycanın öz ərazisi olan Qarabağ azadlığa qovuşub".Dalidag.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında bildirilib.
“Noyabrın 11-də bölgədəki atəşkəsə nəzarət və təftiş üçün yaradılmasına qərar verilən Türkiyə-Rusiya Monitorinq Mərkəzi ilə bağlı memorandum imzalanıb. Türkiyə-Rusiya Monitorinq Mərkəzi ilə bağlı imzalanan memorandumun tətbiq olunmasına dair metod və əsasların Rusiya Federasiyası ilə müzakriə olunması davam edir.
Heyətlər arasındakı ilk iclas noyabrın 13-də Milli Müdafiə Nazirliyində gerçəkləşib. Bu gün də toplantılar davam ediləcək.
İmzalanan atəşkəs bəyanatındakı şərtlərin yerinə yetirilməsi, işğal altındakı bütün torpaqların Azərbaycana qaytarılması, bölgədə sülh və əmin-amanlıq mühitinin yenidən təmin edilməsi prosesini yaxından izləyəcəyimizi, güzəştə getməyə imkan verməyəcəyimizə, ehtiyac olduğu halda tərəddüd etmədən Azərbaycana hər cür dəstəyi verəcəyimizi bir daha vurğulamaq istəyirik. Azərbaycanın davası bizim davamız, sevinci sevincimiz, kədəri kədərimizdir”, – nazirliyin bəyanatında qeyd olunub.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 14-11-2020 14:12
Baxış sayı: 4356Yazı axını
03 / 02 / 2026
03 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30









.jpg)


















