Reklam
“Laçın dəhlizini bağlamaq lazımdır?” - Ermənistanın məntiqsiz təklifi
20-11-2020 21:31
Onlar üçtərəfli atəşkəs sazişinin 9-cu bəndində Mehri dəhlizinin açılması ilə bağlı müddəanın ləğv edilməsi müqabilində Füzuli-Şuşa avtomobil yolunun Azərbaycanın istifadəsinə verilməsini təklif edir.
Naxçıvana yol açılması isə Azərbaycanın əldə edilmiş sazişdə müstəsna uğuru hesab edilir.
Bəs, maraqlıdır, Ermənistanın bu təklifinə Rusiyanın cavabı nə olacaq? Üçtərəfli bəyanatda belə bir dəyişiklik edilməsi mümkündürmü?
Dalidag.az xəbər verir ki, məsələ ilə bağlı sfera.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ermənilərin bu təklifinin gülünc olduğunu və heç bir halda qəbul edilməyəcəyini bildirib:
"Bu müraciətin qəbul olunmasına inanmıram. Çünki sənədə imza atanların hamısı öz öhdəliklərini yerinə yetirməlidir. Bu baxımdan ermənilərin hansısa xahişinin qəbul ediləcəyi gülməli gəlir. Üçtərəfli bəyanat patent şəkildə qəbul edilib.
Əgər ermənilərin bu təklifi nəzərə alınırsa, onda demək Laçın dəhlizini də bağlamaq lazımdır? Bu təklif çox məntiqsizdir. Ermənistan hökumətində onsuz da ağıllı adam yox idi müharibə dövründə bu lap kəskin hal alıb".
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 20-11-2020 21:31
Baxış sayı: 3467Yazı axını
07 / 07 / 2026
07 / 07 / 2026
07 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
06 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
05 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
04 / 07 / 2026
03 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
02 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
01 / 07 / 2026
30 / 06 / 2026
Ən çox oxunanlar






























