Ermənilər Laçın şəhərindən çıxmır? – Detallar
28-11-2020 18:08
Dalidag.az xəbər verir ki, Aleksanyan bu göstərişin “Xankəndidən” gəldiyini, amma dəqiq heç nəyin bilinmədiyini vurğulasa da, son gündə köç qərarının alınacağı halda köçməyin çətin olmayacağını da deyib. Çünki hələ müharibənin getdiyi vaxtda Laçın şəhəri də daxil olmaqla, rayondan erməni mülki əhalisinin böyük əksəriyyəti əşyalarını yığışdıraraq, çıxıb.
Maraqlıdır, Laçın şəhəri və Zabux və Sus (hər iki kənd Zabux kəndinin inzibati ərazisinə daxildir) kəndlərində ermənilərin qalmasının mümkünlüyü barədə ehtimal hardan yaranıb?
Məsələ bundadır ki, Ermənistanla Azərbaycanın Qarabağ bölgəsində yaşayacaq erməni icmasının əlaqəsini təmin etmək üçün saxlanılan “Laçın dəhlizi”nin eni 5 kilometrdir. Bu yola nəzarət də Rusiya sülhməramlılarındadır. “Laçın dəhlizi” Laçın şəhərindən və Zabux kəndindən keçdiyi üçün həmin ərazilərin “neytral zona” olacağı ehtimalı ortaya çıxıb.
Ancaq 10 noyabrda imzalanan Bəyanatda Laçın rayonunun tam boşaldılması nəzərdə tutulur. Ona görə də sual yaranır: ermənilər Laçın şəhərində necə qala bilərlər?
Bu barədə danışan erməni ekspertləri də Laçın şəhərində ermənilərin yaşama imkanlarının olmadığını qeyd ediblər.
Ermənistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Aşot Melkonyan deyib ki, Azərbaycan heç bir güzəşt etməyəcək:
“Zod (Söyüdlü – red.) qızıl mədəninin əhəmiyyətli hissəsinə girən və onu sərhədlərinə qatan Azərbaycan Ordusunun Laçın şəhərinə də girəcəyinə heç bir şübhə etmirəm. Onlar bunun üçün birgə Bəyanatı əsas götürəcəklər”.
Melkonyan bu məsələlərə rəsmi açıqlama verilməsini tələb edib.
İndiyə qədər isə heç bir rəsmi açıqlama verilməyib. Ermənistan rəhbərliyi bu cür ziddiyyətli məqamdan Laçın şəhərinin boşaldılmaması üçün istifadə etməyə cəhd göstərsə də, bunu birbaşa elan etməyib. Belə ki, bu barədə yalnız icma sədrinin açıqlaması və yaxud “Xankəndidən gələn tapşırıq” ümumi ifadəsi ilə Azərbaycanın mövqeyi yoxlanılır.
Azərbaycanın mövqeyi ilə üçlü Bəyanatda qəti şəkildə ifadə olunub.axar.az
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 28-11-2020 18:08
Baxış sayı: 4358Yazı axını
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
20 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
19 / 01 / 2026
18 / 01 / 2026
17 / 01 / 2026
Ən çox oxunanlar
27-01-2026 13:30









.jpg)



















