Reklam
"Kəlbəcərə Qayıdış" İB-nin üzvləri Lerikdə şəhid ailələrinə maddi yardım etdi -ŞƏKİLLƏR
22-11-2020 16:31
Sentyabrın 27-də işğalçı Ermənistanın hərbi qüvvələrinin növbəti təxribatçı hücumuna cavab olaraq Azərbaycan ordusu əks-hücuma keçdi. Bununla da Vətən müharibəsi başlandı, müzəffər Azərbaycan Ordusu rəşadəti ilə yeni tariximizin bünövrəsini qoydu. Böyük qələbəmizlə nəticələnən 44 günlük Vətən müharibəsi həm də birliyimizin qələbəsi oldu. Müharibələr itkisiz ötüşmür, oğullar ölür, kimsə atasını, kimsə oğlunu, kimsə qardaşını, kimsə həyat yoldaşını... itirir. Torpaq şəhid qanıyla qarışanda Vətən olur! Şəhid verdik, yaralılarımız, itkinlərimiz var. Qələbəmizdə bütün bölgələrin payı var, qeyd etdiyim kimi, qələbə həm də birliyimizin qələbəsidir. Vətənimizin dilbər guşələrindən olan Lerik rayonundan da neçə-neçə qəhrəman oğullar torpaq uğrunda ölməyi, şəhid olmağı gözə alıb cəbhəyə yollandı. Onlarla şəhidini bağrına basdı Lerik torpağı...Şəhid və qazi ailələrinə diqqət göstərmək, qayğıları ilə maraqlanmaq hər birimizin mənəvi və vicdan borcudur. Hansı ki, bu günə qədər(ümid edirik ki, bundan sonra da) ayrı-ayrı təşkilatlar, dövlət müəssisələri, özəl qurumlar, fərdlər bu xeyirxah missiyanı həyata keçirərək, şəhid, qazi və hal-hazırda cəbhədə olan əsgər ailələrinə maddi-mənəvi dəstək olublar.
Dalidag.az xəbər verir ki, "Kəlbəcərə Qayıdış" İctimai Birliyi də xeyirxah ənənəsini davam etdirir. Bu dəfə birlik Lerik rayonunda şəhid ailələrinə baş çəkib. Bu barədə redaksiyamıza birliyin üzvü Ramiz Abışov məlumat verib. Bildirib ki, birliyin üzvləri-Ramiz Abışov, Yelmar Mustafayev, Elşən Nağıyev rayonda şəhid ailələrinə baş çəkərək, onlara maddi və mənəvi dəstək göstəriblər. Ümumilikdə 34 şəhid ailəsinə baş çəkən birlik üzvləri hər ailəyə 500 manat məbləğində yardım ianə ediblər. Bəzilərinin sosial problemlərinin yerindəcə həll olunmasına nail olublar. Ucqar kəndlərdəki şəhid ailələrini ziyarətə getmək üçün göstərdikləri köməyə görə, birlik üzvləri Lerik rayon İcra hakimiyyəti və Regional vergi idarəsinin rəhbərliyinə təşəkkürlərini bildiriblər. Birlik üzvləri həmçinin şəhid məzarlarını ziyarət edib, şəhidlərin ruhuna dualar oxuyublar.
Sevinc Qərib
Dalidag.az




















Kateqoriya: Sosium
Tarix: 22-11-2020 16:31
Baxış sayı: 31 382Yazı axını
03 / 02 / 2026
03 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30









.jpg)


















