Reklam
BQXK Amin Musayev və Bayram Kərimovla görüşüb
23-11-2020 14:29
Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları (BQXK) əsir düşmüş azərbaycanlı hərbçilər – Amin Musayev və Bayram Kərimova baş çəkib.Dalidag.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova modern.az-a bildirib.
İ. Hüseynova bildirib ki, bununla bağlı konkret olaraq məlumat isə ailə üzvlərinə verilib, ictimaiyyətə açıqlanmır.
Xatırladaq ki, hərbçilərimiz Amin Musayev və Bayram Kərimov 44 günlük Vətən Müharibəzi zamanı yaralanaraq, ermənilərə əsir düşüblər. Onların Ermənistan ərazisində saxlanıldığına dair məlumat var.
Düşmən tərəfindən əsir alınan Amin Musayev və Bayram Kərimovla bağlı ilk videonu ukraynalı jurnalist Aleksandr Xarçenko çəkərək, Youtube-dakı ANNA News kanalında paylaşıb.
İ.Hüseynova deyib ki, Azərbaycanlı hərbi əsirlər – Amin Musayev və Bayram Kərimovun geri qaytarılması üçün dialoqlar davam etdirilir.
“Saxlanılan şəxlərin qaytarılması, azad olunması saxlayan tərəfdən asılıdır. Saxlayan tərəf azad etmək barədə arzu və qərarını bildirdikdə, Beynəlxalq Qızıl Xaç Komitəsi bu əməliyyatın həyata keçirilməsində vasitəçi olaraq iştirak edir”.
İ.Hüseynovanın sözlərinə görə, əsir və girovların dəyişdirilməsilə bağlı konkret müddət nəzərdə tutulmayıb: “Bu qərar tamamilə münaqişə tərəflərindən asılıdır. Yəni münaqişə tərəfləri qərar verdikdə, Beynəlxalq Qızıl Xaç Komitəsi münaqişə tərəflərinə əməliyyatın yerinə yetirilməsində neytral vasitəçi kimi dəstək verir. Amma qərar tamamilə münaqişə tərəflərindən asılıdır”.
Azərbaycan tərəfi həmin əsirlərin geri alınması üçün beynəlxalq təşkilatlara, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 23-11-2020 14:29
Baxış sayı: 3463Yazı axını
03 / 02 / 2026
03 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
02 / 02 / 2026
01 / 02 / 2026
01 / 02 / 2026
31 / 01 / 2026
30 / 01 / 2026
29 / 01 / 2026
28 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
27 / 01 / 2026
26 / 01 / 2026
25 / 01 / 2026
24 / 01 / 2026
24 / 01 / 2026
23 / 01 / 2026
23 / 01 / 2026
22 / 01 / 2026
21 / 01 / 2026
21 / 01 / 2026
20 / 01 / 2026
Ən çox oxunanlar
02-02-2026 17:30









.jpg)


















