Reklam

"Ürəyimiz yenə Kəlbəcərçün atır, Kəlbəcərə can atır..." - Əkbər Qoşalı
15-11-2020 22:28

Kəlbəcərdə qanunsuz məskunlaşmış ermənilərin və işğalçı qoşunların çıxmasına Rusiya prezidentinin xahişi ilə Azərbaycan tərəfindən 10 gün əlavə möhlət verilməsi yüksək Azərbaycan humanizmidir. 10 günlük Kəlbəcər uzanması üçtərəfli Bəyanatdakı “vaxt cədvəl”ini aradan qaldırmır – dəyişiklik texniki xarakterlidir, işğalçı qoşunların rədd olub getməsi üçün qoyulmuş 1 dekabr – “son tarix”i qüvvədədir: beləliklə, 20 noyabr – Ağdamdan, 25 noyabr – Kəlbəcərdən (tam), 1 dekabr – Laçından çıxarılma, köçürülmə prosesi başa çatdırılmalıdır. Kəlbəcərdə köçürülmə bütün sürəti ilə davam edir, dayanmayıb, dayana bilməz; 10 gün bütün “obyektiv”, subyektiv bəhanələri sıfırlayır, əhədi kəsilmişlərin sözləri də kəsilir. Bu Azərbaycan fərqi, tarixə düşəcək, vicdanlı, tərəqqipərvər, sülpərvər insanlar dünyanın harasında yaşamasından, hansı xalqa (ölkəyə) mənsub olmasından asılı olmayaraq, bunu yazacaqdır; “Azərbaycan fərqi” yazıram, çünki hadisələr, cəhənnəm olarkən, unitazı da söküb aparan, çıxdığı evi yandıran, meşələri doğrayıb, sərvəti talan edən, geriyə xarabalıq buraxmaqdan zövq alanların görməmişliyi fonunda baş verir.

Ermənistanın Kəlbəcərdən çıxması prosesi vandalizm aktları ilə müşayiət edilir, ən adi müqayisə belə biz Azərbaycanlıların qarşısında necə bir geridəqalmış, görməmiş, unitazdan aşağı “mənəviyyat”lı topluluğun olduğunu görsün, bir daha görsün.

Barbarlıq mənzərəsinə baxın: 27 il öncə sahibi zorla qovulmuş evdə məskunlaşasan, orada illər uzunu yaşayasan, çıxmağa məcbur olunca da, həmin evə od vuraraq gedəsən! Dünyada daha hansı “mədəni xalq” bu cür davranır?!. Azərbaycanın gözündə tük axtaranlar, maraqlı dairələr, beynəlxlaq qurum və quruluşlar niyə susur? Bu, ikilistandartlar, bu siyasi lallıq, ideoloji korluq, dini karlıq – insanlıqdan çıxmalar... nə vaxtadək davam edəcək?!.
Bilirsiz, 1993-cü il işğalı zamanı Kəlbəcərdə 500-dən artıq dinc sakinin həlak olması, yüzlərlə insanın girov və ya itkin düşməsi, sağ qalanlarınsa özü ilə zəruri əşyaları götürə bilməməsi, Kəlbəcərlilərin bütün əmlakının Ermənistan silahlı qüvvələri tərəfindən talan edilməsi özü bir soyqırım aktı olub. Üstəlik, ermənilər Kəlbəcərin Ağdaban elində zatən soyqırım aktını biləvasitə törətmişdi. Soyqırım suçluları indi daha 10 gün vaxt istəməklə öz rəzil durumlarını başa düşürmü görəsən? –
Ən alçaq üsul və vasitələrə əl atdın, enində-sonunda yenə rədd olub gedirsən!
Sonunda uduzan sən oldun, yenilginin dadını ən son sən daddın!
Əbədi məğlubiyyət sənin, əbədi qalibiyyət bizimdir!
Sən sən olma, Ermənistan! Sən sən olsan, sonundu!
Bugünün Azərbaycanı Şah İsmayılın, Nadir şahın ruhu ilə dirçəlir, məhz bu tarixi şəxsiyyətlərin hökmranlıq dövründən qərinələr keçəndən sonra, İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Respublikası öz torpaqları üzərində suveren hüquqlarını bərpa edir, tarixi zəfər əldə edir! Qarşı tərəfdə belə örnəklər... sadəcə mümkün deyil; çünki tarixdəki ilk erməni dövləti təqribən 100 il bundan öncə qurulub. Müstəqil erməni dövlətinin yaşı isə 30 il civarındadır. İmperiyalar, dövlətlər qurmuş, bu coğrafiyanın söz sahibi olmuş bir xalqla savaşmaq Ermənistanın harasına yaraşır? – O Ermənistanın ki tarixi Azərbaycan torpaqlarında elan edilib, tapusu saxtadır, dini məzhəbi saxtadır, bayrağı saxtadır, tarixi lap saxtadır, mədəniyyətisə yalan-palan üzərindədir. Dövlət, xalq gərək ayağını tarixinə və mədəniyyətinə görə uzada... Ermənistan yorğanı başına çəkir, ayağı çöldə qalır, ayağını örtüncə də, başı çöldə qalır – günah nə yorğanda, nə yarğandadır – günah saxta Ermənistanda, hiyləli dünya erməniliyindədir... “Erməni xəstəliyi”nin vaksini “COVİD-19” vaksinindən daha tez tapılmalıdır...
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
BAYRAĞIMIZ UCA OLSUN!

Əkbər QOŞALI
Dalidag.az



Yazı axını
23 / 02 / 2025
22 / 02 / 2025
22 / 02 / 2025
19 / 02 / 2025
18 / 02 / 2025
17 / 02 / 2025
15 / 02 / 2025
13 / 02 / 2025
13 / 02 / 2025
11 / 02 / 2025
10 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
09 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
07 / 02 / 2025
06 / 02 / 2025
01 / 02 / 2025
Ən çox oxunanlar
18-02-2025 11:05
