Reklam
Kəlbəcərin boşaldılması noyabrın 25-nə kimi uzadıldı
15-11-2020 15:20
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladığı birgə bəyanatın icrası istiqamətində işlər davam etdirilir”.Dalidag.az-ın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, bəyanata əsasən, 15 noyabradək Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonundan çıxarılması nəzərdə tutulub:
“Dünən Azərbaycan və Rusiya prezidentlərinin müzakirəsi olub. Ermənistan tərəfinin Rusiya vasitəsi ilə Azərbaycana müraciəti olub. Ermənistan tərəfi bu müddətin noyabrın 25-dək uzadılmasını istəyib. Hava şəraiti çətinləşir, o istiqamətdən yalnız bir yol - Zod-Vardenis yolu var və yolun ötürücülük qabiliyyəti aşağıdır. Azərbaycan bunu nəzərə alaraq, humanistlik nümayiş etdirib və Kəlbəcərdə yerləşdirilmiş mülki əhalinin noyabrın 25-dək çıxarılmasına razılıq verib. Öhdəliklər qüvvədə qalır, vaxtın uzadılması ilə bağlı xüsusi bəyanat imzalanmasına ehtiyac yoxdur”.
Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, 20 noyabradək Ağdamdan, 1 dekabradək isə Laçından Ermənistan silahlı qüvvələrinin çıxarılması nəzərdə tutulur.
Dalidag.az
Kateqoriya: Kəlbəcər
Tarix: 15-11-2020 15:20
Baxış sayı: 41 336Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























