İşğaldan azad olunan Kəlbəcər rayonunda Qurban bayramı qeyd olunub. Bayram münasibətilə qurbanlar kəsilib. Qurban kəsimi tikintisi yekunlaşan Kəlbəcər yarımstansiyasının qarşısında həyata keçirilib. Qeyd edək ki, bu gün və sabah Azərbaycanda Qurban bayramı qeyd olunur. Dalidag.az

Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Artak Davytan ilə birinci müavini Arşak Karapetyan bir-birinə stul və külqabı atıblar. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. “Joxovurd” qəzetinin yazdığına görə, şənbı günü Artak Davtyanın kabinetində onunla birinci müavini arasına mübahisə baş verib və mübahisə söyüşlərə, stul və külqabıların havada uçuşmasına qədər böyüyüb. “Joxovurd” qəzeti bu haqda məlumatı Ermənistan SQ Baş qərargahdan dəqiqləşdirmək istəsə də,

Ermənistan Naxçıvan, xüsusilə Sədərək istiqamətində atəşkəsi pozur. Buna səbəb Naxçıvan MR Sədərək rayonunun Ermənistan işğalında qalan Kərki kəndinin qaytarılması məsələsinin gündəmdə olmasıdır. Anklavların qaytarılmasının 10 noyabr Bəyanatına daxil edildiyi, lakin Ermənistan hakimiyyətinin daxili auditoriya qarşısında duruş gətirə bilməyəcəyi üçün çıxarıldığı və sonraya saxlanıldığı haqda məlumatlar var idi. Kərki və Qazaxın 7 kəndinin yeni sərhəd müqaviləsinə daxil ediləcəyi gözləniləndir.

İyulun 19-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində - Kəlbəcər və Laçın rayonlarında ilkin zəruri tələbatların ödənilməsi üçün gündəlik tələbat mallar dükanları, aptek, bankomat, YDM və s. açılması məqsədi ilə müvafiq şirkətlərlə görüşlər keçirilib. Dalidag.az xəbər verir ki, bu barədə işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin İqtisadi Məsələlər işçi qrupunun növbəti

Hacı Zeynalabdin Tağıyevin Azərbaycan tarixində özünəməxsus yeri var. Milyonçunun gördüyü xeyirxah işlərdən bir əsrdir danışılır, onun əməyi yüksək qiymətləndirilir. Tağıyevi əminliklə 20-ci əsrin əvvəllərində indiki postsovet məkanında ən tanınmış azərbaycanlı adlandırmaq olar. Dalidag.az xəbər verir ki, Bakı milyonçusu ziyalılara az dəstək nümayiş etdirməyib. Tağıyevin təkcə bir neçə qəzeti maliyyələşdirdiyini xatırlamaq kifayətdir. Amma onun ziyalılarla az qarşıdurması da

Ermənistanın Azərbaycanla sərhədində yerləşən 4 kəndin sakinləri evlərini tərk edərək, yaxın şəhərlərə köçməyə başlayıb. Dalidag.az xəbər verir ki, bunlar Qeğakunik rayonunun Kut (Zərkənd), Azat, Norabak və Yuxarı Şorca kəndlərinin sakinləridir. Zərkəndin icma rəhbəri Sima Çitçiyan bildirir ki, hazırda hansı tərəfə baxırlarsa, orada Azərbaycan Ordusunun postlarını görürlər: “Örüş sahələrimiz qalmayıb. Heyvanlarımızı otarmağa yerimiz yoxdur. Əkin sahələrimizi biçmək üçün heç bir ikmanımız

İşğaldan azad olunmuş bölgələrimizdə bərpa işləri davam etdirilir. Dalidag.az xəbər verir ki, bu çərçivədə Kəlbəcərə də elektrik enerjisinin verilməsi üçün işlər aparılır. Yenidənqurmada iştirak edən hər kəs üçün bu, adi iş olmadığındandır ki, zaman-zaman əməkdaşların sevinci kameraların yaddaşına köçür. Elə Kəlbəcərin işıqla təmin olunmasını rəqslə qeyd edən elektriklər kimi… Həmin görüntüləri təqdim edirik: Dalidag.az

Azərbaycan əhalisinin 1939-cu il göstəricilərinə nəzər salanda gözə respublikada 23 mindən çox almanın yaşaması barədə rəqəmlər dəyir. Təəccüblənməmək mümkün deyil. Çünki indi ölkədə nadir hallarda hər hansı almanın yaşaması haqda eşitmək mümkündür. Dalidag.az xəbər verir ki, almanların Azərbaycana böyük köçü 1817-1818-ci illərdə baş tutub. 500 nəfərdən ibarət 8 alman koloniyası general Aleksey Yermolovun göstərişi ilə bu torpaqlarda yerləşdirilib. Çar Rusiyası prosesə

Gözəl gələcək gəncliyimizlə gələcək. O gənclik ki, uğurlu təhsil, layiqli məktəb keçib. Bu gün gəncliyimizin, gələcəyimizin uğurlarına bizə sevinmək qalır. Ölkəmizin inkişafı, dünyada yaxşı tanıtımı gənclərimizin çiyninə düşən mənəvi yükdür. Vətən qarşısında ən böyük xidmət elmlə başlayır. Bu gün Azərbaycanımızın dilbər güşələrindən biri Kəlbəcər rayonundan olan bir uğurlu gənc və onun nailiyyətləri haqqında eşitdim, sevinməmək mümkünsüz. Qürur duydum gözəl qızımızla. Öz zəkasıyla işıqlı
Yazı axını
 
 
 
 
 
 
 
04 / 05 / 2024
 
 
 
 
 
 
 
 
 
 
29 / 04 / 2024