Sumqayıt şəhərinin 12-ci mikrorayonunda, məcburi köçkünlərin yaşayış kompleksinin ərazisində Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün abidə inşa edilib. Abidə Sumqayıt şəhərində fəaliyyət göstərən məcburi köçkün icmasının təşəbbüsü və “Qartal” tikinti firmasının təşkilatçılığı ilə hazırlanıb. İyunun 30-da abidənin açılış mərasimi keçirilib. Mərasimdə torpaqlarımızın işğaldan qurtarılması, ölkəmizin ərazi bütövlüyünün təmin olunması naminə canlarını qurban verən şəhidlərin

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura üzvləri Sabunçu rayonu Pirşağı və Ramana qəsəbələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüblər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun ötən ilin payızında ərazilərimizi erməni işğalından azad etməsi nəticəsində məcburi köçkünlərin doğma yurda qayıdışına imkan yarandığı, hazırda həmin ərazilərdə təhlükəsizlik tədbirləri görüldüyü, minatəmizləmə

Sabir Rüstəmxanlı Milli Məclisin deputatı İstanbulda, "İlin adamı" mükafatlarının təqdimetmə mərasimində Rumuniyadan olan türk əsilli iş adamı, Rumıniya-Türkiyə Ticarət və Sənaye odalar başkanı Dr. Tamer Atalay mənə yaxınlaşıb "Sabir bəy, biz üzüntü içindəyik, ağılasığmaz bir işdir. Niyə belə oldu?"- dedi. Düzü, öncə onun nə haqda danışdığını anlamadım... Suallarının arası kəsilmirdi: "Azərbaycan nədən böylə bir iş gördü? Bu adamın Balkanlarda yapdıqlarının dəyərini niyə bilmədiniz?" "Söhbət

"Məni Bakıda mühakimə olunan heç bir erməni terrorçunun, diversantın məhkəməsinə dəvət etməyiblər. Amma çağırmalıydılar!". Dlidag.az xəbər verir ki, bu sözləri modern.az-a erməni girovluğunda olmuş Dilqəm Əsgərov deyib. O bildirib ki, Bakıda mühakimə olunanları üzbəüz görmək istəyir: "Burada saxlananların üzünü görə bilmədim, xəbərdar etmədilər ki, bilim kimlərdi. Bəlkə də Bakıdakı diversantlar, terrorçular arasında bizə işgəncə verənlər də var. Məndən soruşan olmadı. Bakıda iki erməni

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviçin cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək. Dalidag.az xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə ittiham aktının elan olunması, təqsirləndirilən şəxslərin ifadə verməsi gözlənilir. Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq,

Kəlbəcər Rayon İcra Hakimiyyətində vətəndaşlarla növbəti onlayn qəbul keçirildi. Dalidag.az -ın xəbərinə görə, görüş Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı qərarına əsasən, xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edilib və qəbula gələn Kəlbəcər rayon sakinlərinin müraciətləri dinlənilib. Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev onların problemlərini, təkliflərini aidiyyatı üzrə qeydiyyata alınmasını tapşıraraq, İcra Hakimiyyətinin

Laçın rayonunda yol qəzasında həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçularına şəhid statusu veriləcək. Dalidag.az xəbər verir ki, bu barədə hərbi qulluqçuların ailəsindən bildirilib. "Müdafiə Nazirliyindən bizə dedilər ki, yol qəzasında həlak olan Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - kiçik çavuş Zeynallı Coşqun Çingiz oğlu və əsgər Rəhimli Orxan Elxan oğluna şəhid statusu veriləcək”, - ailədən bildirilib. Qeyd edək ki, iyunun 28-də günorta

Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında terror-təxribat törətməkdə ittiham olunan erməni silahlı dəstə üzvləri – Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Veryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib. ANAMA-dan verilən məlumata görə, iyunun 21-dən 25-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan əməliyyat-axtarış tədbirləri zamanı piyada əleyhinə 84, tank əleyhinə 74 mina və 134 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 1 139 168 kvadratmetr (114 ha) ərazi mina və partlamamış hərbi

"Rusiyanın sərhəd qoşunları Ermənistanla Azərbaycan arasında sərhəddə duracaq, sonra demarkasiya və delimitasiya olacaq, bundan sonra Ermənistan və Azərbaycan Sərhəd Qoşunları sərhəddə duracaqlar". Dalidag.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin İctimai Televiziyasına verdiyi müsahibəsində deyib. Təhlükəsizlik Şurasının rəhbəri qeyd edib ki, əgər Ermənistanın "öz gücü çatmasa, həmin yerlərdə Rusiya qoşunları dayanacaqlar. Qəti qərara alınıb ki,
Yazı axını