Müdafiə Nazirliyi Laçın rayonunun Ağbulaq kəndindən videogörüntülər yayıb. Dalidag.az görüntüləri təqdim edir: [media=[media=https://www.youtube.com/watch?v=4NcKT3V8p4g&feature=emb_imp_woyt]]

İyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub. Dalidag.az bildirir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələrinin sayıqlığı nəticəsində qrupun bir üzvü, hərbi qulluqçu Artur Kartanyan saxlanılıb. Qrupun digər üzvləri geri çəkilərək ərazini tərk edib. Diversantın saxlanıldığı ərazinin

Kəlbəcər Rayon İcra Hakimiyyəti tərəfindən onlayn qaydada vətəndaşların növbəti qəbulu həyata keçirilib. Dalidag.az -ın məlumatına görə, görüş Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı qərarına əsasən, xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edilib və qəbula gələn kəlbəcərli məcburi köçkünlərin müraciətləri dinlənilib. Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev onların problemlərini, təkliflərini aidiyyatı üzrə qeydiyyata alınmasını və İcra

“Azərişıq” ASC 44-günlük vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş rayonların azad edilmə tarixini qeyri-əhali qrupuna daxil olan abunəçi kodlarında əbədiləşdirib. D alidag.az-ıın məlumatına görə, bu zaman abunəçi kodunun ilk seriyasından dərhal sonra həmin rayonun yaxud şəhərin azad edilmə tarixi (gün,ay və il) qeyd edilib. Hazırda bir neçə aydır istifadə edilən Şuşanın qeyri-əhali qrupu abunəçi kodları 58/081120 rəqəmləri ilə başlayır. “Azərişığ”ın Tədris və İnnovasiyalar Mərkəzinin

Son günlər mediada düşmən tərəfin Xocavənddə yeni səngərlər hazırlaması, postlar qurması ilə bağlı məlumatlar yayılır. Hətta sosial şəbəkədə bununla bağlı peyk görüntüləri də yayılıb. Rusiya sülhmərmalılarının sülhə nəzarət etməli olduğu ərazidə düşmən tərəf səngər düzəldir. "Əgər bu məlumatlar doğrudursa, ya prosesə Rusiya dəstək olur, ya da proses Rusiyanın nəzarətindən çıxıb. Hər bir halda bu, Rusiyanın və onun sülhməramlılarının etibarına, fəaliyyətinə, nüfuzuna böyük zərbədir”. Dalidag.az

Fransanın Sent-Etyen şəhərində 3 erməninin törətdiyi qətl hadisəsinə etiraz nümayişi keçirilib. Dalisag.az xəbər verir ki, xislətlərini gizlədə bilməyən 28, 32 və 63 yaşlı 3 erməni 26 yaşlı qambiyalı gəncə dörd bıçaq zərbəsi vuraraq qətlə yetirib. Hadisə yerli sakinlərin gözü qarşısında baş verib. Ətrafdakı sakinlərin telefon vasitəsilə çəkib, sosial şəbəkələrdə paylaşdıqları videodan ermənilərin qəddarlığı aydın görünür. Videoda ermənilərin vurduğu bıçaq yaralarından müvazinətini saxlaya

Erməni terrorçu silahlı birləşmənin 13 üzvünün cinayət işi icraata verilib. Dalidag.az-ın xəbərinə görə, iş Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil. Qeyd edək ki, Ermənistan Respublikasının vətəndaşlarından ibarət bir qrup şəxs qanunsuz şəkildə odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr

Erməni polkovnik Koryun Qumaşyanın Laçın və Kəlbəcər istiqamətində törədilmiş təxribatla bağlı etirafı barədə "Haber Global” videomaterial hazırlayıb. Qeyd edilir ki, ermənilər 17 yük maşını minanı Azərbaycan ərazisində basdırdıqlarını etiraf ediblər. Üstəlik, düşmən minalanmış ərazilərin xəritələrini vermək üçün Azərbaycana şərt qoyur. Dalidag.az

Erməni diversiya qrupları öncədən xüsusi hazırlıq keçdikdən sonra Azərbaycan ərazisinə atılır. Bu, danılmaz faktdır. Dalidag.az xəbər verir ki, bu barədə axar.az-a rusiyalı hərbi ekspert Aleksey Xlopotov bildirib. “Mən artıq birinci dəfə deyil ki deyirəm, ermənilər məğlubiyyətlə barışmaq fikrində deyil. Üstəlik, indi seçkilər ərəfəsində onlar öz “döyüş əhval-ruhiyyələrini” və fəaliyyət qabiliyyətini nümayiş etdirmək fikrindədirlər. Amma reallıqda onların böyük əməliyyat keçirmələri üçün heç bir
Yazı axını