Reklam
Qarabağda qeydiyyata düşən abunəçilərin kodları belə olacaq - SİYAHI
08-06-2021 12:57

“Azərişıq” ASC 44-günlük vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş rayonların azad edilmə tarixini qeyri-əhali qrupuna daxil olan abunəçi kodlarında əbədiləşdirib.
Dalidag.az-ıın məlumatına görə, bu zaman abunəçi kodunun ilk seriyasından dərhal sonra həmin rayonun yaxud şəhərin azad edilmə tarixi (gün,ay və il) qeyd edilib. Hazırda bir neçə aydır istifadə edilən Şuşanın qeyri-əhali qrupu abunəçi kodları 58/081120 rəqəmləri ilə başlayır.
“Azərişığ”ın Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə bildirib ki, bu addım azad edilmiş digər ərazilər üçün də atılıb: “Əgər həmin ərazilərdə elektrik enerjisi istehlak olunursa bu o deməkdir ki, həmin rayonlarda elektrik enerjisi sayğaclarından da istifadə edilir. Həmin sayğacların da sayğac bazasında qeydiyyata alınması üçün isə mütləq abunəçi kodu olmalıdır. Abunəçi kodu dediyimiz həmin qeydiyyat kodları artıq müəyyənləşib və azad edilmiş ərazilərdəki sayğaclar həmin kodlarla fəaliyyət göstərir”.
Beləliklə, azad edilmiş rayonlarda qeydiyyata düşən qeyri-əhali qrupu abunəçilərin kodları belə olacaq.
Laçın – 41/011220
Zəngilan – 64/201020
Qubadlı – 39/251020
Kəlbəcər – 32/251120
Xocavənd – 28/091020
Qeyri-əhali qrupu üçün 9 və 11 simvoldan ibarət kod müəyyən edilib. Hazırda həmin ərazilərdə obyektlərin kodlaşdırılması və qeydiyyatı davam etdirilir.
Kateqoriya: Qarabağ
Tarix: 08-06-2021 12:57
Baxış sayı: 2415Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























