Kəlbəcər Rayon İcra Hakimiyyətində 15 İyun - Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib. Dalidag.az -ın xəbərinə görə, tədbirdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları ilk öncə Kəlbəcər Rayon İcra Hakimiyyətinin inzibati binasında xalqımızın Ümummilli Liderinin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra pandemiya qaydalarına

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə məcburi köçkünlər Azərbaycan Respublikasının Dövlət Himnini oxuyub. Komitədən Dalidag.az -a verilən məlumata görə, respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlər əlamətdar bir gündə - 15 İyun Milli Qurtuluş günündə bu təşəbbüsə qoşulub. Ulu Öndər Heydər Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə daim diqqət və qayğı göstərib. Münaqişənin ilk illərində ümumilli

Doğma Kəlbəcərimizin öz ziyalıları ilə taninan, ən böyük yaşayış məntəqəsi olan Başlıbel kəndi doğma Azərbaycanımıza neçə-neçə alimlər, ziyalılar bəxş etmişdir. Bu ziyalıların yetişməsində Başlıbel kənd orta məktəbində işləmiş bütün müəllimlərin böyük zəhməti olmuşdur. Vaxtı ilə Başlıbel kənd orta məktəbində verilən təhsilin yüksək səviyyədə olması öz sübutunu dəfələrlə tapmışdır. Burada işləyən hər bir müəllimin pedaqoji fəaliyyəti digər məktəblərdəki müəllimlər üçün nümunə çəkilərdi. Bu gün

Kəlbəcər təkcə şeir-sənət ocağı deyil. Bu torpağın yetişdirdiyi elm adamları var ki, onlar nəinki Azəraycanda, dünyada da yaxşı tanınırlar. Elm hüdudları aşan bir sahədir. Elmə bəxş edilən ixtiralar, ideyalar, layihələr bir məkan, bir yer anlayışından uzaq, dünyəvilik aspektində qərar tutur. Bu gün elmə verdiyi töhfələrlə dünyada şöhrət qazanmış, əslən Kəlbəcərdən olan görkəmli ziyalı, əməkdar elm xadimi, professor, tanınmış təhsil eksperti Şahlar Əsgərovun doğum günü- 80 illik yuileyidir.

Qənbər Şəmşiroğlu və Şahlar Əsgərov Bu gün fizika - riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərovun 80 yaşı tamam olur. Alimə ünvanlanan çoxsaylı təbriklər onun şəxsinə və fəaliyyətinə olan hörmətin, ehtiramın, sevginin sbutudur. Dalidag.az xəbər verir ki, "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanov (Qənbər Şəmşiroğlu) mədəniyyət oçağının cox saylı üzvləri adından görkəmli alim, əməkdar elm

61-ci ildən bəri baş verən bir çox hadisələri xatırlayıram. Məs. pul dəyişilməsi, çörək qıtlığı, arcanoy deyilən iyli undan bişirilən çörəyi xatırlayıram. Rəhmətlik dədəmgilim Göyçəyə karvana getdiyi də yadımdadır. Sözümün canı var... O vaxtlar Çərəkdar kəndimizdə iki ali təhsilli ginekoloq həkim vardı. Rəhmətlik Asya qarı və Niyar qarı. Ağlım kəsəndə onlar oturuşmuş qadınlar idi, bəlkə də yaşları az olardı, çəkdikləri əzab - əziyyət qamətlərini bükmüş, üzlərini qırışdırmışdı. Üzlərindəki

Azneftdən azca aralı köhnə İnturistin yaxınlığındakı Bəhram Gur heykəlinin fonunda çəkilmiş rəngli fotoda əli irəli uzanmış, alnı qırış-qırış, çalsaç, çəlimsiz, ağzıaçılı əsəbi Xalq şairi nəhəng gənc oğlanın çiynindəydi. Dalidag.az mərhum yazıçı Azər Abdullanın "Yekəpər" hekayəsini təqdim edir: Polislərdən biri ikinci dəfə daha da ucadan amiranə "vətəndaş, sizinləyəm, bizimlə getməlisən" deyəndə, maşının mühərrikinə sarı əyilmiş usta qəddini düzəltmədən başını səs gələn tərəfə çevirdi. Gənc

İkinci Qarabağ savaşı bitsə də, Azərbaycan Ordusunun hərbi təlimləri dayanmır. Bu, ordumuzun növbəti lokal müharibəyə, antiterror əməliyyatlarına başlayacağı haqda iddiaların səslənməsinə də səbəb olub. “Növbəti müharibə başlasa, Azərbaycan Xankəndi daxil, digər əraziləri də işğaldan azad edib, bölgəyə tam və əmin sülh gətirər” kimi fikirlər səslənir. Aydındır ki, bütövlükdə Cənubi Qafqazda sülhün yaranması, bərqərar olması münaqişənin tam və birmənalı həllindən keçir. Bu baxımdan Azərbaycan

ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putin İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüş zamanı Qarabağ məsələsini də müzakirə edəcək. Dalidag.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib. O bildirib ki, prezidentlər Moskva və Vaşinqtonu maraqlandıran bütün mövzulara, o cümlədən həll olunmamış ikitərəfli məsələlərə, strateji sabitlik və regional münaqişələrə toxunacaq: "Görüşün gündəliyində Yaxın Şərq, Suriya, Liviya, İranın nüvə proqramı, Əfqanıstan

Ermənistan tərəfindən 15 diversant əvəzində bütün Ağdam ərazisindəki minalanmış ərazilərin xəritəsinin verilməsi Azərbaycanın ilk növbədə diplomatik, daha sonra isə hərbi-siyasi uğurudur. Dalidag.az xəbər verir ki, bu barədə axar.az-a tanınmış rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bildirib. Onun sözlərinə görə, sövdələşmənin ermənilər tərəfindən ədalətli olduğu üzə çıxsa (mina xəritələri dəqiq olsa – red.), bu fakt Cənubi Qafqaz regionunun taleyi üçün böyük nəticələrə səbəb olacaq:
Yazı axını