Reklam

Məktəbdə ondan “4” alan şagird, qəbul imtahanında da “4” alırdı... - Başlıbelli Əhəd müəllim
15-06-2021 15:46

Doğma Kəlbəcərimizin öz ziyalıları ilə taninan, ən böyük yaşayış məntəqəsi olan Başlıbel kəndi doğma Azərbaycanımıza neçə-neçə alimlər, ziyalılar bəxş etmişdir. Bu ziyalıların yetişməsində Başlıbel kənd orta məktəbində işləmiş bütün müəllimlərin böyük zəhməti olmuşdur. Vaxtı ilə Başlıbel kənd orta məktəbində verilən təhsilin yüksək səviyyədə olması öz sübutunu dəfələrlə tapmışdır. Burada işləyən hər bir müəllimin pedaqoji fəaliyyəti digər məktəblərdəki müəllimlər üçün nümunə çəkilərdi. Bu gün həmin məktəbin təqaüddə olan müəllimi Əhəd Məmmədovla sizi tanış etmək istəyirik.
Gözümü dünyaya açandan həm evimizdə, həm də ətraf qonşularımızda, eləcə də bütün kəndimizdə elmə, təhsilə, eləcə də təhsil verən müəllimlərə böyük hörmət və ehtiram görmüşəm. Kəndimizdəki məktəbdə dərs deyən müəllimlər haqqında həmişə hörmətlə danışardılar. Kəndimizdə elə bir ev yox idi ki, oradan heç olmasa bir ali və ya orta ixtisas təhsilli adam çıxmasın. Bunun da səbəbi Başlıbel kənd orta məktəbində işləyən müəllimlərin düzgün təhsil verməsində idi. Bu məktəbin müəllimləri yüksək səviyyədə ali təhsil almış və öz ömürlərini gənc nəslin təlim- tərbiyəsi və təhsili yolunda fəda etməyə hazır olan əsl təhsil fədailəri idi. Oxuduğum məktəbdə mənə ana dilimizin şirinliyini və incəliyini, ədəbiyyatəmızın tarixini, nəzəriyyəsini və incilərini öyrədən Əhəd müəllim haqqında bizdən böyük olan şagirdlər, eləcə də məktəbimizin məzunlarından həmişə xoş sözlər eşidirdik.

Oqtay SALAHLI
Dalidag.az
















Yazı axını
07 / 08 / 2025
06 / 08 / 2025
05 / 08 / 2025
04 / 08 / 2025
04 / 08 / 2025
03 / 08 / 2025
02 / 08 / 2025
02 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
01 / 08 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
31 / 07 / 2025
30 / 07 / 2025
30 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
29 / 07 / 2025
28 / 07 / 2025
28 / 07 / 2025
27 / 07 / 2025
27 / 07 / 2025
26 / 07 / 2025
26 / 07 / 2025
25 / 07 / 2025
25 / 07 / 2025
Ən çox oxunanlar
01-08-2025 13:57
