Reklam
Kəlbəcərdə iməclik - FOTOLAR
11-10-2025 16:09
Dalidag.az xəbər verir ki, məqsəd şəhər ərazisində təmizlik və abadlıq işlərinin aparılması, ekoloji mədəniyyətin təşviqi, eləcə də ictimai fəallığın artırılması olub. İməclikdə “Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin əməkdaşları, şəhər sakinləri, məktəblilər, eləcə də dövlət müəssisələrinin nümayəndələri iştirak ediblər.
İştirakçılar birgə formada şəhərin müxtəlif ərazilərində məişət tullantılarının yığışdırılması, yaşıllıq zolaqlarının abadlaşdırılması və küçələrin təmizlənməsi işlərini həyata keçiriblər. Bu təşəbbüs Kəlbəcərin ekoloji baxımdan sağlam mühitə çevrilməsi və şəhər sakinlərində təbiətə qayğılı münasibətin formalaşdırılmasına xidmət edir.
Xidmət tərəfindən bu cür tədbirlər davamlı şəkildə həyata keçiriləcək və şəhərin abad, təmiz, yaşıl saxlanması üçün ictimai həmrəylik ön planda tutulacaq.
"Birgə səylərimizlə Kəlbəcəri daha təmiz, daha abad edək!", - deyə "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” bəyan edib.
Dalidag.az









Kateqoriya: Kəlbəcər
Tarix: 11-10-2025 16:09
Baxış sayı: 3271Yazı axını
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
21 / 07 / 2026
20 / 07 / 2026
19 / 07 / 2026
18 / 07 / 2026
17 / 07 / 2026
Ən çox oxunanlar






























