Reklam
Sumqayıtda şair Yavər Məmmədov ilk kitabını oxuculara təqdim etdi -FOTOLAR
13-10-2025 18:48
Sumqayıt şəhər "Poeziya Evi"ndə şair Yavər Məmmədovun "İllər geçir ömrümüzdən" adlı ilk şeirlər kitabının təqdimatı keçirilib.Dalidag.az xəbər verir ki, tədbirdə qələm adamları, ictimaiyyət nümayəndələri, müəllifin dostları, oxucular iştirak edib.
Tədbiri giriş sözü ilə "Poeziya Evi"nin direkroru, şair İbrahim İlyaslı açaraq tədbir iştirakçılarını salamladı, müəllif və təqdim olunan kitab haqqında fikirlərini söylədi. Y.Məmmədovun əslən Laçın rayonundan olduğunu və 30 ilə yaxın yurd həsrəti çəkdiyini dilə gətirdi. Bu əsnada şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himnimiz səsləndirildi.
İ.İlyaslı tədbiri aparmaq üçün sözü şair Namiq Dəlidağlıya verdi. N. Dəlidağlı da öz növbəsində iştirakçıları salamlayıb, 30 ildən sonra həsrətinə son qoyulan Laçın haqqında kövrək notlara toxundu. Müəllifin ağrı-acısını, yurd göynəyini daha dərindən anladığını və onunla həmdərd olduğunu bildirdi. Torpaqlarımıza qovuşmağın xoşbəxtliyini, qürurunu yaşadığımız bu günümüzə şükürlər oxudu. Yavər Məmmədovun yaradıcılığı haqqında fikirlərini bölüşən aparıcı ilk sözü kitabın "Ön söz" müəllifi şair Eynulla Sadıqa verdi. E.Sadıq kitab haqqında geniş danışaraq müəllifə uğurlar dilədi.
Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin sədri, şair Gülnarə Cəmaləddin çıxışında Y.Məmmədovun ədəbi mühitə gəlişini cəsarətli addım kimi dəyərləndirdi, ona uğurlar arzuladı.
Tədbirdə iştirak edən Kamil Bəşəri, Elşad Xaqan, Sevinc Qərib, Əli Niyazbəyli, Lilpar Cəmşidqızı, Zabit Məmmədov, Rəna Təbəssüm, Elbrus Qayalı, Sabir Məmmədov, Hikmət Fərzəli, Emin Həsənov, Yapon Məmmədov, Yeganə Sərçuvallı və başqaları çıxış edərək, bir gün əvvəl 60 illik yubileyini qeyd edən şairi hər iki münasibətlə təbrik etdilər, müəllifin şeirlərindən səsləndirdilər.
Gənc şair, aşıq Pərviz Axundun tədbir boyunca sazda müşayəti tədbirə ayrıca rəng qatdı.
Qeyd edək ki, P.Axund həm də kitabın redakrorudur. P.Axund kitabdakı şeirlərə münasibətini bildirdi və Y.Məmmədovun Zəngəzur bölgəsinə xas olmayan əruz vəznində yazmasını xüsusi olaraq diqqətə çatdırdı.
Sonra kitabın müəllifi sazın müşaiyəti ilə şeirlərindən oxudu.
Tədbirin sonunda Y.Məmmədov hər kəsə təşəkkürünü bildirdi, imzalı kitablarını qonaqlara hədiyyə etdi. Xatirə şəkilləri çəkdirildi.
Sevinc Qərib
Fotolar Şakir Rəhmanındı
Dalidag.az














Kateqoriya: Poeziya-nəsr
Tarix: 13-10-2025 18:48
Baxış sayı: 3414Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
Ən çox oxunanlar





























