Reklam
Komitə sədri Namiq Dəlidağlını təbrik etdi
29-09-2025 15:32
Fazil MustafaMilli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, “Türk Dünyası İnfo” İctimai Birliyinin üzvü, şair-publisist Namiq Dəlidağlını 55 illik yubileyi ilə bağlı təbrik edib.
Məktubda deyilir:
"Hörmətli Namiq müəllim!
Sizi 55 illik əlamətdar yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm!
Çox şadam ki, bu ilki yubileyinizi Kəlbəcərin, doğma Çovdar kəndinin, uzun illər işğalda qalmış digər şəhər və kəndlərimizin azadlığının, eləcə də
“Böyük Qayıdış”ın sevinci, qüruru içində keçirirsiniz.
Sizin uzun illərdən bəri Azərbaycan mətbuatında, ictimai-mədəni mühitdə səmərəli fəaliyyət göstərir, həmçinin milli-mənəvi dəyərlərin qorunması və təbliği yönündəki çalışmalarınızla seçilirsiniz. Ədəbi yaradıcılığınızda milli köklərə bağlılıq, publisist qələminizdə isə ictimai məsuliyyət və mövqe həmişə ön planda dayanmışdır.Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, “Türk Dünyası İnfo” İctimai Birliyinin üzvü kimi, həm də medi orqanı təsisçisi, redaktor və ictimai birliyin təşkilat komitəsinin rəhbəri olaraq fəaliyyətiniz milli-mədəni irsimizin təbliğ-tərənnümü, gənc nəslin milli ruhda yetişdirilməsinə töhfə baxımından önəmlidir. Üzvü olduğunuz ictimai birliklər və habelə medi orqanları vasitəsi ilə müxtəlif layihələrdə uğurla iştirak etmisiniz.
Əminəm ki, Siz bundan sonra da ictimai fikir mühitində, mətbuat və ədəbiyyat aləmində fəal mövqeyinizlə seçiləcək, öz təcrübənizlə gənc qələm sahiblərinə, ictimai fəal gənclərə mənəvi dəstək göstərəcəksiniz.
Sizə möhkəm cansağlığı, yaradıcılıqda, ictimai fəaliyyətdə yeni uğurları arzulayıram”!


Kateqoriya: Manşet / Poeziya-nəsr
Tarix: 29-09-2025 15:32
Baxış sayı: 2294Yazı axını
21 / 04 / 2026
21 / 04 / 2026
20 / 04 / 2026
20 / 04 / 2026
18 / 04 / 2026
18 / 04 / 2026
17 / 04 / 2026
17 / 04 / 2026
16 / 04 / 2026
14 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
13 / 04 / 2026
10 / 04 / 2026
09 / 04 / 2026
07 / 04 / 2026
05 / 04 / 2026
05 / 04 / 2026
02 / 04 / 2026
31 / 03 / 2026
Ən çox oxunanlar





























