Reklam
Məcburi köçkünlər əsgərlərin səsinə səs verdilər - VİDEO
15-06-2021 16:29
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə məcburi köçkünlər Azərbaycan Respublikasının Dövlət Himnini oxuyub. Komitədən Dalidag.az-a verilən məlumata görə, respublikanın müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış məcburi köçkünlər əlamətdar bir gündə - 15 İyun Milli Qurtuluş günündə bu təşəbbüsə qoşulub. Ulu Öndər Heydər Əliyev qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə daim diqqət və qayğı göstərib. Münaqişənin ilk illərində ümumilli liderin təşəbbüsü ilə beynəlxalq təşkilatlar məcburi köçkünlərə yardım edib, beləliklə, yaşana biləcək humanitar fəlakətin qarşısı alınıb. Ulu Öndər Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllini prioritet istiqamət kimi müəyyənləşdirib.
Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ərazilərimiz işğaldan azad olunub. İlk dəfə Milli Qurtuluş Gününü ərazi bütövlüyü bərpa olunmuş ölkənin vətəndaşları kimi qeyd edən məcburi köçkünlər himni oxumaqla həm də ölkənin suverenliyi uğrunda vuruşmuş əsgərlərin səsinə səs veriblər. İşğaldan azad olunmuş ərazilərə Azərbaycan bayrağını sancan rəşadətli Azərbaycan ordusunun əsgərləri orada Dövlət himnini ifa edib. Doğma yurduna qayıtmağa hazırlaşan məcburi köçkünlər müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan əsgərlərimizin səsinə səs veriblər.
Dalidag.az
Kateqoriya: Sosium
Tarix: 15-06-2021 16:29
Baxış sayı: 3414Yazı axını
14 / 06 / 2026
13 / 06 / 2026
12 / 06 / 2026
10 / 06 / 2026
09 / 06 / 2026
08 / 06 / 2026
05 / 06 / 2026
04 / 06 / 2026
04 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
03 / 06 / 2026
02 / 06 / 2026
02 / 06 / 2026
01 / 06 / 2026
30 / 05 / 2026
29 / 05 / 2026
28 / 05 / 2026
27 / 05 / 2026
27 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
26 / 05 / 2026
Ən çox oxunanlar




























