Məlum olduğu kimi, Yerə yaxın müddətdə nəhəng asteroidin yaxınlaşması gözlənilmir. Lakin tədqiqatçılar bunun gec-tez baş verəcəyini bildirirlər. Dalidag.az xəbər verir ki, Planetin Müdafiəsi Konfransında təxminən iyirmi ölkədən 200 nəfərlik bir qrup 6 ay ərzində bir asteroidin Yer kürəsi ilə toqquşacağı fərziyyəsinin üzərində çalışıb. Ancaq bu asteroidi məhv edə və ya istiqamətini dəyişdirə bilən missiya həyata keçirmək üçün mövcud texnologiyanın gücsüz olduğu, eyni zamanda vaxt məhdudiyyətinin

Qarabağda müharibə bitməyib, sadəcə atəşkəs imzalanıb. Dalidag.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Armen Sərkisyan Qazaxıstandakı erməni icmasının üzvləri ilə görüşündə deyib. “Müharibə bitməyib, sülh razlaşması yoxdur. Məlum deyil “arsax”ın statusu necə olacaq, danışıqlar nə vaxt başlayacaq və necə gedəcək, Azərbaycan-Ermənistan sərhədində hadisələr necə inkişaf edəcək”, - Sərkisyan bildirib./axar.az Dalidag.az

"...Qar yağırdı. Elə bil mələklər iki il əvvəl Nəbinin toyundakı qar dənələrini təkrar yerə endirirdilər, amma bu yer o yer deyildi..." Dalidag.az Fərid Muradzadənin yeni "Qar yağırdı" hekayəsini təqdim edir : Ç oxdandır ki şəhərə qar yağmırdı. Son illər dünyada baş verən iqlim dəyişkənliyi səbəbindən havalar qeyri-sabit keçir. Bir o qədər də fərqində olmadığımız anomal iqlim dəyişkənliyi zaman-zaman fəsadlarını daha da qabarıq göstərməyə başlayır ki, bu da ətraf aləmə, bütün canlı orqanizmə

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistanın Gorus rayonuna səfər edib. Dalidag.az xəbər verir ki, rus səfir eyni zamanda Rusiya sülhməramlılarının Sisiandakı xüsusi aviasiya qrupunu, həmçinin 102-ci hərbi bazanın Gorusda yerləşdirilən qrupunu ziyarət edib. Gorusda bölgənin meri ilə görüşən səfir Zəngəzur sərhədi ilə bağlı vəziyyətlə maraqlanıb. Kopırkin Rusiyanın müttəfiqlik öhdəliklərini yerinə yetirdiyini qeyd edib və merə rus hərbçilərinin Gorusda yerləşməsi üçün ortaya çıxan

Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətindəki sərhəddə baş verən atışma barədə Ermənistan mətbuatının yaydığı xəbəri təkzib edib. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. “Sərhəddə vəziyyət sakitdir. Atəşkəsin pozulması halı qeydə alınmayıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbər bir daha bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş təxribatdır”, - deyə Vaqif Dərgahlı qeyd edib. Dalidag.az
Yazı axını