Ermənistan Ombudsman Aparatı seçki bülletenlərinin fotoşəkillərinin sosial şəbəkələrdə, o cümlədən təhqiramiz şərhlərlə yayılması hallarını qeydə alıb. Dalidag.az erməni mətbuatına istinadən xəbər verir ki, Ermənistan Ombudsmanı Arman Tatoyan səsvermə nəticələrinin şəkil və videolarının yayımlanmasının qanunla qadağan olduğunu bildirib. Qeyd edib ki, bu cür hərəkətlər seçki qanunlarının pozulmasıdır. Onun sözlərinə görə, bu cür qanun pozuntusuna yol verən şəxsləri cinayət məsuliyyəti, böyük

Xəbər verdiyimiz kimi, bu gün Ermənistanda parlament seçkiləri keçirilir. Seçki başlayar- başlamaz demək olar ki, bütün məntəqələrdə neqativ hallar, qanun pozuntuları müşahidə olunur. Bu barədə ölkə mətbuatı davamlı məlumatlar yayır. Dalidag.az news.am-a istinadən xəbər verir ki, Masisin Azataşen kəndindəki 11/11 seçki məntəqəsində də gərgin vəziyyət yaranıb. Bu barədə "Verelk" partiyası öz Facebook səhifələrində məlumat verib. "Verelk"i təmsil edən vəkil qanun pozuntusunun şahidi olub və bu

Azərbaycan ilə Türkiyə arasında mövcud olan “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından ibarət növbəti qrupun qardaş ölkədə keçirilən komando kursuna yola salınması mərasimi keçirilib. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad

Erməni Milli Konqresinin partiyasının rəhbəri, Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan səsvermədə iştirak edib. Dalidag.az erməni mətbuatına istinadən xəbər verir ki, sabiq prezident İrəvan şəhərindəki 9/19 seçki məntəqəsində səs verib. Məlumata görə, o məntəqəyə tək gəlib, ailə üzvləri yanında olmayıb. Ter-Petrosyan jurnalistlərin suallarını cavablandırmayıb. Səsvermədən dərhal sonra maşına minib və ərazidən uzaqlaşıb. Sevinc Dalidag.az

Biz yaşamaq sənəti barədə Tolstoyun “Hərb və sülh” əsərindən çox şey öyrənə bilərik. Hələ nəzərə alaq ki, Tolstoyun həyatında təkəbbür və yelbeyinlik, seksual qısqanclıq və mürəkkəb ailə münasibətləri də olub. Lakin Roman Krznaric yazır ki, bütün bunlara baxmayaraq, bizim ustad romançıdan öyrənə biləcəyimiz çox həyat dərsləri var. 1828-ci ildə doğulmuş və 1910-cu ildə vəfat etmiş Tolstoy öz malikanəsi və yüzlərlə təhkimlisi olan rus aristokratik ailəsindən çıxmışdı. Gənc qrafın erkən gəncliyi

Müdafiə Nazirliyi Zəngilan rayonunun Sarılı Xəştab kəndindən videogörüntülər paylaşıb. Dalidag.az həmin görüntüləri təqdim edir:

Ermənistanda keçirilən seçkilərlə bağlı ilk qanun pozuntuları haqda xəbərlər gəlməkdə davam edir. Dalidag.az -ın xəbərinə görə, hərbi hissələrdə əsgərlərin hakim partiyaya səs verməyə məcbur edilməsi haqda faktlar daxil olur. Belə ki, Tavuş vilayətindəki hərbi hissələrdən birinin komandiri əsgərləri Nikol Paşinyana səs verməyə məcbur edir. Zəngəzurda, Xndzoreks kəndində isə əsgərlərə Paşinyanın adından dondurma paylayıblar. Dalidag.az https://ok.ru/video/2586438535786

“Hazırda mütəxəssislər xəritələrin tam təhlilini aparır. Eyni zamanda bu iş praktiki olaraq ərazidə də həyata keçirilir. Ona görə də indi hər hansı rəqəmi səsləndirmək, xəritələrin tərtibatının standartlara nə dərəcədə uyğun olub-olmaması barədə fikir söyləmək bir qədər tezdir. Və bir də söhbət təkcə Ağdamın minalanmış ərazilərinin xəritəsindən deyil, ümumiyyətlə indiyədək əldə etdiyimiz mina xəritələrinin təhlilinin aparılmasından gedir”. Dalidag.az-ın məlumatına görə, bunu Müdafiə
Yazı axını