Yolların açılması bizi yerləşdiyimiz dalandan heç yerə çıxartmır. Dalidag.az xəbər verir ki, bu iddia ilə erməni filosof İda Martirosyan Yutubda yayımlanan “Troye v lodke” verilişində deyib. “Bizə hansısa dənizə çıxış verin. Bəli, əgər bizdən delimitasiya, demarkasiya ilə torpaq alırlarsa, qarşılığında hansısa keçid versinlər” – deyə o bildirib. Bundan sonra verilişin aparıcısı Martirosyana irad tutaraq, “sən Ermənistan kimi kobudluğa can atırsan. Sən bu gün kimsən ki, hansısa torpaq tələb

"Ermənistan XİN-in 30 iyul 2021-ci il tarixli açıqlaması Azərbaycana qarşı növbəti cəfəng və yalan ittihamları əks etdirir. 30 ilə yaxın Azərbaycana qarşı təcavüzkar siyasəti həyata keçirən Ermənistan bu gün də beynəlxalq hüquqa zidd mövqe nümayiş etdirir, iki dövlətin sərhədinin delimitasiyası prosesinə yox deyir, üçtərəfli bəyanatların icrasına maneə törədir". Dalidag.az xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat katibi Leyla Abdullayeva deyib. "Deeskalasiya istəyən ölkə nədən sərhəd boyu

Sabiq deputat, Sosial Rifah Partiyasının keçmiş sədri Xanhüseyn Kazımlının sürücüsü tərəfindən azyaşlı qıza qarşı zor tətbiq edilib. Hadisə iyulun 29-da axşam saatlarında Təhsil Nazirliyinin yaxınlığında yerləşən restoranların birinin qarşısında baş verib. Belə ki, 99 AA 388 dövlət nömrə nişanlı, “Range Rover” markalı maşında əyləşən sabiq deputat ona salfet satmaq istəyən azyaşlıyla mübahisə edib. Daha sonra sərnişinin göstərişiylə hadisəyə maşını idarə edən sürücü müdaxilə edib və azyaşlını

Gəncə şəhərində məskunlaşmış Kəlbəcər rayonundan olan bir qrup ağsaqqalla rayonun Mədəniyyət Evində görüş keçirilib. Dalidag.az -ın xəbərinəgörə, görüşdə Azərbaycanın 44 günlük savaşda əldə etdiyi zəfər, işğaldan azad olunmuş torpaqlara qayıdış prosesi haqqında fikir mübadiləsi aparılıb. Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev və Milli Məclisin deputatı Aqil Məmmədovun iştirakı ilə keçirilən görüşdə rayon ağsaqqalları dədə-baba yurdlarını onlara qaytaran Silahlı Qüvvələrin Ali

"Çernobılda partlayış olanda Azərbaycandan oraya xeyli işçi qüvvəsi göndərilmişdi. Qardaş Türkiyə dardadır. Ora könüllü işçilər göndərilməlidir". Dalidag.az xəbər verir ki, bunu əslən Kəlbəcərdən olan məktəb direktoru, tanınmış şair Elşən Əzim qardaş Türkiyədə baş verən yanğınlarla bağlı hislərini ifadə edərkən deyib. "27 ildir heç bir fiziki işlə məşğul olmamışam. Elə kənddə yaşayanda da dərs oxumağı bəhanə edib özümü çətin işə vermirdim. Məktəb direktoruyam, məzuniyyətimin bitməsinə bir ay

Yaxın gələcəkdə Rusiyanı qaçılmaz tənəzzül gözləyir. Biz münasib anı gözləməli və ruslardan ermənilərə aid hər şeyi götürməliyik. Dalidag.az xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Ramella Mnatsakanyan bildirib. “Rusiya klassik “baş tutmayan” dövlətə çevrilir. Vladimir Putin üçün geriyə sayım başladı. Artıq yaxın gələcəkdə Rusiya Dövlət Dumasına seçkilər keçiriləcək və bundan sonra Moskvada çox maraqlı hadisələr baş verəcək. Rusiyanı qaçılmaz parçalanma gözləyir. Bu dövlət xəritədən

"Azərbaycan Ordusuna məxsus iki ədəd pilotsuz uçuş aparatının guya Basarkeçər üzərində vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalandır". Dalidag.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən bildirilib. "Bildiririk ki, bu qarşı tərəfin növbəti dezinformasiyasıdır", - deyə nazirlikdən qeyd edilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin hərtərəfli təminatı, qoşun xidmətinin təşkili və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər davam edir. Dalidag.az -ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Döyüş növbətçiliyi və qoşun xidmətinin yüksək səviyyədə təşkili, eləcə də şəxsi heyətin məişət şəraitinin təmin

Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində ermənilərin atəşkəs rejimini pozmasına Ordumuzun verdiyi cavab nəticəsində hələlik bir ermənininin yaralandığı açıqlanıb. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistan MN açıqlama yayıb. Düşmən atışmanın səhər saatlarında (8:40) olduğunu bildirib. Qeyd edək ki, Azərbaycan MN bu gecə saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan

Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, iyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub. Mövqelərimiz tərəfə 10-12 ədəd F-1 əl qumbarası da atılıb. Qarşı tərəf cavab atəşi ilə
Yazı axını