DTX-nin hərbi hospitalında əməliyyat edilən Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Herseqovinadakı sabiq səfiri, keçmiş baş prokuror Eldar Həsənov yenidən DTX-nin İstintaq Təcridxanasına qaytarılıb. Dalidag.az xəbər verir ki, bu barədə sabiq baş prokurorun vəkilləri deyiblər. Qeyd edək ki, bağırsaq keçməzliyindən əziyyət çəkən Eldar Həsənovun səhhəti ağırlaşdığından bir neçə gün əvvəl onun üzərində cərrahiyə əməliyyatı aparılıb. Onu da bildirək ki, Eldar Həsənovun cinayət işi üzrə

İyulun 27-si saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım kəndləri ərazisindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumatında bildirilir. Qarşı tərəf cavab atəşi ilə susdurulub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Dalidag.az

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Diasporla İş üzrə Dövlət Komitəsi və Paris Azərbaycan Evinin birgə layihəsi əsasında ölkəmizdə səfərdə olan fransalı jurnalistlər Alen Romestand və Qregori Herpe ilə görüşüb. Ermənistanın deportasiya və işğalçılıq siyasəti nəticəsində 1988-1993-cü illərdə qaçqın və məcburi köçkün vəziyyətinə düşən azərbaycanlıların üzləşdikləri çətinliklər, onların problemlərinin həlli ilə bağlı dövlətimizin həyata keçirdiyi

Qədim Ermənistan, qədim Arsax dövlətimiz olub deyə, özlərinin uydurduqları yalana inanan ermənilər, zəhmət çəkib öz arxivinizə baş vurun və Ermənistanda erməni dilində çap olunan “Kommunist” qəzetində Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin sədri M.Papyanın bu çıxışını diqqətlə oxuyun... ARXİV MATERİALLARINDAN... 29 noyabr 1951-ci ildə Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin sədri M.Papyanın Ermənistanın yaradılmasının 31-ci ildönümünün qeyd edilməsi zamanı etdiyi çıxışından sətirlər:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivakla görüşüb. Görüşdə israilli iş adamı Bar İhielin və onun məsləhətçisi Melamed Lemuel də iştirak ediblər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun ötən il torpaqlarımızı Ermənistanın işğalından azad etməsi nəticəsində bölgədə yaranan davamlı sülh, iqtisadi inteqrasiya və əməkdaşlıq imkanları,

Kəlbəcər Rayon İcra Hakimiyyətində vətəndaşlarla növbəti onlayn qəbul keçirildi. Dalidag.az xəbər verir ki, görüş Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus pandemiyası ilə bağlı qərarına əsasən, xüsusi karantin rejiminin qaydalarına uyğun təşkil edilib və qəbula gələn kəlbəcərli məcburi köçkünlərin müraciətləri dinlənilib. Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev onların problemlərini, təkliflərini aidiyyatı üzrə qeydiyyata alınmasını və İcra Hakimiyyətinin səlahiyyətləri

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Günəşli kəndindən videogörüntülər hazırlayıb. Dalidag.az həmim videogörüntüləri təqdim edir.

Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti olaraq yerləşən Rusiya sülhməramlıları Ağdərə rayonunun Sırxavənd müşahidə məntəqəsində təlim keçiriblər. Dalidag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib. Təlim məntəqələrində dərs keçən rus zabitləri hərbi qulluqçulara ərazini tərk etmə, avadanlıqları yükləmə, müxtəlif manevr, taktiki hərəkətləri açıq şəkildə nümayiş etdiriblər. Təlim məntəqələrindən birində bölük komandirlərinə təqlid vasitələrindən
Yazı axını