Noyabrın əvvəlində Kəlbəcərdən – İstisudakı su hövzəsindən dostu ilə birlikdə təxribat məqsədilə video çəkib paylaşaraq, orada azərbaycanlıları təhqir edən erməni bloger Gevorq Sujyan məhkəmə qarşısına çıxarılır. O, dostu David Davtyanla birlikdə mühakimə olunacaq. xəbər verir ki, adları çəkilən ermənilərin işinə iyulun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə baxılacaq. Onlar Azərbaycan Cinayət Məcəlləsinin 276 (casusluq), 318-ci (Azərbaycanın dövlət sərhədini

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov 2021-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, asayişin qorunması və təhlükəsizliyin təmini sahəsində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunan videokonfrans formatında keçirilən kollegiya iclasında əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi polis orqanlarında ümumi işə mənfi təsir göstərən halları nəzərə çatdıraraq diqqəti onların aradan qaldırılması yollarına və

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və qazilərin işlə təminatı məqsədilə başladılan “Məşğulluq marafonu”na qoşulub. “Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafon çərçivəsində Dövlət Komitəsi tərəfindən mövcud olan və ya yeni yaradılan vakansiyalar barədə məlumatlar müvafiq elektron platformaya daxil ediləcək. Həmin vakansiyalar

Türkiyənin “TRT World” kanalı Başlıbel faciəsi haqqında qısametrajlı sənədli film çəkib. İngilis dilində yayımlanacaq film yaxın iki ay ərzində tamaşaçılara təqdim olunacaq. Dalidag.az xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist, Başlıbel faciəsindən bəhs edən "Qanlı kaha" kitabıbının müəllifi Elxan Salahov bildirib. O, qeyd edib ki, film Kəlbəcərin işğalı zamanı erməni quldurlarının Başlıbel kəndində köməksiz vəziyyətdə qalan 62 kənd sakininin 4 aya yaxın davam edən mügasirə həyatından

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Dağ Maşanlı kəndindən videogörüntülər hazırlayıb. Dalidag.az həmin görüntüləri təqdim edir:

Azərbaycanda akkreditə olunmuş 50-yə yaxın diplomatik korpus nümayəndələrinin və beynəlxalq təşkilatların Azərbaycandakı təmsilçilərinin işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfəri başlayıb. Dalidag.az xəbər verir ki, diplomatik nümayəndələr əvvəlcə Füzuli şəhərində tikilməkdə olan Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olacaqlar, onlar daha sonra "Füzuli" yarımstansiyasına baş çəkəcəklər. Füzuliyə səfəri tamamladıqdan sonra xarici ölkələrin Azərbaycandakı diplomatik təmsilçiləri

Qarabağda qanunsuz erməni hərbi birləşmələrinin təxribat atəşi ilə bağlı Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumat Moskvadan cavab tələb edilməsi üçün ciddi əsaslar yaradır. “6 iyulda, Dağlıq Qarabağın Martuni (Xocavənd - red.) bölgəsində Ermənistan və Azərbaycan tərəfləri arasında atıcı silahların istifadəsi ilə bağlı bir hadisə qeydə alındı, bu müddətdə Azərbaycan tərəfinin verdiyi məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu yaralandı. Rusiya sülhməramlı
Yazı axını