Reklam
Xarici diplomatlar Füzuli və Şuşaya gedir
09-07-2021 11:07
Azərbaycanda akkreditə olunmuş 50-yə yaxın diplomatik korpus nümayəndələrinin və beynəlxalq təşkilatların Azərbaycandakı təmsilçilərinin işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfəri başlayıb.Dalidag.az xəbər verir ki, diplomatik nümayəndələr əvvəlcə Füzuli şəhərində tikilməkdə olan Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olacaqlar, onlar daha sonra "Füzuli" yarımstansiyasına baş çəkəcəklər.
Füzuliyə səfəri tamamladıqdan sonra xarici ölkələrin Azərbaycandakı diplomatik təmsilçiləri Şuşa şəhərinə yola düşəcəklər. Onlar Şuşa şəhərində müxtəlif tarixi, mədəni abidələrlə tanış olacaqlar.
Səfər çərçivəsində diplomatik korpusun nümayəndələrini Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.
Diplomatik korpus nümayəndələrinin səfəri iyulun 10-da başa çatacaq.
Dalidag.az
Kateqoriya: Qarabağ
Tarix: 09-07-2021 11:07
Baxış sayı: 4290Yazı axını
17 / 08 / 2026
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17



























