İşğaldan azad olunan Kəlbəcər rayonunda Qurban bayramı qeyd olunub. Bayram münasibətilə qurbanlar kəsilib. Qurban kəsimi tikintisi yekunlaşan Kəlbəcər yarımstansiyasının qarşısında həyata keçirilib. Qeyd edək ki, bu gün və sabah Azərbaycanda Qurban bayramı qeyd olunur. Dalidag.az

Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisi Artak Davytan ilə birinci müavini Arşak Karapetyan bir-birinə stul və külqabı atıblar. Dalidag.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb. “Joxovurd” qəzetinin yazdığına görə, şənbı günü Artak Davtyanın kabinetində onunla birinci müavini arasına mübahisə baş verib və mübahisə söyüşlərə, stul və külqabıların havada uçuşmasına qədər böyüyüb. “Joxovurd” qəzeti bu haqda məlumatı Ermənistan SQ Baş qərargahdan dəqiqləşdirmək istəsə də,

Ermənistan Naxçıvan, xüsusilə Sədərək istiqamətində atəşkəsi pozur. Buna səbəb Naxçıvan MR Sədərək rayonunun Ermənistan işğalında qalan Kərki kəndinin qaytarılması məsələsinin gündəmdə olmasıdır. Anklavların qaytarılmasının 10 noyabr Bəyanatına daxil edildiyi, lakin Ermənistan hakimiyyətinin daxili auditoriya qarşısında duruş gətirə bilməyəcəyi üçün çıxarıldığı və sonraya saxlanıldığı haqda məlumatlar var idi. Kərki və Qazaxın 7 kəndinin yeni sərhəd müqaviləsinə daxil ediləcəyi gözləniləndir.

İyulun 19-u saat 23:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub. Dalidag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin məlumatında bildirilir. Nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Bədəlli Ramal Bəhlul oğlu ayağından
Yazı axını