Anası sağ olanda da Əmrah yetim imiş Yurdun, Vətənin qəribi kimi ...Qəhər məni boğur, dilimdə kəlmələrim, əlimdə qələmim donur, elə bil ki, 2007-ci ilin fevral ayıdı, Gəncədən üzüyuxarı Hacıkəndə qalxırıq, bizi aparan köhnə “Jiquli”nin “dizləri qırılıb” qalır “Qoşabulaq”dan aşağıdakı “Hacıkənd” yazılan sərt döngədə. Ha çalışırıq… düşüb itələyirik, qar-çovğun imkan vermir ki, irəli, Hacıkəndə, əslində, Kəlbəcərə, Murovdağa sarı bir addım ataq. Donurduq, əynimiz qalın olsa da, hətta

Bu gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Türkiyə Respublikasının ölkəmizdə yeni fəaliyyətə başlamış səfiri Cahit Bağcı ilə görüşüb. Komitədən Dalidag.az - a verilən məlumata görə, Ulu Öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kimi səciyyələndirdiyi Azərbaycan-Türkiyə münasibətlərinin xalqlarımızın mənafeyinə tam uyğun olduğunu, Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın dostluq və qardaşlıq əlaqələrinin ölkələrimizə böyük

İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində hərbi qulluqçumuz gizir Yaqublu Fərman Telman oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir! Hazırda qeyd olunan istiqamətdə yerləşən Azərbaycan Ordusunun

"Azərbaycan Dəmir Yolları" QSC Şuşa istiqamətində dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri aparır. Dalidag.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun sədri Cavid Qurbanov deyib. Onun sözlərinə, layihələndirmə işlərini Türkiyə şirkəti həyata keçirir. "Orada tunellər çoxdur, həmçinin dağlıq ərazidir. Azərbaycan prezidenti Şuşanı mədəniyyət paytaxtı elan edib, ona görə də ora elektrik qatarının tikintisi vacib olacaq”, - deyə C.Qurbanov qeyd edib.

Qarabağa köçürülüb gətirilən və burada məskunlaşdırılmasına çalışılan ermənilərin sayı son bir ayda daha 5 min nəfər azalıb. Dalidag.az axar.az-a istinadən xəbər verir ki, bu fakt ötən gün Prezident İlham Əliyevin AzTV-yə geniş müsahibəsində səsləndirdiyi rəqəmdən bəlli olur. Belə ki, Prezident peyk vasitəsilə Laçın dəhlizi də daxil olmaqla, Qarabağ iqtisadi rayonunun bir hissəsinin, rus sülhməramlılarının məsuliyyət zonasının ciddi şəkildə izlənildiyini, hər gün Laçın dəhlizindən nə qədər

Azərbaycan Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun ölümü ilə bağlı məlumatlar yayılıb. Dalidag.az xəbər verir ki, məsələ ilə bağlı unikal.org-a açıqlama verən sabiq baş qərargah rəisi Nəcməddin Sadıqov yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib. "Vəziyyətim normaldır", - N. Sadıqov deyib.
Yazı axını