Reklam

İyulun 15-də saat 14:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Dalidag.az xəbər verir ki, bu barədə Müdiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Yazıçı- publisist Əli Bəy Azərinin yeni kitabı çapdan çıxıb. Dalidag.az xəbər verir ki, bu barədə müəllif özü bildirib. "NƏ DEYİM?.." adlı publisistik kitabın redaktoru Ramiz İsmayıl, dizayneri Dönməz Abbasovdur. Kitabda nasirin son beş ildə yazdığı müxtəlif səpkili məqalələr, siyasi şərhlər, kitablar haqqında təhlillər, resenziyalar, esselər və yaradıcılığı, kitabları, ayrıca əsərləri haqqında yazılan məqalələr toplanıb. Kitab müəllifin 55 yaşının tamam olması münasibətilə tərtib olunub.

Rusiya sülhməramlı kontingentinin hərbçiləri Qarabağda döyüş hazırlığı keçib. Dalidag.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Təlim zamanı hərbçilər minaatanları döyüş vəziyyətinə gətirmək bacarıqlarını təkmilləşdiriblər. Əsgərlər təlim atışları da həyata keçiriblər. Sülhməramlılardan təlimdə 150 nəfərin iştirak etdiyi vurğulanıb. Dalidag.az

İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb. Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Dalidag.az
Yazı axını
13 / 08 / 2026
13 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
12 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
11 / 08 / 2026
10 / 08 / 2026
10 / 08 / 2026
09 / 08 / 2026
09 / 08 / 2026
08 / 08 / 2026
08 / 08 / 2026
07 / 08 / 2026
07 / 08 / 2026
05 / 08 / 2026
02 / 08 / 2026
01 / 08 / 2026
31 / 07 / 2026
29 / 07 / 2026
22 / 07 / 2026
Ən çox oxunanlar
12-08-2026 19:17




























